Sual-Cavab #1

Mayıs 16, 2018


Sual-Cavab


Hər kəsə, salamlar. Çoxdandır ki, blogda yaza yazmırdım. Hazır youtube üçün “Sual-Cavab” video çəkirdim, düşündüm elə burada da cavablandırmadığım, həmçinin bəzi sualların ətraflı cavablarını yazım. Videonu izləmək istəsəniz aşağıya qoyacam.



 Gələk suallara:
1.     Ən sevdiyin müğənnilər və ən çox sevdiyin filmlər hansılardır?
Müğənnilər - Stromae, Lp, Amy Winehouse, Avicii. Filmlər – Agora, “I Origins”,
2.     Ixtisasınız nədir və onu sevirsinizmi?
İngilis dili müəllimliyi. Yəni, pis deyil.
3.     Youtube-a başlamaq fikrin necə yarandı və ailənin buna münasibəti?
Youtube-a yay vaxtlarında can sıxıntısından başladım deyə bilərəm. Ailəmin buna münasibəti çox yaxşıdır. Dəstəkləyirlər. Hətta çoxlu video yüklə deyirlər. Evdə kimsə videolarıma baxanda, öz səsimi eşidəndə utanıram.
4.     Mütaliə ilə paralel universitet dərslərini necə tənzimləyirsən?
Əslində tənzimləyə bilmirəm. Həqiqətən mən hər şeyi bir arada edə bilən insanlara heyranam, ancaq özüm elə deyiləm. Bir işi yaxşı edəndə digəri o qədər də yaxşı alınmır. Çalışıram ki, əvvəlcə dərslərimi bitirim, sonra isə kitablarıma qaçım. Nə də olsa dərslər tez bitir, ancaq kitablara gəldikdə
“A lot of books, Little time.”
5.     Yazıçı olmaq istəyərdin, yoxsa şair?
Yazıçı. Hətta yeniyetməlik dövrümdə hekayələr yazırdım, ancaq hal-hazırda heç bir şey yazmıram. Gələcək də isə nə olacağına baxacayıq J.
6.     Roman yoxsa şeir?
Roman, çünki şeir oxumaq mənlik deyil. Əslində öz dilimizdəki şeirləri sevirəm, lakin xarici dildə yazılmış şeirləri heç başa düşmürəm. Daha doğrusu
7.     Kitab yazsaydın adı nə olardı?
Başlıq seçməkdə hər zaman çətinlik çəkən biriyəm, özüm ad tapmağa çalışsam qocalana qədər ancaq nəsə ağlıma gələrdi. Ya da tapdıqlarımı da bəyənməyəcəyim üçün qoymazdım. Ona görə də əgər kitab yazsaydım birinə oxutdurub ona uyğun ad seçməyini xaiş edərdim.
8.     Ən çox sevdiyin 3 roman və 3 serial?
Kitablarla bağlı belə suallar mənə həmişə çətin gəlib, çünki oxuduqlarımın demək olar ki, çoxunu sevirəm. İlk ağlıma gələnləri yazacam: “Bronz Atlı-Paulina Simons”, “Richard Bach – Martı Jonathan Livingston”, “Harry Potter” seriyası.
Çox serial izləyən biri deyiləm. Çünki indiki seriallar o qədər uzundur ki, izlə, izlə bitmir. İzləyib bitirdiklərimdən ən çox sevdiklərim “Pretty Little Liars”, “The Vampire Diaries”. 3-cü isə ağlıma gəlmir.
9.     Ən çox sevdiyin Azərbaycan və Türk nəşriyyatları?
Hal-hazırda Azərbaycan nəşriyyatlarından çox kitab oxumuram ona görə də elə çox deyə bilməyəcəm. Məktəb illərində “Öndər” nəşriyyat evindən çox kitab oxuyurdum. Kitabları sərt qapaqlı nəşr edirdilər. Çox xoşuma gəlirdi.
Türk nəşriyyatlarından isə “Pegasus”, “Yapı Kredi Yayınları, “Türkiye İş Bankası Kültür Yayınları”nı çox sevirəm.
10.                 Ən çox sevdiyin kitab seriyası?
Buna iki seriya demək istəyirəm: “Harry Potter” və “Ateş seriyası”.
11.                 Həyatda görüşmək istədiyin yazıçı?
Yəqin ki J. K. Rowling’lə görüşmək istəyərdim. Həyatında o qədər çətinliklərin olmağına baxmayaraq belə gözəl əsərlər bəxş etdiyi üçün təşəkkür edərdim və mümkünsə yeni seriyaya başlamağının bizi çox sevindirəcəyini qeyd edərdim.
12.                 Kitablara sevgin necə yarandı?
Bunu həqiqətən bilmirəm. Çünki özümü bildim-biləli kitablara böyük sevgim var. Deyəsən bunda bir az da valideynlərimin rolu var. İkisi də kitabsevərdir.
13.                 Ən sevdiyin 3 yazıçı?
Jule Vern, J. K. Rowling, Stefan Zweig.
14.                 Ən sevdiyin janrlar hansılardır?
Distopya, Tarixi eşq, Fantastika.
15.                 Roman oxumağa mütəmadi olaraq nə vaxtdan başlamısan?
Deyəsən elə məktəb illərindən. 6-cı sinifdən yadımdadır ki, məktəbimizin kitabxanası ilə yanaşı başqa kitab evlərinə də gedib kitablar götürürdüm.
16.                 Neçə kitabın var?
Sonuncu dəfə sayanda hardasa 400-dən çox idi.
17.                 Səncə Nobel mükafatına layiq yerli yazıçı varmı, həm indiki zamandan, həm də keçmiş?
Indiki zamanda çox yazıçılarla tanış deyiləm, ancaq keçmiş zamanda çoxlu şair və yazıçılarımız var. Misal olaraq, mənim çox sevdiklərim; Hüseyn Cavid, Mikayıl Müşfiq.
18.                 Sonunu dəyişmək istədiyin kitablar varmı? Varsa hansılardır?
Var, Audrey Niffenegger – The Time Traveler’s Wife. Kaş ki sonu elə bitməsəydi yaa.
19.                 Ən çox pozitiv enerji verən kitab hansı olub?
Nicola Yoon – Everything, Everything. Rainbow Rowell – Fangirl.
20.                 Üz qapağını çox bəyəndiyin və heç bəyənmədiyin kitablar hansılardır?
Çox bəyəndiyim – İlluminae, heç bəyənmədiyim – “Tatlı Bela” seriyası.
21.                 Ən çox sevdiyiniz və qıcıq olduğunuz obrazlar kimlərdir?
Qıcıq olduqlarımla başlayım; “After” kitabından Tessa, “Trendeki Kız” kitabından Rachel. Sevdiklərim isə;
22.                 Hansı kitabın əsas qəhrəmanı olmaq istəyərdin?
“Cinder” kitabındakı Cinder olmaq istəyərdim, çünki uşaqlıqdan bəri Cinderella hekayəsinə böyük marağım var və elə müasir dünyaya əks olunmuş bir Cinder məncə super olardı.
23.                 “Kaş mən olsam” dediyin obraz varmı? Və səbəbi?
“Yetenek” kitabındakı Katsa obrazı. Səbəbi isə çox güclü qadın olmağıdır.
24.                 Dəfələrlə oxuyub bezmədiyiniz kitablar?
“Harry Potter” seriyası, Jule Vern – “Kapitan Qrantın uşaqları”, Lewis Caroll - “Alisin möcüzələr diyarı”.
25.                 Kitab oxumaqdan başqa zövq aldığınız şeylər varmı?
Yazmağı çox sevirəm. Gəzib görməyi, yeni yerləri kəşf etməyi sevirəm. Bir də yeni şeylər öyrənməyi.
26.                 Ilk oxuduğunuz kitab hansı olub?
“Azərbaycan Nağılları” adlı 3 cildlik kitablar var idi. Oxumağı öyrəndiyim vaxtlarda oxumuşdum.
27.                 Oxuyarkən ağladığınız kitab olubmu?
Əslində əvvəllər daha çox ağlayırdım. Nə vaxt dram janrında kitablar oxusam, filmlər izləsəm sulu gözə bağlayırdım. Böyüdükcə bir az düzəlmişəm məncə J. Işıl Parlakyıldız – Köle, E. L. James – Fifty Shades of Grey.
28.                 Hər işi öz qaydası ilə, yerli-yerində, üstəlik imtahanlarla birlikdə günə bir kitabı necə oxuyub bitirirsən? Ümumiyyətlə kitabı bir günə oxuyub bitirmək üçün xüsusi nə isə bacarığın var?
Bir çoxları kimi mən də imtahanlar ərəfəsində kitab oxumaq istəyirəm, bircə dərs oxumayım deyə. Bir də dərslərdən, stressdən uzaqlaşmaq üçün özümü kitablara verirəm. Buna görə də bacardığım qədər bədii ədəbiyyat oxuyuram. Qaldı ki, kitabı bir günə bitirməyə xüsusi bir bacarığım yoxdur. Daha çox oxuma sürəti ilə əlaqədar bir şeydir, həm də kitabdan çox şey asılıdır. Mövzusu, qalınlığı, yazıçının dili filan çox fərqi var.
29.                 “Nə yazsa oxuyaram” dediyin yazıçı varmı?
Məncə indiki dövrdə hələ elə bir yazıçı ilə qarşılaşmamışam. Çünki bir yazıçının  bir əsərini və ya seriyasını sevirəmsə digər kitabını sevməyə bilirəm. Buna görə də tam olaraq kimi desəm bilmirəm. Yəqin ki yenə də J. K. Rowling deyərdim. Əgər Harry Potter-dən başqa seriya daha yazsaydı və fantastika olsaydı çox sevərdim.
30.                 Bütün zamanların favori kitabı hansıdır?
“Kapitan Qrantın Uşaqları”. Çünki məni fantastika ilə, dənizlər dünyası ilə tanış edən, mənə sevdirən kitab olub.
31.                 Fantastik janrdakı kitablardan olmaq istədiyin obraz varmı?
“Yakut Kırmızı” kitabındakı Gwendolyn obrazı olmaq istəyərdim. Çünki zamanda səyahət edə bilir və keçmiş dövrə gedib istədiyi paltarları geyinə bilir. Ən böyük arzum 18-19-cu əsrlərdə yaşayıb o vaxtın paltarlarını geyinməkdir. O böyük ətəkləri dəhşət çox bəyənirəm.
32.                 Ən sevdiyin kitab satan mağaza və səhifə hansıdır? Qiymətlərinə görə, yoxsa çeşidin çox olmağına görə?
Ən sevdiyim mağaza “Ali və Nino”dur. Çünki istədiyim vaxt gedib rahat bir şəkildə istədiyim kitablara baxa bilirəm. Üstəlik çeşit də çoxdur. Məni narahat edən satıcıları da yoxdur.
Səhifələrə gəldik də isə əlbəttə ki “Bybookbaku” və “Elif_kitab” Instagram səhifələridir.
33.                 Dünyasına daxil olmaq və orada yaşamaq istədiyin kitab və ya seriya varmı?
Əslində oxuduğum kitabların çoxunun dünyasında yaşamağı istəyərdim. Lakin belə baxıram hamısının öz çətinliyi var. Ona görə də ən asan gələni “Hogwarts” görünür.
34.                 Hansı qeyri-adi bir gücün səndə olmağını istəyərdin?
Daima sehirli bir gücə sahib olmağı gözləyirəm. Hətta uşaq vaxtı düşünürdüm ki, 16 ya da 18 yaşıma çatanda gücümə qovuşacam. Hələ də inanmıram deyil və əgər bir gün bir gücə sahib olsaydım dünyanı dəyişdirmək istəyərdim. Müharibələri dayandırmaq və bütün insanların xoşbəxt yaşayacağı bir yer halına gətirmək istəyərdim.
35.                 “Ilk kitabı ilə bitməli idi, davam kitabları yazılmamalıydı.” Dediyin kitab seriyası varmı?
“5. Dalga” seriyası. Kaşki yazıçı davam kitablarını yazmasaydı. İlk kitabını çox sevsəm də ikinci və üçüncü kitabını sevə bilmədim.
36.                 Hansı 2 fərqli obrazın eyni bir kitabda olmağını istəyərdin?
Bunu çox düşündüm və ilk ağlıma gələn “Katiller Çetesi” seriyasındakı Victor-la “Fifry shades of Grey”-dəki Christian oldu.  İkisi də manyak :D. Bir də eyni qıza aşiq olsaydılar. OHA, OHA, OHA. Hahahahha…
37.                 Motivasiya qaynağın nədir? (dərsə qarşı)
Böyük bir motivasiya qaynağım yoxdur məncə. Daha çox dərs ləvazimatlarını sevirəm deyə bilərəm. Dəftər, qələm, çanta, rəngli kağızları və s. Buna görə də daima yeni dərs ilinə bunları alaraq başlayıram. Az da olsa yeni bir şeylər alıram. Çünki bu məni çox həvəsləndirir və onları istifadə etmək üçün səbirsizliklə yeni dərs ilini gözləyirəm.
38.                 Sizcə cəmiyyətimizi kitab oxumağa təşviq etmək üçün ən effektiv yol nə ola bilər?
Kitabsevərə belə bir sual verilərmi heç? İlk cavabım: “təbii ki pulsuz kitab paylayın” olardı. Zarafat bir qırağa, kitab təqdimatlarının çox keçirilməyi ən yaxşı üsullardan biridir. Məktəblərdə, hətta baxçalarda belə tədbirlər çox keçirilsə yaxşıdır. Insanların çoxu (fərqi yoxdur kitab oxuyur ya yox) dünyadakı, ölkəmizdəki kitablardan xəbərsizdir.
Bir də əgər yeni kitab mağazası açılırsa xaiş edirəm, arada endirim də edin. Başqa sahələrdəki mağazalar açılışa görə az da olsa endirim edir. Bizim ölkəmizdə isə sanki belə bir şeydən xəbərləri belə yoxmuş kimi davranırlar.
39.                 Sizcə sadəcə kitab oxuyur deyə bir insane münasibətiniz yaxşı ola bilərmi? -Yəni sırf kitab oxuduğuna görə onun digərlərindən yaxşı olduğunu düşünmək nə dərəcədə doğrudur?
Insanları geyiminə, irqinə, cinsinə və oxuduğu kitablara görə qiymətləndirən biri deyiləm. Mənə görə əsas o insanın əməlləri, xasiyyətidir. Yəni bir insan kitab oxuya bilər, ancaq bu, o demək deyil ki, çox yaxşı insan olmalıdır. Belə bir şey yoxdur.
40.                 Səsləri, musiqi yazmaq və rəsm çəkmək qabiliyyəti ilə insanlar bir-birilərindən nəyə görə fərqlənirlər? Niyə görə onlar bizdən fərqli yaradılıblar?
Fərqli yaradıldıqlarını düşünmürəm. Sadəcə bütün insanların öz qabiliyyətləri var. Bir də 5 duyğu üzvümüzlə əlaqədar olduğunu düşünürəm. Birinin digərlərindən daha çox inkişaf etdiyi ola bilər. Yəni bir insanın görmə qabiliyyəti yaxşıdırsa şəkil çəkərkən hansı istiqamətdən istifadə edəcəyini çox yaxşı bilir. Birinin dad bilmə duyğusu daha yaxşı ola bilər, digərinin isə qoxu bilmə qabiliyyəti.
Musiqi yazmağı bilənlərdə eşitmə qabiliyyəti güclü ola bilər. Səsləri aydın seçə bilirlər. Bu digər sahələrə də aiddir. Yəni ən azından mən belə düşünürəm.
41.                 Bir kitabı oxumağa başlayıb müəyyən səbəblərə görə kitabdan sıxıldığın, yarımçıq qoymaq istədiyin hallar olubmu? Belə hallarda o kitabı bitirmək üçün nə edirsən?
Olub, hətta bu yaxınlarda bir neçə kitaba başlayıb ancaq oxumaq istəmədiyim üçün yarımçıq qoymuşam. Belə hallarda özümə bir az vaxt qoyuram və bir müddət sonra oxuyub bitirirəm. Yox, əgər bu kitabı hal-hazırda oxuyub bitirməliyəmsə onda çalışıram özümdə o kitaba qarşı maraq yaradım. Daima düşünürəm ki, görəsən yazıçı bu kitabın sonunu nəyə bağlayıb. Bu obraza sonda nə olacaq? Qatil kim çıxacaq? kimi suallar verirəm özümə.

You Might Also Like

0 yorum