5. Dalga Seriyası - Rick Yansey // Seriya Yorumu

Temmuz 09, 2017

Bilirəm ki, may ayından bəri, yəni “Son Yıldız” kitabını oxuyandan çoxlarınız “5.Dalga” seriyası haqqındakı fikirlərimi soruşursunuz. Kitablar haqqında ətraflı bir yazı yazmağımı istəyirsiniz. Ancaq sözə necə  başlayacağımı bilmirəm. Son kitabdan sonra fikirlərim o qədər qarışıqdır ki, seriyanı ümumi necə şərh edəcəyimi  bilmirəm.

Rick Yansey’dən oxuduğum ilk kitab elə “5. Dalga” olmuşdu. Üç kitablıq bu seriya distopya janrındadır.


Yazıçının dilinə, yaratdığı dünyaya həqiqətən vurulmuşdum. Üstünə bir də bu kitabın filmi çıxanda xəyalımda canlandıra bilmədiyim bəzi şeylər tam oturmuşdu. Çoxları bu filmi sevməsə də mənim üçün gözəl bir film idi. Obrazları tanımağımız, xüsusilə də yad planetlilərin dünyamızda keçirdikləri həyatları, o həyəcan hissi və bəzi səhnələr tam olaraq beynimizdə sual işarəsini silmişdi.

P. s. Mən #teamEvan ‘cıyam. Kitabı oxuyanlar bilər. Ben’i sevmirəm. 

 Əvvəlcə “5. Dalga”nın mövzusunu qeyd edim. İnsanlar üçün sıradan bir gündə dünyadakı bütün elektriklər bir anda kəsilir və dünya qaranlığa qərq olur. Bu birinci dalğa idi.

İkinci dalğa hər yeri dağıdıb, yerlə yeksan etmişdi. Şanslı olanlar xilas oldu.

Üçüncü dalğa vaxtı sağ qalanlar arasında böyük bir xəstəlik baş qaldırır. Şanssız olanlar sağ qaldı.

Bundan sağ qurtulanları isə bu dəfə dördüncü dalğa qarşılayır. İşğal. Tək bir qanun var idi: “Kiməsə inanma!”

Və dördüncü dalğadan sonra artıq sağ qalanlar nə olacağını bilmir. Onları bu dəfə nəyin gözlədiyini bilmədən sabaha sağ çıxmağı ümid edirlər. Beləliklə beşinci dalğa başlayır.

Qısacası yad planetlərin dünyamızı işğal etməyindən bəhs edilir, ancaq bu bizim bildiyimiz başları yekə, bədənləri balaca yaşıl rəngli varlıqlar deyil. Və sırf bu cəhətindən orijinal mövzusu var idi.


Kitabın əvvəlindən hadisələrə Cassie’nin gözündən baxırıq. Doğrusu bu hadisələr vaxtı onun şansı yavər gedərək sağ qalır. Bu hadisələrdən sonra artıq geridə qalan insanlar düşərgələr qurub bir yerə toplaşaraq yad planetlilərə qarşı döyüşməyə başlayırlar.

Elə Cassie qardaşı və atası ilə bu düşərgəyə gəlir, buradakı hər kəsin onların tərəfində olduğunu düşünərək həyatda qalmağa çalışır. Bir gün hökümət əsgərləri düşərgəyə gələrək insanlara kömək edəcəklərini deyir və qərargaha ilk olaraq kiçik uşaqları aparmalı olduqlarını qeyd edirlər. Cassie qardaşı Sam’i tək buraxmaq istəməsə də məcbur qalaraq bir-birlərindən uzaq düşülər. Hadisələri başa düşəndə isə artıq gec olur. Bundan sonra qızımızın macəraları başlayır.

İlk kitabın obrazlarını, mövzusunu və yaradılan dünyasını çox sevərək oxumuşdum.


Hətta birinci kitabda itici gələn Hileci obrazını seriyanın ikinci kitabı olan “Sonsuz Deniz”də belə çox sevmişdim. Bunu da qeyd edim ki, bu kitabda daha çox Hilcenin həyatını, keçmişini oxuyuruq.

Və üçüncü kitab – “Son Yıldız”. Nə yazsam bilmirəm. Başları yaxşı başlamışdı. Kitabın ortalarında hadisələr həyəcan verici olmağa başlamışdı ki, bir də baxdım kitab bitdi. Sonunu heç belə gözləmirdim. Bir an hətta şoka düşmüşdüm. Sonunu bir daha oxudum. Fikirləşirdim ki, görəsən mənmi səhv anladı?! Ancaq sonra başa düşdüm ki, hər şey gerçək imiş.

Beynimdə o qədər suallar qaldı ki, hamısı da “NİYƏ?”, “SƏBƏB?” oldu. Hər kəs sonda yad planetlərin niyə dünyamızda olduğunu açıqlanacağını gözlədiyi halda düşünmədiyiniz bir şey olur və bunu düşünmədiyiniz şəxs edir.

Sonda yazıçıyamı əsəbləşsəm, yoxsa Ben Parish’əmi, Hileci’yəmi, Sam’əmi. Bilmədim. Şoka düşmüş bir halda kitabı oxudum.

Ümumi olaraq seriyanı bəyəndiyimi deyə bilməyəcəyəm. Ortalama oldu mənim üçün. Tövsiyə etsəmmi, etməsəmmi ondan belə əmin deyiləm. Təkcə ilk iki kitaba görə bu seriyanı oxumağa dəyər, ancaq üçüncü kitabdan çox şey gözləmədən oxusanız sevə bilərsiniz.

Bu arada niyə hər şey Amerikanın başına gəlir? Dünya sadəcə oradanmı ibarətdir? Bəs o qədər hökümətlərdən heç birimi nəsə edə bilmədi yad planetlilərə qarşı?


Dərinliklə düşündüyünüzdə sual içindən sual çıxır. 

You Might Also Like

0 yorum