Safkan (Melez Sözleşmeleri #2)
Orijinal
adı: Pure
Yazıçı: Jennifer L. Armentrout
Səhifə
sayı: 406
Tərcümə edən:
Bilge N. Zileli Alkım
Qiymətləndirmə: 4/5
Nəşriyyat: Dex Kitap
Melez Sözleşmeleri seriyasının ilk kitabı olan
Melez’in şərhini buradan oxuya bilərsiniz. İlk kitabı oxuyub bəyəndikdən sonra
hazır seriyanın digər kitabları da əlimdəykən bu yay hamısını oxuyub bitirim
dedim.
Bu kitabın mövzusundan spoiler vermədən bəhs edəcəm.
İndi gələk Safkan kitabına. Bu kitabda Appolyon’umuzu,
yəni Seth’i daha çox görürük və bu çox yaxşı bir şeydir. Düşünün kitab boyu
Alex nəsə bir dəlilik edir və Aiden ya da digərləri gəlib tərsləyir. Bu da bəs
deyilmiş kimi ortaya bir də şura üzvləri qatılır.
Seth’in olduğu bölümlər daha maraqlı idi. Heç nəyi
vecinə almadan həyatını yaşayır və sözləri ilə bir an belə güldürməkdən bezmir.
Bəzi yerlərində hətta qəhqəhə çəkdim.
Alex haqqında isə belə düşünmürəm. Yenə qız
obrazımız, yenə məni dəli edən hərəkətləri. Hər hərəkətində balaca uşaq kimi
davranmaqdan görəsən nə vaxt əl çəkəcək. O qədər itki verdi, yenə də Aiden’ə
baxanda özündən gedir. Bir də adam məntiqli davranır. İkisini də düşünür, o,
heç özünü də düşünmür.
Safqanlar və Mələzlər arasındakı ayrı-seçkiliklər daha çox nəzərə çarpırdı.
Şura üzvlərinin Mələzlərə olan nifrəti
də daha çox gözümüzə batırdı. Arasındakı əlaqələrin necə işlədiyini, bir safqanın qanunları çeynədiyi halda heç
bir cəza almasa da, mələzlər üçün bu
belə deyil. Hətta ən ağır cəzaları kölə olaraq safqanların evində, saraylarında işləməkdir. Buna görə bəzi yerlərində
əsəbdən dəli olmuş kimi oxusam da, ümumi olaraq aksiyonlu, həyəcanlı oldu.
Üçüncü kitabda hadisələr qarışacağa oxşayır, çünki sonu dəhşət yerdə bitdi.
͌ ͌
͌ ͌ ͌
"Kolumu asla gevşetmemeliydin." Sonra beni çevirip omzundan attı. Yüksek sesli bir inlemeyle mindere
çarptım. "Ay, düştün mü?"
"Yo."
Yüzümü buruşturarak yuvarlanıp sırt üstü yattım. "Yere saldırdım."
͌ ͌
͌ ͌ ͌
"Kıskanma. Tek minik tavşanım sensin."