Jennifer L. Armentrout - Melez // Kitab Şərhi

Temmuz 06, 2017

Melez (Melez Sözleşmeleri #1)

Orijinal adı: Half-Blood
Yazıçı: Jennifer L. Armentrout
Səhifə sayı: 340
Tərcümə edən: Bilge N. Zileli Alkım
Qiymətləndirmə: 4/5 🌟
Nəşriyyat: Dex Kitap


Jennifer L. Armentrout’un “Lux” seriyasını oxuyub sevə bilməsəm də, bu seriyasına bir şans verim dedim. Nə də olsa yunan mifalogiyasına əsaslanır. “Melez Sözleşmeleri” 5 kitablıq seriyadır. Onu da qeyd edim ki, yazıçının digər seriyasına nəzərən bunu daha çox sevdim və kitablara davam edəcəm.


Kitabda bəhs edilən Hematoi irqi – yunan allahları ilə bəzi varlıqların nəslidir. İki Hematoi nin uşaqları Safqan olduğu halda, Hematoilər və insanların uşaqları Mələz olur. Safqan’ların çox özəl gücləri var, lakin Mələz’lərdə bunlar olmadığına görə onların həyatlarını davam etdirmələri üçün qarşılarında iki şansları var: ya ovçu olub iblis avlayacaqlar, ya da Safqanların evində qulluqçu olaraq işləyəcəklər.

Qızımız Alexandria bir mələzdir. Üç il əvvəl anası tərəfindən Akit’dən çıxarılaraq insanların yaşadığı dünyaya gətirilmişdir. Akit – Safqanlar və Mələzlərin birlikdə təhsil aldığı, bir adada yerləşən məktəbdir.

Hadisələr Alex və iblislər arasında gedən mübarizə ilə başlayır. İblislər Safqanların və Mələzlərin qanında olan bir maddə ilə qidalanan şeytani varlıqlardır. Bir iblisin yaranması üçün bir safqanı çevirmək lazımdır. Belə ki gözləri önündə anasını öldürən iblislərlə döyüşən qızımız Akit’də öyrədilənləri tətbiq edərək həyatda qalmağa çalışır. Elə bu vaxtı köməyinə Aiden gəlir.

Aiden Safqan ovçudur və Alex’in ondan xoşu gəlir. Ancaq qəti qadağan olan bir məsələ var: Safqanlar və Mələzlər arasında bir əlaqə (sevgi) ola bilməz.


Kitab aksiyonlu davam edərkən işin içinə bir də Apollyon girir.

Apollyon – Allahların seçdiyi Mələz ya da Safqan olan biridir. Dörd elementi idarə edərək Safqanlardan başqa xüsusiyyətlərinə görə belə üstündürlər. Hətta beşinci elementə də sahibdirlər. Hər ömürdə bir Apollyon dünyaya gəlir. Bu dəfə də Apollyon’umuz Seth’dir.  Ona qarşı hisslərim hələ tam deyil, yəni sevdimmi, sevmədimmi əmin deyiləm. Ancaq onu bilirəm ki, seriyanın növbəti kitablarında hadisələr yaman qarışacaq.

Fantastik janrda olan bir də yunan mifalogiyasından əsinlənən bir kitab oxumaq istəyirsinizsə kitaba bir şans verin.

You Might Also Like

0 yorum