HOLA 💛
Bu yazını yazmağa bir az
geciksəm də, bəzən hətta artıq yazmamağı belə düşünsəm də bu gün qərara gəldim
ki, yazım. “Niyə bu qədər gecikdi?” deyə soruşanlar, bu ay mənim imtahan ayım
olduğundan yalnız indi vaxt tapa bilirəm yazmağa. Olsun, əsas olan yazı gəldi.
“May ayında nələr
olur?/oldu!” düşünürəm ki, daha çox film tövsiyyəsi olacaq. Bu ay bir neçə film
izlədim. Bunların çoxunu neçə müddət idi izləmək istəyirdim. Nəhayət bu aya
qismət oldu. Bundan başqa may ayını tamamilə imtahanlara hazırlaşaraq keçirtdim.
Hətta mənə görə doya-doya yaşadım deyə bilərəm.
Elə isə söhbət imtahanlar
açılmışkən gəlin sizə bir günümün özətini keçim. Səhər 8-dən evdən çıxırdım.
Əvvəlcə dərslərim olurdu, sonra isə saat 4-ə qədər kitabxanada dərs oxuyaraq
günümü keçirdirdim. Bəzən artıq o dərəcə yorulurdum ki, nə qədər çalışsam da
bir vərəq belə oxumağı beynim dözmürdü. Çox vaxt sultan Həliməcan həzrətləri ilə
kitabxanadan çıxdıqdan sonra gəzə-gəzə Heydər Əliyev mərkəzinə gedib dincəlirdik.
Nəhayət günün ən sevdiyim saatları, yəni pilates saatlarım gəlirdi. Bütün bu
gözəl yoruğunluqlara baxmayaraq onu qeyd edim ki, tələbə olarkən insan ən gözəl
illərini yaşayır.
May ayında mənə
motivasiya verən bir mahnı oldu. (əslində son vaxtlarda mahnılara qulaq asmağı
çox da sevmirəm nəsə, ancaq bu ay dərs yazarkən dinlədiyim bir iki mahnı oldu.)
Onu da hər yerdə - dərs oxuyarkən, yorğun olarkən, dincələrkən, evdə, çöldə demədən
qulaq asırdım. Həqiqətən anında enerjimi yüksəldirdi. “Lous Fonsi – Despacito” əslində
artıq neçə aydır ki, qulaq asırdım. Ancaq bu ay favorim oldu deyə bilərəm. Sözləri,
musiqisi o qədər xoşuma gəlir ki, dayanmadan qulaq asırdım.
Düşünürəm ki, bu mahnıya
qulaq asmayan qalmamışdır, nədə olsa instagramda çox paylaşılan musiqi oldu.
Bu ay digər sevərək dinləyim
musiqilər isə “Casting Crowns - Oh My Soul”, “Fi” serialında səslənən “SanatOkulunda Müzik Ziyafeti” oldu. Qeyd edim ki, serialı izləmirəm. Əvvəlcə
kitablarını oxumaq istəyirəm, ona görə də çalışdıqca uzaq dururam.
Bu ay tam olaraq 6 film
izlədim. İlk olaraq çox sevərək izləmiş
olduğum “Agora”dan yazmaq istəyirəm. Sən necə gözəl bir film idin elə. Şübhəsiz
olaraq təkrar, təkrar izləyə biləcəyim filmlərdəndir. Filmin mövzusu Roma
imperatorluğu dövründə İsgəndəriyyədə keçən bir hekayədən bəhs edir. O dövürdə
ilk qadın filosof olan Hypatia’nın həyatından bəsh edir. Dinlərin insanların,
xüsusilə də qadınların üzərindəki hakimiyyəti filmdə o qədər gözəl əks
olunmuşdu ki. Bu film haqqındakı fikirlərimdən yazmayacam, çünki hisslərimi də
qatacam və bunu istəmirəm.
Digər bir izləmiş olduğum
film “W./E.” oldu. “King’s Speech” filmini izləmisinizsə orada kralın əslində
taxta çıxmalı olan oğlunun hekayəsini az-çox bilirsinizdir. Belə ki bu bizə
tarixdən də məlumdur. VIII Edvard amerikalı dul bir qadınla evlənmək üçün
taxtdan əl çəkir və bu ingilis tarixində böyük səs salır. “King’s Speech”
filmini izləyərkən bu hadisəyə yalnız bir tərəfdən nəzər saldığımız üçün əslində
həqiqətləri görə bilmirik. Lakin “W./E.” filmində Wallis Simpson'un əslində nələr yaşadığını, nə qədər sevgisi uğrunda
mübarizə apararaq güclü qadın obrazı yaratsa da daxilən o qədər incindiyini, bəzən
mübarizə aparmaqdan yorulduğunu görürük. Film 2011-ci ildə Madonna'nın rəhbərliyi
ilə ərsəyə gətirilmişdir. Bəhs etdiyim bu iki filmi də izləməyinizi tövsiyyə
edirəm.
Növbəti bir izlədiyim
film “I Origins”. Möhtəşəm bir film daha. Bu film izləməyim üçün mənə təzyiq edən
Həliməcana təşəkkürlər. Onun təzyiləri nəticəsində bu cür möhtəşəm bir film izlədim.
Bu arada, bu xanım filmi izlədikdən sonra
artıq nə vaxt liftə minsə başlayırdı panik-atak keçirməyə. Məndə həmişə
zarafatlaşırdım. İndi isə daha yaxşı başa düşürəm. Lift məsələsini filmi
izləyənlər bilər. İzləyin bu filmi.
Ciddi mövzulardakı filmlərdən
gəlin indi də bir az fantastika və klişələrlə dolu olan bir filmdən yazım. “Fallen”
– maraqlı mövzusu var. Ən azından bəzi mələkli və şeytanlı kitablardan və filmlərdən
tamamilə fərqlənirdi. Hətta filmin ortalarına doğru açılan bir hadisəyə o qədər
vuruldum ki, çox xoşuma gəlmişdi. Ancaq gəlin görün ki, tam da hər şey super
getdiyi yerdə filmin sonu hər şeyi korladı. Tam olaraq sonda olan hadisəyə görə
(iki oğlanın qarşı durması hissəsindən söhbət gedir) həqiqətən güldüm. Yəni
o nə idi yaaaa. Necə gözəl gedirdin. Bunu da nəzərə almalıyıq ki, bu film eyni
adlı kitab əsasında çəkilib və seriya yazıldığı vaxtlarda çox məşhurlaşmışdı.
Çünki ən aktual fantastik janrlı mövzulardan sayılırdı. Digər kitabların filmi
çəkiləcəkmi hələ məlum deyil. Ancaq çəkilməyini istəyərdim. Əgər fantastik, mələkli,
şeytanlı filmlər sevirsinizsə izləyin.
Digər bir izlədiyim film “Hacksaw Ridge” oldu. Bir izləyicim tövsiyyəsi ilə izlədim (Fatma, təşəkkürləəər 😍 ). Bu film haqqında sadəcə onu demək istəyirəm ki, real hadisələr əsasında çəkilən bu film mənə həqiqi inancların nə olursa olsun ölmədiyini izah etdi. Əgər həqiqətən birinə dərindən bağlısınızsa onunla aranızdakı bağ ölümünüzə də səbəb olsa qopmayacaq. Bu ay izlədiyim filmlər artıq məni dərindən yaraladı. Əvvəlcə “Agora”, sonra da bu. İzləyin bu filmi.
Və son olaraq bir də bu
ay “The Deep Blue Sea” filmini izlədim. Filmin mövzusu eşqi xəstəlikli hala gətirən
bir qadının həyatından bəhs edir. Bu filmi sevdimmi, sevmədimmi bilmirəm. Hisslərim
qarışıqdır, çünki filmin sevdiyim yanları olduğu kimi, nifrət etdiyim tərəfləri
də oldu.
Bunu da qeyd edim ki, aylar əvvəl filmin bu şəklini görüb vurulmuşdum. Sizcə də çox gözəl deyilmi?
Bu aykı izlədiyim filmlərdən
bu qədər. Yazının çox hissəsini filmlər tutdu.
Bu ay sizə iki kafe də
tövsiyyə edəcəm. “Coffee Station” və “Meat by Beat” bu ay çox sevərək getdiyim
yerlər oldu. Gedib jasmin çayı içməyi unutmayın.
Bu aylıq yazım bu qədər.
Düzü uzun müddət olduğundan artıq nələr etdiyimi, haralara getdiyimi belə
unutmuşam. Buna görə də bu yazını burada yekunlaşdıracam. Ümid edirəm ki, sevərək
oxuyacağınız bir yazı olmuşdur. Fikirlərinizi yazın. Sizdə izlədiyiniz filmləri,
gəzdiyiniz yerləri yazın. Siz nələri, haraları tövsiyə edərdiniz?
Bonus, məəən 😂
See you, babies 😗