Çoxdandır ki, bir məsələ haqqında çox
fikirləşirdim. Blog'a daha çok yazı yazmaq istəyirdim, amma bunun ancaq
kitablarla limitli olmasını da istəmirdim. Buna görə də qərar verdim ki, artıq
aylıq yaşadıqlarımı da sizlərlə paylaşım və ya aylıq favorilərimi. Oxuyarsınızmı
bilmirəm, ümid edirəm ki, sevərək oxuyacaqsınızdır. Onda niyə elə bu aydan başlamayaq?
Əvvəlcə nələr edirəm onlardan yazmaq
istəyirəm. Son vaxtlarda dərslərimlə əlləşərək həyatı yaşamağa çalışıram. Artıq
3-cü kursa keçdim və 2 ildən az bir vaxtım qaldı. Əlbəttə ki qorxularım da gün
keçdikcə daha da çoxalır. Universiteti bitirdikdən sonra nə edəcəm? Necə davam
edə bilərəm? Necə iş tapa bilərəm? Mən işləyə bilərəmmi? Daha nələr, nələr...
Buna görə də gələcək planlarım dəqiq olmasa da alman dilimi inkişaf etdirməyə
qərarına gəldim. (Düzü Vianadan sonra mənə çox böyük həvəs gəlib, alman dilini
yaxşı öyrənim bəlkə işdidə olar, qayıdaram ora :)) Əgər alman dili öyrənmək
istəyibdə çəkinirsinizsə, çətin dil olduğunu düşünürsünüzsə məncə elə bu gündən
başlayın, çünki alman dili o qədər də çətin dil deyil. (Yaxşı, bəlkə də mən
hələ çətin olan hissələrinə gəlməmişəm :D xoxoxo)
Bu ay dərslər baxımından çox çətin
aylardan biridir, çünkü etməli olduğum o qədər işlər var ki. Yazmalı
olduğum 500 sözlük bir essayim, hazırlayacağım 3-4 dənə presentasiyalarım var
və bunların hamısını dekabr ayının ilk həftəsinə qədər çatdırmalıyam. Ve
əlbəttə ki hamısı da ingilis dilindədir. Perfect. Çooox tənbələm, çoooox!
Keçən aylarda kinoteatrda bir neçə filmə
baxdım. Onlardan bir az yazmaq istəyirəm. İlk əvvəl əlbəttə
ki "Miss Peregrine's Home for Peculiar Children" filminə baxdım..
Sadəcə olaraq "MÖHTƏŞƏMDİ". Kitabı oxuyarkən bu qədər çox
əylənməmişdim, ancaq filmi çox sevdim. Elə bil kitabda bir neçə yer əksikdi
amma filmdə elə deyildi. Tim Burton o qədər gözəl bir film ərsəyə gətirib ki,
film boyunca "Uyda", "Əla" deyərək yerimdə belə otura
bilməmişdim. Filmlə kitabın arasında çox da böyük fərqlər yox idi, ancaq təbii
ki bir neçə səhnə dəyişdirilmişdi, istər xarakterlər olsun, istərsə də o
möhtəşəm son. Düzü hal-hazırda ikinci dəfə o filmə getmədiyim üçün çox pis
oldum. Kaş ki gedib o həyəcanı yenidən yaşasaydım. Bu filmi rəfiqəm Həlimə ilə
izlədik. o, heç vaxt nə fantastik kitabları, nə də filmləri sevər. Amma
əlbəttə ki bu filmi çox sevdi. İkimiz də ikinci filmi səbirsizliklə gözləyirik.
Əsl kinoteatrda izləməyi sevdiyimiz səbəblərdən biri də salonda sadəcə ikimiz
var idik. Nədənsə salon bomboş idi. İlk seans olduğu üçünmü yoxsa bizim
ölkəmizdə insanların o qədər də diqqətini çəkmədiyi üçün idi mi bilmirəm. Yenə
də boş salonda həyəcanımızı bir-birimizlə bölüşərək baxdıq filmə və çox
təəccüblənsəmdə film türk dilində idi. Onun da başqa zövqü var idi.
İlk
kitabı oxusamda ikinci kitabı hələki oxumağa vaxtım olmamışdı. Artıq bu ay vaxt
edib oxumaq istəyirəm çünki çox maraqlı gəlir, görəsən kitabda hadisələr necə
davam edəcək.
Sonraki
izlədiyimiz film təsadüfən seçilmiş bir film oldu: "İkimizin Yerine".
Əslində heç gedib baxmağı fikirləşmirdim, ancaq nədənsə o gün kinoteatra getmək
istəyirdik və bizim vaxtımıza uyğun təkcə bu filmin seansı olduğu üçün biz də
getdik. Filmin mövzusunu çox sevməsəm də o qədər də pis deyildi. Filmdə ən çox
sevdiyim aktyor seçimləri (Nejat İşler ve Serenay Sarıkaya) oldu, bir də filmdə
deyilən sözlər: "Aşk birinin eline dolu bir silah verip sizi vuracağı anı
beklemekten farksızmış.." Nədənsə film mənə yarımçıq gəldi. Elə bil,
mövzusu sevgidir ancaq ortada sevgi deyilən bir şey yoxdur. Təkcə aktyorların
performanslarını sevdim. Düşünürəm ki onlar olmasaydı filmə baxmağa dəyməzdi.
Noyabrın
ilk həftəsində “Qatardakı Qız” filminə baxdım. Kaş amma kaşki heç gedib
baxmasaydım. Film müddətində ancaq film qurtarsada evə getsək deyə düşünməkdən
sıxıldım. Bilmirəm ya, kitabını da oxuyanda sevməmişdim, elə filmini də
sevmədim. Boş yerə 2 saatımı aldın be film. :/
Nəhayət
keçən həftə çoxdandır gözlədiyim film gəldi “Fantastic Beasts and Where to FindThem”. Çox qəşəng idi yaaa. Bu filmdən sonra bu dünya hqqında bir az maraqlı
məlumatlar axtarıb tapdım. 2 saat 20 dəqiqəlik bir filmdir. Sadəcə gedin və hər
dəqiqəsindən zövq alın. Əgər alınsa bu film haqqında daha ətraflı bir yazı
yazacam. Əgər vaxt tapsam gedib yenidən filmi izləməyi fikirləşirəm.
Artıq
2016-cı ilin qurtarmağına 1 ay 1 həftə qaldı və mənim bu ilki “Oxuma Hədəfim”
60 kitab idi. Hələ 35 kitab oxumuşam. Bu il oxumaq üçün çoxda vaxtım olmadı.
Yəni 25 kitabı bu 1 ay 1 həftəyə sığışdırmalıyam. Ah, xəyallar = həyatlar.
Görək nələr olacaq.
Yeni il
üçün mənim kimi həyacanlı olanlar varmı? Artıq noyabrdan başlayaraq Christmas-a
hazırlaşmağa başlayıram. Yaxşı, bilirəm ki, bizdə Christmas yoxdur ancaq o
dadlı şirniyyatları, məni xoşbəxt edən musiqiləri görməzdən gələ bilmərəm.
Mənim
bu aylıq sizlərlə bölüşmək istədiyim təəsüratlarım bu qədər. Bu arada sizin
ayınız necə keçdi? Fikirlərinizi mənimlə bölüşsəniz şad olaram.
Hələlik.
See
you, babies :*