Hola, millət. ✋
Necəsiniz? Artıq dekabr ayı da qurtarır. İlin son
ayı sizin üçün necə idi? Bu ayda nələr etdiniz? Ümidvaram ki, ayınız çox gözəl
keçib. Mənim ayım da dopdolu, qaçahaqaçlı keçdi. Heç ayın hardan başladığını
bilmədən bir də onu gördüm ki, bitdi. Yenə də bu ayda bütün işlərimi qaydasına
qoydum, bircə blogdan başqa. Daha çox yazı gələcəyini demiş olsam da nədən
yazacağımı bilmədim. Buna görə də heç bir yazı gəlmədi.
Buna baxmayaraq bu ayda nələr etdiyimi sizlərlə
bölüşmək istəyirəm. İlk olaraq onu qeyd edim ki, bu ay bir dənə kitab oxudum, ancaq
çoxlu fərqli mövzularda filmlər izlədim və hər birini çox sevdim. Düzü mən o qədər
də film izləməyi sevmirəm, çünki filmlərin çoxu kitabların əsasında çəkilir.
Düşünürəm ki, kitablar filmlərə nəzərən daha zəngindir. Nədə olsa bəzi filmlərdə
kitabın hər hissəsi əks olunmur. Bütün bunlara baxmayaraq bu ay ingilis dili müəlliməmin
tövsiyyəsi ilə çoxlu filmlər izlədim. Onlardan bu yazımda bəhs etməyəcəm. Bu
haqqda əlavə olaraq başqa bir yazı yazmaq istəyirəm.
Keçək dekabr ayına. Dekabr ayı hamı üçün yorucu bir
aydı. Çünki oxuyanlar üçün sərbəst işlər, imtahanlar, son qiymətləri almaq qorxusu
hər gün bir az daha artır. İşləyənlər üçün isə ilin son ayı olduğu üçün daha
çox iş görmək lazım olur. Keçən ayda bəhs etdiyim kimi bu ay sərbəst işlərimi təhvil
verdim, dərslərlə bu smestrlik sağollaşdım ancaq əlbəttə ki qarşıdan bizi uzun
və böyük bir imtahan sezonu gözləyir. Bu arada hamıya uğurlar imtahanlarda.
İndi isə sizi bu sıxıcı girişlə yorduqdan (sorry 😥 ) sonra keçək ayın gözəlliklərinə.
Ayın ilk həftələrində çoxda qeyri-adi hadisələr
olmadı (“qeyri-adi” deyərkən nəyi nəzərdə tuturam görəsən.. Həyatım hər daim
aksionlu keçdiyinə görə sakit kəçəndə narahat olmağa başlayıram xxoxoxox.
Şaka-Şaka siz bunun əksini düşünün 😉 ).
Ayın 25-i səhər bir az gec də olsa yolkamızı
qurdum. Bacım xəstələndiyi üçün bu il mən tək qurdum. Yenə də yaxşı oldu (məncə 😳). Axşam da Kirxada konsert var idi, ora getdim. Bakı Musiqi Akademiyasının
uşaqları yeni ilə görə konsert verirdilər. Çox bəyəndim. Arada belə dəyişikliklər
yaxşıdı. Oradan çəkdiyim və xoşuma gələn videoları sizlərlə bölüşmək istəyirdim ancaq nədənsə blogger ə video yükləyə bilmədim. Blog dəyişəndən sonra belə olub. Baş aça bilmirəm ki niyə 😦
Bu ay kinoteatra getməyə çoxda vaxtım olmadı, halbuki gedib baxmaq istədiyim bir neçə kino var idi. Bircə “Passangers” filminə getdim və çox sevdim. Sci-fi filmlərini sevənlərə tövsiyyəm baxmağa dəyər. Yenə də filmdən çox şeylər gözləməyin. Mən çoxdandır ki, bu filmi gözləyirdim və sonunu elə düşünməmişdim. Dediyim kimi normal gözləntilərlə filmə getsəniz sevərsiniz deyə düşünürəm.
Son həftə artıq dərslərimiz də qurtardığına görə gəzmədiyimiz
yer qoymayaq dedik və turist kimi şəhərimizi ekskursiyaya çıxdıq. Birinci gün
filmə getdikdən sonra, ikinci gün də kitab mağazalarını gəzdik. Onu da qeyd
edim ki, hal-hazırda kitab mağazalarında çox yaxşı endirimlər var. Bu günlərdə
yaxınlarınıza və elə özünüzə də gedib kitab hədiyyəsi ala bilərsiniz. Elə
kitablardan söz açılmışkən bu ay aldığım yeni bebeklərimi sizinlə tanış etmək
istəyirəm 💘😍
İlki kitabevim.az’dan aldığım “Fahrenheit 451”
kitabıdır. 20% endirimindən aldım. Ancaq hal-hazırda mağazada 40% olan türk
dilində kitablar da var. Yolunuz düşsə gedib bir baxın. İngilis dili müəlliməm
Ray Bradbury’dən bir kitab oxumağımı tövsiyyə etmişdi. Mən də bu kitabını
çoxdandır ki, oxumaq istəyirdim. Ucuzdu və endirimdə də tapmışkən alım dedim.
Ali & Nino’da gəzərkən təsadüfən tapdığım
Stefan Zweig kitabı “Olağanüstü Bir Gece”. Yazarı nə qədər çox sevdiyimi artıq
bilirsiniz. Artıq adət halını alıb deyəsən çünki fikir vermisinizsə hər dəfə
kitab alış-verişi edəndə bir Zweig kitabı qarşıma çıxır 😂
Bir digər Ali & Nino’dan aldığım kitab “Aldous
Huxley – Cesur Yeni Dünya” oldu. Bu kitab siyahımda çoxdandır ki, var idi.
Bookaholictr səhifəsinin yazarı Burcunun sevdiyi kitabdır və hər dəfə tövsiyyə
edirdi. Almasam olmazdı 😊
Sonuncu bu ay aldığım kitab isə Işılca dan “Kan ve Aşk” oldu. Kitab siyahımda idi və
yarmarkada təsadüfən 3 Alma kitab evində görüb və elə təsadüfən də qiymətini
şoruşduğum, eşidər-eşitməz tez “bəli, alıram” dediyim bir kitab oldu. Həqiqətən
bu qədər ucuza gözləmirdim 😁 kitabı göydə qapmış kimi hiss edirəm xixixi.
Bu ay təsadüflər nəticəsində qarşıma çıxıb aldığım
kitablar bunlar idi. Sizlər bu ay hansı kitabları aldınız? Nələr oxudunuz? Fikirlərinizi
mənimlə bölüşməyi unutmayın.
Harda qalmışdım? Hə, üçüncü gündə. Üçüncü gün dərsimiz
yox idi, biz də (biz deyərkən Həlimə və mən xixix) səhər saat 8 dən şəhəri gəzməyə
çıxdıq. İçərişəhərə getdik. Əslində Həli içərişəhərdəki Retro bookshop
mağazasını axtarırdı ancaq nə qədər gəzsəkdə tapa bilmədik 😡. Bəlkə təsadüfən tam olaraq harada olduğunu bilərsiniz?
İçərişəhərdə gəzərkən “Minatür Kitab Muzeyi”nə
rastladıq. İlk dəfə idi ki ora gedirdim. Çox xoşuma gəldi. Salaxova Zərifə
xanımın həvəskar olaraq dünyanın müxtəlif yerlərindən yığdığı miniatür
kitablara istəyənlər gedib baxa bilər. İş günləri 2 – 7-ci günlər saat 11:00
dan 17:00 qədərdir. Gedin baxın, orada işləyən xanım da kitablar haqqında çox
maraqlı məlumatları bizlərlə paylaşdı. Oradan çəkdiyim şəkilləri sizlərlə də
bölüşmək istəyirəm.
Bu kitab evində hər ölkənin özünə məxsus ədəbiyyatı
var. Sevdiyiniz yazarların miniatür kitablarını burada görəcəksiniz.
Dünyanın ən balaca kitabı hesab olunur. Gördüyünüz
kimi mikroskopla oxunur ancaq.
Baxın orada hansı kitabı tapdım original dilində “O
Pequeno Principe”. Çox qəşəng deyil mi sizcə də? İçi belə rəngli-rənglidir.
Son olaraq üçüncü gün o qədər gəzməklərdən sonra
Nutellanda getdik. Gedib çay içməyi unutmayın. Yorğunluğunuzu atmaq üçün ən
yaxşı üsul çay içməkdir. 😋
Dekabr ayında olanlar bu qədər idi. Ümid edirəm ki,
bu yazımı bəyənərsiniz. Həmçinin sizi və yaxınlarınızı bu gözəl bayramlar
münasibəti ilə təbrik edirəm. Bol kitablı, hüzürlu və xoşbəxt bir il keçirmək
diləyi ilə. 🎄🎅🎇
See you, babies 😗
See you, babies 😗
P.s. axır ki bloggere də emojilər gəldiii 😎