Jennifer L. Armentrout - Safkan // Kitab Şərhi

Temmuz 19, 2017

Safkan (Melez Sözleşmeleri #2)

Orijinal adı: Pure
Yazıçı: Jennifer L. Armentrout
Səhifə sayı: 406
Tərcümə edən: Bilge N. Zileli Alkım
Qiymətləndirmə: 4/5
Nəşriyyat: Dex Kitap

Melez Sözleşmeleri seriyasının ilk kitabı olan Melez’in şərhini buradan oxuya bilərsiniz. İlk kitabı oxuyub bəyəndikdən sonra hazır seriyanın digər kitabları da əlimdəykən bu yay hamısını oxuyub bitirim dedim.


Bu kitabın mövzusundan spoiler vermədən bəhs edəcəm.

İndi gələk Safkan kitabına. Bu kitabda Appolyon’umuzu, yəni Seth’i daha çox görürük və bu çox yaxşı bir şeydir. Düşünün kitab boyu Alex nəsə bir dəlilik edir və Aiden ya da digərləri gəlib tərsləyir. Bu da bəs deyilmiş kimi ortaya bir də şura üzvləri qatılır.

Seth’in olduğu bölümlər daha maraqlı idi. Heç nəyi vecinə almadan həyatını yaşayır və sözləri ilə bir an belə güldürməkdən bezmir. Bəzi yerlərində hətta qəhqəhə çəkdim.

Alex haqqında isə belə düşünmürəm. Yenə qız obrazımız, yenə məni dəli edən hərəkətləri. Hər hərəkətində balaca uşaq kimi davranmaqdan görəsən nə vaxt əl çəkəcək. O qədər itki verdi, yenə də Aiden’ə baxanda özündən gedir. Bir də adam məntiqli davranır. İkisini də düşünür, o, heç özünü də düşünmür.

Safqanlar və Mələzlər arasındakı ayrı-seçkiliklər daha çox nəzərə çarpırdı. Şura üzvlərinin Mələzlərə olan nifrəti də daha çox gözümüzə batırdı. Arasındakı əlaqələrin necə işlədiyini, bir safqanın qanunları çeynədiyi halda heç bir cəza almasa da, mələzlər üçün bu belə deyil. Hətta ən ağır cəzaları kölə olaraq safqanların evində, saraylarında işləməkdir. Buna görə bəzi yerlərində əsəbdən dəli olmuş kimi oxusam da, ümumi olaraq aksiyonlu, həyəcanlı oldu. Üçüncü kitabda hadisələr qarışacağa oxşayır, çünki sonu dəhşət yerdə bitdi.

͌  ͌  ͌  ͌  ͌ 
"Kolumu asla gevşetmemeliydin." Sonra beni çevirip omzundan attı. Yüksek sesli bir inlemeyle mindere çarptım. "Ay, düştün mü?"
"Yo." Yüzümü buruşturarak yuvarlanıp sırt üstü yattım. "Yere saldırdım."

͌  ͌  ͌  ͌  ͌ 
"Kıskanma. Tek minik tavşanım sensin."



You Might Also Like

1 yorum

  1. Play Free Slots | Sandia Casino
    As the name implies, Sandia Casino choegocasino is the most authentic online casino offering the best of the best 샌즈카지노 of the best. We're glad you are joining us for worrione all

    YanıtlaSil