Yetenek
(Yedi Krallık Üçlemesi #1)
Orijinal adı: Graceling
Yazıçı: Kristin Cashore
Səhifə sayı: 472
Tərcümə edən: İlker Şahin
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Pegasus Yayınları
“Ölümcül Bir Yetenek Yedi Krallığı Yıkabilecek Bir Sır”
Nəhayət bu seriyaya
başlamaq qismət oldu. Belə ki seriyanın ilk kitabı olan “Yetenek”i təxmini iki
il əvvəl oxumağa başlamışdım, ancaq sonra gözümdə problem yarandığı üçün oxuyub
bitirə bilməmişdim. Hətta yadımdır, o vaxtlar “Golem ve Cin” kitabına da
başlamağıma baxmayaraq bitirə bilməmişdim.
Bu ay qərara gəldim ki,
artıq bu kitabı oxuyub bitirim. Kitabın əvvəllərində hadisələr çox yavaş irəliləyir.
Çünki nə də olsa 3 kitablıq seriyanın ilk kitabıdır. Yazıçı yeni fantastik
dünya yaradıb. Bu dünyanı 7 krallıq idarə edir. Hətta kitabın ilk səhifələrində
yaradılan dünyanın xəritəsini də verib.
İlk olaraq onu yazım ki,
mən bu kitab haqqında heç bir şey bilmədən oxudum. Hətta ən kiçik bir şey belə
bilmirdim. Nə gözləyəcəyimi, nə ilə qarşılaşacağımdan belə xəbərsizdim, ancaq
çox sevdim. Möhtəşəm idi.
Bu dünyada hər krallıqda
xüsusi qabiliyyətlərə malik insanlar var və bu insanlar digərlərindən təkcə
qabiliyyətlətinə görə deyil, həmçinin göz rənglərinə görə də seçilirlər.
Qeyd etdiyim kimi kitabın
ilk 100 səhifəsi filan yavaş gedir, sonra isə aksiyonlar başlayır. Həqiqətən
çox maraqlı idi.
Əsas obrazımız Katsa da
xüsusi qabiliyyəti var və uşaqlığından bəri yaşadığı bir hadisədən sonra dayısı
kral Randa'nın himayəsi altında yaşayır. Katsa'nın yeteneyi isə öldürməkdir.
Dayısı da bundan istifadə edərək cəzalandırmaq istədiyi birinə Katsa'nı göndərir
və onun bu xüsusiyyəti bütün krallıqda səs salır, onu görən hər kəs ondan
qorxur.
Qabiliyyəti döyüşmək olan
Lienid krallığından Prens Po ilə qarşılaşana qədər həyatını belə qəbul edən
Katsa artıq əvvəlki kimi olmaq istəmədiyinə qərar verir. Bu arada Leydi Katsa və
Randa'nın komandiri olan Oll və Giddon'un başçılıq etdiyi bir şura var ki, köməyə
ehtiyacı olan insanlara kömək edirlər. Elə Prens Po'nun babasının xilas edilməsi
də şuranın nəticəsində olur.
Bundan
sonra Po ilə yolları qarşılaşır.
Kitabda
çoxlu səyahətlər var. Durmadan bir yerdən başqa yerə gedirlər. Xüsusilə də
Katsa obrazını çox sevdim. Həyatımda gördüyüm (oxuduğum) ən güclü obrazlardan
biri idi. Sırf Katsa üçün belə bu kitabı oxumağa dəyər.
Po
isə tamam başqa aləm idi. Bu arada Liened'lilərin özünə məxsus adətləri var. Məsələn
əllərənə üzüklər taxırlar ki, bunların hər biri bir insanı təmsil edir. Qulaqlarında
sırğalar, bədənlərində tatular var. Eee adamı bunun üçün belə sevmək olar. Sonda
bir hadisə olur ki, heç gözləmirdim. Yazıçının necə qıydığına belə inana bilmirəm.
͌ ͌
͌ ͌ ͌
“Skye,
Katsa'yı alnından öptü. "Hayatımı
kurtardın."
Katsa
gülümsedi. "Siz Lienid'liler
sevginizi gösterme konusunda çok açıksınız."
"İlk çocuğuma senin adını vereceğim."
Katsa
güldü. "Çocuğun iyiliği için kız
olmasını bekle. Ya da en iyisi, çocukların büyüyene kadar bekle ve en
dikbaşlısına ve başına bela açana ver."
Skye
kahkaha attı ve Katsa'yı kucakladı. Katsa da ona karşılık verdi. O anda
korumacı kalbinin bir başka arkadaş kazandığını fark etti.”
͌ ͌
͌ ͌ ͌
"Bu yalnızca su," dedi
Katsa.
"Bunu bir de boğulan bir adama
söylesene," dedi Giddon.