Kazananın Laneti - Marie Rutkoski // Kitab Yorumu

Mayıs 14, 2017

Kazananın Laneti

Orijinal Adı: The Winner’s Curse
Səhifə sayı: 368
Yazıçı: Marie Rutkoski
Tərcümə edən:  Barış Mol
Qiymətləndirmə: 4.5/5 



Haqqında:

" İSTEDİĞİN ŞEYİ KAZANMAK, SEVDİĞİN HER ŞEYE MAL OLABİLİR. "

Oxuduqca heyran olduğum bir kitab daha. Mövzusu, obrazları, kitabın üz qapağı,  nəşri – hər şeyi ilə o qədər gözəl bir kitab idi ki. Heyran olmamaq əldə deyildi.

Kitabı oxumamışdan əvvəl bəzi fikirlər eşitmişdim. Varlı qız, kasıb oğlan sevgisindən bəhs edən bir kitab olduğunu düşünənlər olub. Bu heç də belə deyil. Diqqətlə oxusanız əsas obrazlarımızdan biri olan Arin'in hansı nəsildən gəldiyini ilk başlarda belə görə bilərsiniz.

Belə ki Kersten 17 yaşında hər şeyə sahib Generalın qızı olaraq öz mükəmməl həyatını yaşayır. Arin isə həyatda heç kimə, heç nəyə sahib olaraq başqaları tərəfindən idarə olunur. Hadisələr 10 il sonra, yəni Herranilər üsyanından sonra nələr olduğu ilə başlayır.

Düzü kitabda mənə əksik gələn bir məqam oldu və bunu kitabı oxuyarkən daima hiss edirdim. Herrani döyüşləri ilə bağlı daha çox şey öyrənmək istəyərdim. Çünki düşünün illər əvvəl böyük döyüşlər olub və Valorya'lılar qalib gələrək Herrani'lərin torpaqlarını işğal etməklə qalmır, onların tikdiyi, yaşadığı saray kimi evlərdə yaşamağa başlayırlar. Bu da azmış kimi geridə qalan Herrani'ləri kölə olaraq işlədirlər. Ancaq bizə bu döyüşlərin əsl səbəbini yazarımız açıqlamır. Ümid edirəm ki, seriyanın digər kitablarında bunu daha aydın öyrənə biləcəyik.


Obrazlara gəlincə Arin'i sevməmək əldə deyildi. Kestrel isə çox güclü bir qadın obrazı idi. Düşünürəm ki, bir qadın üçün ən ağır olanı onun qürurunun zədələnməsidir. Lakin Kestrel yaşadığı hadisələrə baxmayaraq ruhu incinsə də daima güclü qalmağı bacarır. Ağlı və zəkası isə başqa bir aləm idi. Atasının da qeyd etdiyi kimi vacib olan döyüşü udmaqdır, necə udmağının isə heç bir əhəmiyyəti yoxdur. Ya gücünlə udarsan, ya da döyüş strategiyalarınla və bu ikincisi Kestrel'da daima işə yarayırdı.

Kitabın sonu isə məni daha çox yaraladı. Belə bir son gözləmirdim. Sonda hönkürərək ağlamaq istəyirdim, ancaq özümü ikinci kitaba saxlayıram.

Ümid edirəm ki, üçüncü kitabın sonu istədiyimiz kimi bitər. Yoxsa buna dayanamam yaaa 😢
Oxumağınızı tövsiyyə edirəm, ancaq məncə bir az da gözləyin seriyanın ikinci kitabı da tərcümə olunsun. Yoxsa sonda mənim kimi özünüzü hündür bir qayadan boşluğa tullanmış kimi hiss edəcəksiniz.



"Kestrel onun nasıl oturduğunu , öne eğildi gibi hayal etti. At arabasının fenerinin ışıltısında nasıl göründüğünü.

"Hayatta kalmak yanlış bir şey değil . Kendini koruduğun sürece onurunu küçük şekillerde satabilirsin. Bir bardak şarabı gerektiği gibi koyabilirsin ve bir adamın içişini izleyip intikamını planlayabilirsin . "  Bu sözle birlikte başı hafifçe eğilmişti.

"Büyük ihtimalle uykunda bile komplo kuruyorsundur. "

Bir gülümseyiş kadar uzun bir sessizlik oldu.

"İstediğin gibi komplo kur , Kestrel. Hayatta kal. Ben yaşamasaydım , annemi kimse hatırlamazdı , benim hatırladığım gibi değil .""

You Might Also Like

0 yorum