John Steinbeck - Gazap Üzümleri / Kitab Şərhi

Aralık 03, 2017

Gazap Üzümleri
Orijinal adı: The Grapes of Wrath
Yazıçı: John Steinbeck
Səhifə sayı: 556
Tərcümə edən: Belkıs Dişbudak Çorakçı
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Sel Yayıncılık

Çoxdandır ki, vaxt tapıb oxuduğum kitabların şərhini blog-a yazmırdım. Nəhayət bu gün bu kitabın şərhini yazıram. Belə ki əsəri “ingilis və amerikan ədəbiyyat” dərsimiz üçün sərbəst iş olaraq götürmüşdüm. Hətta elə indi işimi yazıb bitirdim. İlk başdan onu qeyd edim ki, kitab çox qəribə bir mövzuya sahibdir. 1939-cu ildə Amerikanın gündəmindən düşməyən mövzulara toxunan, “Boyük Depresiya” illərində qələmə alınan bu roman “Pulitzer” mükafatı alaraq yazıçının həyatında dönüş nöqtəsi yaratmışdır.


1929 ekonomik krizi Amerikada başlasa da bütün dünyaya yayılmışdır. Kiçik torpaq sahibləri banklar və tacirlər tərəfindən aldadılarkən insanlar quraqlıq, zorbalıq və aclıq üzünden evlərini tərk etməyə başlayırlar. Hətta 1930-cu ildə milyonlarla əhali yeni həyata başlamaq və iş tapmaq üçün Californiya'ya köç edir. Hekayəmiz də bu ailələrdən biri olan Joad'ların həyatından bəhs edir. Kitabda Joad'lar ailəsi sadəcə simvolik olaraq istifadə olunub, çünki oxuduqca görmək mümkündür ki, bu  vəziyyətdə olan minlərlə ailə var.

Kitabı oxuduqdan sonra axtarışlar nəticəsində tapdım ki, əslində yazıçı bu kitabı qələmə almamışdan əvvəl çoxlu məqalələr yazıb. Hətta balaca maşın alaraq Californiya'ya gedib. Bundan sonra isə gördüklərini bu romanda birləşdirib. Əsərdə böyük depresiya vaxtı kapitalizmin insanlara vurduğu zərərlər əks olunub.

Baş qəhrəmanlarımızdan olan Tom Joad 4 illik həbsxanadan çıxdından sonra ailəsinin yanına getməyə qərar verir. Lakin yaşadıqları yerə çatanda ailəsini orada tapa bilməyən Tom, məsələnin nə yerdə olduğunu qonşularından öyrənir. Belə ki topraqlarında işlədikləri mülkadar bankların ucbatından artıq işçiyə ehtiyacı qalmadığı üçün onları ərazisindən çıxardıb və ailə John əminin yanında yaşamağa başlayır. Artıq Oklahomada iş və yaşayışlarını təmin edə bilmədikləri üçün hamısı birlikdə Californiya'ya köçməyə qərar verir. Hər yerdə xəbərlər yayılır ki, Californiya mülkadarları torpaqlarında işlətmək üçün böyük işçi kütləsinə ehtiyacları var. Kiçik bir maşın əldə edərək ailə yeni həyat qurmaq üçün yola çıxar.

Kitabda ən çox sevdiyim obrazlardan biri Ma Joad (yəni ana Joad) oldu. Həyatın bütün çətinliklərini görməyinə baxmayaraq daima ailəsinin dayağı olur. Ata Joad bu çətinliklərdən bezsə də o, bir an belə bunlara fikir vermədən ailəsini yanında tutmağa çalışır. Ancaq bu istəyinə sonsuza qədər nail ola bilmir. Yola çıxdıqları ilk andan ailə böyük zərbələr alır. Ana Joad a baxmayaraq ailə dağılmağa başlayır.

Ümumiyyətlə yazıçının kitablarında Amerikan həyatının çətinlikləri qələmə alınır. Təəssüflər ki, kitabın yazılmağından uzun illər keçsə də bu mövzular hələ də günümüzdə öz aktuallığını itirməyib. Hələ də insanlar iş tapmaq üçün öz doğma yerlərini, evlərini tərk etmək məcburiyyətində qalır.

Yazıçıdan daha əvvəl “Fareler ve İnsanlar” kitabını oxumuşdum. Orada da vermək istədiyi mesaj çox aydın və təsirli idi. Elə bu kitabda da elə oldu. Əgər oxumamısınızsa hər hansı bir kitabını tövsiyə edərdim oxuyun.

͌  ͌  ͌  ͌  ͌ 
“Eh hepimiz hayatımızı kazanmak zorundayız.”
“Öyle,” dedi Tom. “Ama keşke başkasının hakkını almadan kazanmanın bir yolunu bulsaydın.”
͌  ͌  ͌  ͌  ͌ 
“Açlığı, yalnız kendi büzülmüş midesinde değil, çocuklarının da büzülmüş karınlarında duyan bir adamı nasıl korkutabilirsiniz?”
͌  ͌  ͌  ͌  ͌ 
“Herkes kolayca çöker, önemli olan direnebilmektir.”
͌  ͌  ͌  ͌  ͌ 
“...ne fazla düş kurup kuşlar gibi havalara çık, ne de kötümser ol böcekler gibi yerde sürün...”
͌  ͌  ͌  ͌  ͌ 
“İnsanlar daha yaşamadan, cennet umudunu ne yapsın? Kendi ruhları yerde sürünürken, Kutsal ruhu ne yapsınlar? Yardıma ihtiyaçları olacak. Ölmeye sıra gelmeden önce yaşamaları şart..”
͌  ͌  ͌  ͌  ͌ 
“...Herkesin günahı vardır. Günah tam olarak bilemediğin bir şeydir. Yaptıklarından emin olan insanlar günahsızdır”
͌  ͌  ͌  ͌  ͌ 
“Ve nerede birileri özgür olmak için  mücadele ediyorsa, onların gözüne
bak anne, beni göreceksin.”


You Might Also Like

0 yorum