Yay Aylarında Oxuya Biləcəyiniz Kitablar

Temmuz 03, 2017



Havalar istiləşdikcə nəsə etməyə həvəsimiz olmur. Elə bu kitab oxumaq istəyimizə də aiddir. Oxuyanda da istəyirik ki, bizi güldürən, maraqlı və əyləncəli kitablar oxuyaq. Ona görə də bu yazımda sizlərə yay tətilinizdə oxuya biləcəyiniz kitabları tövsiyə edəcəm.

         1.     Jojo Moyes - Senden Önce Ben
Senden Önce Ben və Senden Sonra Ben kitablarını hələ də oxumamısınızsa bu yay oxumaq üçün ən yaxşı vaxtdır. Hazır ilk kitabın filmi də çıxmışkən oxuduqdan sonra filmi də izləyib Lou’nun pozitiv enerjisinə və Will’ə heyran ola bilərsiniz.

2.     R. J. Palacio - Mucize
Mucize doğuşdan dəyişik xarici görünüşə sahib olan balaca bir oğlanın hekayəsidir. İnsanları xarici görünüşü ilə deyil də xasiyyətinə və qəlbinə görə sevməli olduğumuzu bir daha bizə xatırladır. Kitabın filmi də çəkilir. Bu yay oxuyaraq filmi çıxdığında rahatlıqla izləyə bilərsiniz.

3.     Emma Chase – Karmakarışık
Əyləncəli aşk romanı oxumaq istəyirsinizsə bu kitab tam da sizə görədir. Kitab baş qəhrəmanımız olan Drew Evans’ın ağzından yazılıb. Bəzi yerlərində qəhqəhələrlə gülsəm də, bəzi yerlərində Drew’i tutub boğmaq istəyirdim. Bu qədər özündən razı ikinci bir obraz ola bilməz.

4.  Samantha Young – Dublin Caddesi
Dublin deyəndə mənim üçün axar sular durulur. Adından da anladığınız üzrə hadisələr Dublində keçir. Aşk romanları sevərlərin bəyənərək oxuyacağı kitablardandır.


5.     Stephanie Perkins – Lola ve Komşu Çocuk
6.     İsla ve Mutlu Son
Bu iki kitabın da baş qəhrəmanlarını çox sevəcəyinizə əminəm. Çox əyləncəli əsl tətildə oxunası kitablardır. Cricket və Josh’u sevməmək əldə deyil.

7.     Rainbow Rowell – Fangirl
Çox şirin bir kitab daha. Kitab haqqındakı fikirlərimi blogda yazmışam. Buradan oxuya bilərsiniz.

8.     Kerstin Gier - Aşk Tüm Zamanların İçinden Geçer seriyası
Bu şirin kitabları hərkəsin oxumağını tövsiyə edirəm. Həm üz qapaqları ilə, həm də mövzusu ilə heyran olacağınız seriyadır. Fantastik janrda olmağına baxmayaraq hər kəsin sevərək oxuyacağı kitablardandır.

9.     Cecelia Ahern - Kadere Bak!
Bu kitabı o qədər çox sevirəm ki. Bir də əlbəttə ki filmini də. Nədənsə mənə məktəb illərimi xatırladır. Baş qəhrəmanlarımız uşaq yaşlarından bəri dostluq edirlər, ancaq böyüdükcə yolları ayrılır. Bir-birlərindən nə qədər uzaqlaşsalar da aralarındakı çəkim onları birləşdirməkdə qərarlı. Filmini də çox sevmişdim. Sam Claflin’i sevməmək olmur.

10.     Jane Austen – Gurur ve Önyargı
Eee çox sevdiyim bir klassiki buraya əlavə etməzsəm olmaz deyə düşündüm. Bu yay bu kitabı oxuyaraq Mr. Darcy’ə aşiq ola bilərsiniz. Kitabın filmi də çıxıb. Oxuduqdan sonra filmini izləməyi unutmayın.

11.  Marie Lou – Efsane seriyası
Tətildə rahat oxuya biləcəyiniz distopik janrda bir seriyadır. Üç kitabdan ibarətdir. Bir gündə bitirə biləcəyiniz seriyadır. Həyəcan bir an belə azalmır.

12.   Merve Akıncı - Şahmelek
13.  Müjde Aklanoğlu - Kör Talih seriyası
14.   Burcu Büyükyıldız - Çilek Mevsimi
Aşk romanları oxumağı sevirsinizsə bu üç kitabı oxuyun.  Onu da qeyd edim ki, bu kitablar Wattpad’dən nəşr olunan ilk kitablardandır. Kör Talih seriyasını xüsusilə də oxuyun. Həm əyləncəli, həm də yeri gələndə drama bağlayan kitablardandır. Qalın kitablar olmağına baxmayaraq mən bir gündə oxuyub bitirmişdim. O dərəcə axıcı kitablardır.

15.    Wendy Higgins - Tatlı Şeytan seriyası
Son olaraq mələkli, şeytanlı bir seriya. Çox rahat oxunan kitablardır. Əgər fantastik janrda kitabları oxumağa təzə başlamısınızsa bu seriyaya bir şans verin.

Tövsiyə edəcəyim kitablar bu qədər. Əslində daha çox idi, ancaq çox olmasın deyə aralarından bunları seçdim. Ümid edirəm ki, sevərək oxuyarsınız. Sizin mənə tövsiyə etmək istədiyiniz kitablar varsa, fikirlərinizi yazmağı unutmayın.


You Might Also Like

0 yorum