Kitab Alışverişi #6

Haziran 30, 2017

İyun Ayında Aldığım Kitablar

Çoxdandır ki, blog da kitab alışverişi yazısı yazmırdım. Hazır iyun ayında kiçik bir alışveriş etmişkən bu yazını yazmağın tam vaxtıdır, deyə düşündüm. Bu aykı kitabların bir qismini kitab mağazalarından aldım, digər qismini isə bybookbaku və elmakitab’dan sifariş etdim.


Bu ay ilk olaraq aldığım kitab çoxdandır ki, siyahımda olan “Gözlerinin Esareti” oldu. Tarixi eşq deyiləndə mənim üçün axar sular durulur. Çünki çox çox sevirəm. Bu kitabı da çox sevərək oxudum. Siz də oxuyun.

İki azərbaycan dilində kitab aldım. Coşqun Kərimovun kitablarını son vaxtlarda oxuyanların çoxu tərifləyincə nəhayət bu ay almağa qərar verdim. “Kvan” və “Ubuntu”. Aranızda bu kitabları oxuyanlarınız varsa fikirlərinizi gözləyəcəm.

Gördüyünüz kimi nəhayət çox istədiyim iki seriyanı aldım. “Kızıl İsyan” seriyası çıxdığı andan bəri mənə "oxu! oxu!" deyirdiniz, sevəcəyimi bildiyim üçün seriyanın bütün kitablarının yazılıb nəşr olunmasını gözləyirdim. Ona görə də almamaqda dirənirdim. Finally, bu ay aldıım. Artıq inşəallah bir ara oxuyaram. Nə də olsa oxumamaq üçün bir səbəbim də qalmadı.

“Ruhlar Üçlemesi” seriyasını həmişə Pegasus yayınevinin səhifəsində görürdüm və mənə maraqlı gəlirdi. Doğrusu elə də çox sevənlərini görmədiyim üçün heç oxumağa yanaşmırdım. Ancaq həmişə üz qapaqları və adları ilə çox diqqətimi çəkirdilər. Keçdiyimiz ay yorumlarına güvəndiyim biri oxuyub çox sevərkən artıq mənim də oxumağımın vaxtı gəlib çatıb deyə düşündüm. Kitablar da maşallah nə boyda olduqları üçün düşünürəm, artıq bu yay oxumasam qalacaq. Ümid edirəm ki, oxuya biləcəm.

Bu arada bu iki seriyanı instagramda bybookbaku səhifəsindən endirimlə əldə etmişəm. Hal-hazırda da endirimlər davam edir. İstəsəniz bir baxın.


Digər bir alışverişimi isə elmakitab'dan etdim. Bu kitablara qovuşmaq üçün nə qədər gözlədim bir bilsəniz. Sarah J. Maas’ın “Cam Şato” seriyasını oxumamışam. Sağolsun Dex yayınevinin qapaqları. Xaricdə orijinal qapaqları çox gözəl olduğu halda türk dilində nəşr olunarkən istifadə edilən qapaqlar çox iticidir. İnsanın oxumaq istəyini öldürür.

Ancaq “Dikenler ve Güller Sarayı” seriyasının möhtəşəm orijinal qapaqları ilə oxumamağa bir bəhanə qalmır. Bu arada bu kitabları alarkən fikir verdim də çoxdandır ki, Dex yayınevinin çıxardığı kitabları almırdım. Səbəbi isə kitabların kağızlarıdır. Qəzet kağızlardan istifadə edirlər ki, bu da çox nazik olur.

Bildiyiniz üzrə Arrival filmindən sonra türk dilinə “Geliş” kitabı tərcümə olundu. Filmi nə qədər çox sevidiyimi yazsam az olar. Bildiyim qədəri ilə film bu kitabda olan bir hekayədən götürülüb. Hələ oxumadığım üçün bir şey deyə bilmirəm. Siz oxudunuzmu bu kitabı? Bəs filmi izləməyənlər hələ də qaldımı? Qalmasın, gedin izləyin!

Son olaraq bir də yeni çıxan kitablardan olan “Yıldızlara Sarılı Kraliçe”ni aldım. Səhv etmirəmsə Hind mifalogiyası əsasında yazılıb. Oxumaq üçün səbirsizləndiyim bir kitab daha.


“Son olaraq” yazdıqdan sonra ağlıma aldığım bir kitab daha gəldi. Nigel Warburton’dan “Felsefenin Kısa Tarihi”. Sokrat’dan tutmuş Peter Singer’ə kimi bütün filosofların fəlsəfi düşüncələrini bütün insanların başa düşəcəyi bir dildə qələmə alıb.


Mənim bu dəfəki alışveriş yazım bu qədər. Ümid edirəm, sevərək oxumusunuzdur. 

You Might Also Like

0 yorum