Gazap
Üzümleri
Orijinal adı: The Grapes of Wrath
Yazıçı: John Steinbeck
Səhifə sayı: 556
Tərcümə edən: Belkıs Dişbudak Çorakçı
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Sel Yayıncılık
Çoxdandır ki, vaxt tapıb
oxuduğum kitabların şərhini blog-a yazmırdım. Nəhayət bu gün bu kitabın şərhini
yazıram. Belə ki əsəri “ingilis və amerikan ədəbiyyat” dərsimiz üçün sərbəst iş
olaraq götürmüşdüm. Hətta elə indi işimi yazıb bitirdim. İlk başdan onu qeyd
edim ki, kitab çox qəribə bir mövzuya sahibdir. 1939-cu ildə Amerikanın gündəmindən
düşməyən mövzulara toxunan, “Boyük Depresiya” illərində qələmə alınan bu roman
“Pulitzer” mükafatı alaraq yazıçının həyatında dönüş nöqtəsi yaratmışdır.
1929 ekonomik krizi
Amerikada başlasa da bütün dünyaya yayılmışdır. Kiçik torpaq sahibləri banklar
və tacirlər tərəfindən aldadılarkən insanlar quraqlıq, zorbalıq və aclıq
üzünden evlərini tərk etməyə başlayırlar. Hətta 1930-cu ildə milyonlarla əhali
yeni həyata başlamaq və iş tapmaq üçün Californiya'ya köç edir. Hekayəmiz də bu
ailələrdən biri olan Joad'ların həyatından bəhs edir. Kitabda Joad'lar ailəsi
sadəcə simvolik olaraq istifadə olunub, çünki oxuduqca görmək mümkündür ki,
bu vəziyyətdə olan minlərlə ailə var.
Kitabı oxuduqdan sonra
axtarışlar nəticəsində tapdım ki, əslində yazıçı bu kitabı qələmə almamışdan əvvəl
çoxlu məqalələr yazıb. Hətta balaca maşın alaraq Californiya'ya gedib. Bundan
sonra isə gördüklərini bu romanda birləşdirib. Əsərdə böyük depresiya vaxtı
kapitalizmin insanlara vurduğu zərərlər əks olunub.
Baş qəhrəmanlarımızdan
olan Tom Joad 4 illik həbsxanadan çıxdından sonra ailəsinin yanına getməyə qərar
verir. Lakin yaşadıqları yerə çatanda ailəsini orada tapa bilməyən Tom, məsələnin
nə yerdə olduğunu qonşularından öyrənir. Belə ki topraqlarında işlədikləri
mülkadar bankların ucbatından artıq işçiyə ehtiyacı qalmadığı üçün onları ərazisindən
çıxardıb və ailə John əminin yanında yaşamağa başlayır. Artıq Oklahomada iş və
yaşayışlarını təmin edə bilmədikləri üçün hamısı birlikdə Californiya'ya köçməyə
qərar verir. Hər yerdə xəbərlər yayılır ki, Californiya mülkadarları
torpaqlarında işlətmək üçün böyük işçi kütləsinə ehtiyacları var. Kiçik bir
maşın əldə edərək ailə yeni həyat qurmaq üçün yola çıxar.
Kitabda ən çox sevdiyim
obrazlardan biri Ma Joad (yəni ana Joad) oldu. Həyatın bütün çətinliklərini
görməyinə baxmayaraq daima ailəsinin dayağı olur. Ata Joad bu çətinliklərdən
bezsə də o, bir an belə bunlara fikir vermədən ailəsini yanında tutmağa
çalışır. Ancaq bu istəyinə sonsuza qədər nail ola bilmir. Yola çıxdıqları ilk
andan ailə böyük zərbələr alır. Ana Joad a baxmayaraq ailə dağılmağa başlayır.
Ümumiyyətlə yazıçının
kitablarında Amerikan həyatının çətinlikləri qələmə alınır. Təəssüflər ki, kitabın yazılmağından uzun illər keçsə də bu mövzular hələ də günümüzdə öz aktuallığını
itirməyib. Hələ də insanlar iş tapmaq üçün öz doğma yerlərini, evlərini tərk
etmək məcburiyyətində qalır.
Yazıçıdan daha əvvəl
“Fareler ve İnsanlar” kitabını oxumuşdum. Orada da vermək istədiyi mesaj çox
aydın və təsirli idi. Elə bu kitabda da elə oldu. Əgər oxumamısınızsa hər hansı
bir kitabını tövsiyə edərdim oxuyun.
͌ ͌
͌ ͌ ͌
“Eh hepimiz hayatımızı kazanmak zorundayız.”
“Öyle,” dedi Tom. “Ama keşke başkasının hakkını
almadan kazanmanın bir yolunu bulsaydın.”
͌ ͌
͌ ͌ ͌
“Açlığı, yalnız kendi büzülmüş midesinde değil,
çocuklarının da büzülmüş karınlarında duyan bir adamı nasıl korkutabilirsiniz?”
͌ ͌
͌ ͌ ͌
“Herkes kolayca çöker, önemli olan direnebilmektir.”
͌ ͌
͌ ͌ ͌
“...ne fazla düş kurup kuşlar gibi havalara çık, ne
de kötümser ol böcekler gibi yerde sürün...”
͌ ͌
͌ ͌ ͌
“İnsanlar daha yaşamadan, cennet umudunu ne yapsın?
Kendi ruhları yerde sürünürken, Kutsal ruhu ne yapsınlar? Yardıma ihtiyaçları
olacak. Ölmeye sıra gelmeden önce yaşamaları şart..”
͌ ͌
͌ ͌ ͌
“...Herkesin günahı vardır. Günah tam olarak
bilemediğin bir şeydir. Yaptıklarından emin olan insanlar günahsızdır”
͌ ͌
͌ ͌ ͌
“Ve nerede birileri özgür olmak için mücadele ediyorsa, onların gözüne
bak anne, beni göreceksin.”