İyun Ayında Nələr Olur?

Haziran 30, 2017

Hola


İyun ayında nələr olur postunu yazıb yazmamaqda qərarsızdım, çünki keçən aylara nisbətən bu ay imtahanlarım olduğu üçün dolu-dolu yaşaya bilmədim. Ancaq aranızda bu yazını səbirsizliklə gözləyənlər varmış, mən də yazıram.


İlk olaraq bildiyiniz kimi bu ayın 20 gününü imtahanlarıma hazırlaşaraq keçirtdim. Hətta instagram hesabımda #20gündayanmadan həştəgi ilə imtahana hazırlıq postları paylaşdım. Onu da deyim ki, bu imtahan ərəfəsində sizdən gələn xoş mesajlarınıza görə çox təşəkkür edirəm. Əsas olan bir-birimizə motivasiya verməkdir. Hətta çoxlarınız məni etiketləyərək imtahana necə hazırlaşdığınızı belə qeyd edirdiniz. Çox sağolun.

P. s. Əgər imtahan postlarımla sizi yordumsa “sorry, not sorry.” 😅


Bu ay imtahanlardan sonra Sultanım'la bunu qeyd etməyə getdik. "Paul" kafesini çox sevirəm. Adı kimi özü də çox şirin və qəşəng yerdir. Əgər getməmisinizsə "28 Mall"da açılıb. Oradakına gedə bilərsiniz. Adətim üzrə bu dəfə də Jasmine çayı içdim. Artıq getdiyim hər yerdə içdiyim təkcə bu çay olur. Nədənsə əvvəllər qəhvə sevirdimsə, indi isə çayı çox sevirəm. Bunun da Londondakı bir xatirəmlə əlaqəsi var.


Londonda olanda qrupumuzda bir qız var idi -  Nigar. Nə vaxt baxsam çay içirdi, dəhşət çox sevirdi çayı. Elə bu xasiyyət də ondan mənə keçib. Ondan sonra mən də qəhvə yerinə Starbucks da belə çay alıram. (bir də soyuq qəhvə) 
Həmçinin mənim ən çox sevdiyim piroq almalıdır. Özsüt'a getsəniz almalı tartlarından yeməyi unutmayın.


Bu ay Bakı Musiqi Akademiyasına getdim. Bacım orada oxuyur. Nədənsə adi qıraqdan belə bu binanı çox sevirəm. Xusüsilə də böyük pəncərələrə qarşı çox böyük sevgim var.


Özüm uşaq vaxtında pianino məktəbinə getsəm də sonra davam etdirmək istəmədim, ona görə də başqa sahə üzrə oxuyuram. 


Hələ də arada açıb pianinoda ifa etməyi sevirəm. 


Bildiyiniz üzrə bu ayda Ramazan Bayramı oldu və bu 5 günlük bayramda Qazax rayonuna getdim. Onu da qeyd edim ki, anam tərəf qazaxlıdır. Uşaqlığımda hər yay 3 aylıq ora gedirdik, ancaq böyüdükcə artıq getməyə vaxt olmurdu.


Əgər Qazağa gəlsəniz ilk olaraq “Damcılı”ya gedin, sonra isə “Göyəzən”ə. Qazağın ən sevdiyim yanı dağların arasında, yaşıllıqlarla dolu olmağıdır.

 Bu ay bir də bəzi izlədiyim filmlərdən yazmaq istəyirəm.

İlk olaraq ayın əvvəlin “BeforeI Fall” filmini izlədim. Kitabını illər əvvəl oxuyub sevmişdim, ancaq nədənsə haqqında çox şey xatırlamırdım. Filmi də çıxanda izləmək istədim. Filmi doğurdanda çox sevdim. Həyatda yalnız bir gününüz olsaydı nələr edərdiniz? Ancaq bu bir günü ömrünüz boyu hər gün yaşasaydınız. Eyni səhnələr, eyni insanlar, eyni hadisələr. Samantha bir gününü doya-doya yaşayır, ancaq gün heç də gözlədiyi kimi sonlanmır və səhərisi günü yenə eyni hadisələr baş verir. Bunu səbəbini hər gün axtarsa da tapa bilmir. Nəhayət filmin sonunda bunun niyə baş verdiyini bilirik. Doğurdan təsir edici bir film oldu. Bir növ həyatınızın son gününü yaşayırsınız. Zoey Deutch aktrisalığını da çox bəyəndim. İzləməmisinizsə bir şans verin.


“Pretty Little Liars” serialını ilk çıxdığı andan bəri izləyirdim. 7 il teoriyalar kəşf edərək məşhur “A”nin kim olmağını axtarıb tapmağa çalışdıq, bu dəfə də qarşımıza “A.D.” çıxdı. Serial əvvəlki həyəcanında olmasa da hadisələr fərqliləşdiyi üçün izləməyə davam etdik və keçdiyimiz il serialın son bölümləri çəkilib qurtardı, ancaq sezon finalında olduğu üçün bu dəfə də aprelə qədər gözlədik. Nəhayət bu ay son final bölümünü də izlədik. Normal seriyalardan fərqli olaraq bu bölüm bir saat yarım oldu və yaradıcımız Marlene King bütün suallarımıza bu bölümdə cavab tapa biləcəyimizi demişdi. Tam olaraq elə oldu deyə bilmərəm. Bir çox şeyin üstü açıldı, ancaq hələ də sual altında qalan çox hadisələr oldu.

Spoiler verməyəcəm final bölümü haqqında. Sadəcə onu demək istəyirəm ki, serial boyu “A”nin sonra “A.D”nin kim ola biləcəyi ilə bağlı o qədər teoriyalar yaradılmışdı ki, hətta yadımdadır bir çoxları bildiyiniz həyatının böyük bir hissəsini buna həsr edib üstündə nə qədər işləmişdi. Əlbəttə ki sonda bu teoriyalardan biri düz çıxdı və bildiyin bir şey olanda istədiyin dadı ala bilmirsən. Ona görə də final bölümü sevməyən çox oldu. Mənim üçün ortalama bölüm oldu, çünki son bölümlər o qədər aşağı səviyyədə idi ki, belə bir şeyə hazır idim. Təəccübləndimmi? Bəli, gözləmədiyim hadisələr var idi, ancaq həmçinin mənə mənasız gələn çox hadisələr var idi. Xüsusilə də bu “...... külləri həmişə mənimlə olacaq” hissəsi doğurdan mənasız oldu. Yəni, manyaksan? Bir də o qədər şey et sonda yenə də tutulma.

Məsələn, demişdilər ki, anaların zirzəmidən necə xilas olduqlarını göstərəcəklər o da olmadı. Sadəcə bir cümlə keçdi o haqqda.

Ümumi olaraq həqiqətən bu serial mənim üçün çox şey ifadə edir. Ən çox sevdiyim bölümləri Halloween bayramına özəl çəkilənlərdir. Arada açıb-açıb baxıram.


Bir şey də etiraf edim. Bir ara hamı kimi mən də qırmızı palto almışdım və o, keçən il artıq balaca olduğu üçün daha geyinmirəm.

Qızların böyüyüb dəyişmələrini görmək həmişə ən favorim olacaq.
    👑Troian Bellisario   ...     Spencer Hastings
    👑Ashley Benson      ...      Hanna Marin
    👑Lucy Hale    ...      Aria Montgomery
    👑Shay Mitchell        ...      Emily Fields
    👑Sasha Pieterse       ...      Alison DiLaurentis

Adicə aktyorları belə sevməmək əldə deyil. İlk bölümdən necə bir inkişaf keçirtdiklərini görmək bəs edir. Həyatımın bir parçası oldunuz, qızlar.

Sonda hələ də bu serialı izləməmisinizsə spoiler yemədən izləyin. Hazır yay tətilindəyik, boş vaxtlarınızda izləyin.


İyun ayında fərqli bir serial izləmək istədiyim üçün “Reign”ə başladım. Düzü iki bölüm izlədim. Mənə mövzusu bir az uşaq kimi gəldi, yəni çox sadə idi. Bəzi qeyri-adi hadisələri oldu ancaq hələ o qədər də cəlb etmədi. Hadisələr 16-cı əsrdə şotlandiya kraliçəsi Mary nin həyatından bəhs edir. Ortalarda sirli şeylərdə baş verir. Yəqin ki avqust ayında davam edəcəm deyə düşünürəm. Ya da etməm. Bilmirəm xoxoxoxo. 😂 


Ayın ən çox sevdiyim filmi "The Mummy" oldu. Tom Cruise’un baş rolda oynadığı bir filmdir. Uşaq vaxtı ən böyük arzum arxeoloq olmaq idi, ona görə də belə filmləri, kitabları çox sevirəm.

Filmin ümumi movzusu, dialoqları çox yaxşı idi. Aktyorlardan da gözlədiyimiz effekti görürdük. Mumiya sevərlər, izləməmisinizsə izləyin

İyun ayında izlədiyim filmlər və seriallar deyəsən bu qədər. Ümid edirəm ki, yenə yadımdan nəsə çıxmayıb.

Fikir verdim də 1D qrupu parçalandıqdan sonra qrup üzvləri ayrılıqda qəşəng musiqilər çıxardırlar. Bu ayın favorilərində Harry Styles - Sign of the Times, Liam Payne - Strip ThatDown, Niall Horan - Slow Hands, ZAYN - Still Got Time, ZAYN - LIKE I WOULD (bu adam nə mahnı yazsa bu qədər möhtəşəm olmalıdır?). mahnıları var.

David Guetta ft JustinBieber - 2U mahnısına hər gün nə qədər qulaq asıram artıq özüm də bilmirəm.

Miley Cyrus – Malibu deyəsən bu qızın son vaxtlarda yazdığı ən super mahnılardandır.

Və bu ayın ən ən ən çox dinlənəni Conor Maynard və Pixie Lott’un oxuduğu Despacito mahnısı oldu. Hər gün dəfələrlə dinlədim, hətta bacıma belə sevdirdim.

Sizin ayınız necə keçdi? Nələr izlədiniz, qulaq asdınız? Fikirlərinizi gözləyirəm.


Bu arada mənə izlədiyiniz filmlərdən və seriallardan, hətta dinlədiyiniz musiqilərdən tövsiyə edin. 


Bonus: Mən





See you, babies 😗

You Might Also Like

0 yorum