Noyabr Ayında Nələr Olur?

Kasım 25, 2016



Çoxdandır ki, bir məsələ haqqında çox fikirləşirdim. Blog'a daha çok yazı yazmaq istəyirdim, amma bunun ancaq kitablarla limitli olmasını da istəmirdim. Buna görə də qərar verdim ki, artıq aylıq yaşadıqlarımı da sizlərlə paylaşım və ya aylıq favorilərimi. Oxuyarsınızmı bilmirəm, ümid edirəm ki, sevərək oxuyacaqsınızdır. Onda niyə elə bu aydan başlamayaq?


Əvvəlcə nələr edirəm onlardan yazmaq istəyirəm. Son vaxtlarda dərslərimlə əlləşərək həyatı yaşamağa çalışıram. Artıq 3-cü kursa keçdim və 2 ildən az bir vaxtım qaldı. Əlbəttə ki qorxularım da gün keçdikcə daha da çoxalır. Universiteti bitirdikdən sonra nə edəcəm? Necə davam edə bilərəm? Necə iş tapa bilərəm? Mən işləyə bilərəmmi? Daha nələr, nələr... Buna görə də gələcək planlarım dəqiq olmasa da alman dilimi inkişaf etdirməyə qərarına gəldim. (Düzü Vianadan sonra mənə çox böyük həvəs gəlib, alman dilini yaxşı öyrənim bəlkə işdidə olar, qayıdaram ora :)) Əgər alman dili öyrənmək istəyibdə çəkinirsinizsə, çətin dil olduğunu düşünürsünüzsə məncə elə bu gündən başlayın, çünki alman dili o qədər də çətin dil deyil. (Yaxşı, bəlkə də mən hələ çətin olan hissələrinə gəlməmişəm :D xoxoxo)

Bu ay dərslər baxımından çox çətin aylardan biridir, çünkü etməli olduğum o qədər işlər var ki.  Yazmalı olduğum 500 sözlük bir essayim, hazırlayacağım 3-4 dənə presentasiyalarım var və bunların hamısını dekabr ayının ilk həftəsinə qədər çatdırmalıyam. Ve əlbəttə ki hamısı da ingilis dilindədir. Perfect. Çooox tənbələm, çoooox!


Keçən aylarda kinoteatrda bir neçə filmə baxdım. Onlardan bir az yazmaq istəyirəm. İlk əvvəl əlbəttə ki "Miss Peregrine's Home for Peculiar Children" filminə baxdım.. Sadəcə olaraq "MÖHTƏŞƏMDİ". Kitabı oxuyarkən bu qədər çox əylənməmişdim, ancaq filmi çox sevdim. Elə bil kitabda bir neçə yer əksikdi amma filmdə elə deyildi. Tim Burton o qədər gözəl bir film ərsəyə gətirib ki, film boyunca  "Uyda", "Əla" deyərək yerimdə belə otura bilməmişdim. Filmlə kitabın arasında çox da böyük fərqlər yox idi, ancaq təbii ki bir neçə səhnə dəyişdirilmişdi, istər xarakterlər olsun, istərsə də o möhtəşəm son. Düzü hal-hazırda ikinci dəfə o filmə getmədiyim üçün çox pis oldum. Kaş ki gedib o həyəcanı yenidən yaşasaydım. Bu filmi rəfiqəm Həlimə ilə izlədik.  o, heç vaxt nə fantastik kitabları, nə də filmləri sevər. Amma əlbəttə ki bu filmi çox sevdi. İkimiz də ikinci filmi səbirsizliklə gözləyirik. Əsl kinoteatrda izləməyi sevdiyimiz səbəblərdən biri də salonda sadəcə ikimiz var idik. Nədənsə salon bomboş idi. İlk seans olduğu üçünmü yoxsa bizim ölkəmizdə insanların o qədər də diqqətini çəkmədiyi üçün idi mi bilmirəm. Yenə də boş salonda həyəcanımızı bir-birimizlə bölüşərək baxdıq filmə və çox təəccüblənsəmdə film türk dilində idi. Onun da başqa zövqü var idi.



İlk kitabı oxusamda ikinci kitabı hələki oxumağa vaxtım olmamışdı. Artıq bu ay vaxt edib oxumaq istəyirəm çünki çox maraqlı gəlir, görəsən kitabda hadisələr necə davam edəcək.

Sonraki izlədiyimiz film təsadüfən seçilmiş bir film oldu: "İkimizin Yerine". Əslində heç gedib baxmağı fikirləşmirdim, ancaq nədənsə o gün kinoteatra getmək istəyirdik və bizim vaxtımıza uyğun təkcə bu filmin seansı olduğu üçün biz də getdik. Filmin mövzusunu çox sevməsəm də o qədər də pis deyildi. Filmdə ən çox sevdiyim aktyor seçimləri (Nejat İşler ve Serenay Sarıkaya) oldu, bir də filmdə deyilən sözlər: "Aşk birinin eline dolu bir silah verip sizi vuracağı anı beklemekten farksızmış.." Nədənsə film mənə yarımçıq gəldi. Elə bil, mövzusu sevgidir ancaq ortada sevgi deyilən bir şey yoxdur. Təkcə aktyorların performanslarını sevdim. Düşünürəm ki onlar olmasaydı filmə baxmağa dəyməzdi.

Noyabrın ilk həftəsində “Qatardakı Qız” filminə baxdım. Kaş amma kaşki heç gedib baxmasaydım. Film müddətində ancaq film qurtarsada evə getsək deyə düşünməkdən sıxıldım. Bilmirəm ya, kitabını da oxuyanda sevməmişdim, elə filmini də sevmədim. Boş yerə 2 saatımı aldın be film. :/


Nəhayət keçən həftə çoxdandır gözlədiyim film gəldi “Fantastic Beasts and Where to FindThem”. Çox qəşəng idi yaaa. Bu filmdən sonra bu dünya hqqında bir az maraqlı məlumatlar axtarıb tapdım. 2 saat 20 dəqiqəlik bir filmdir. Sadəcə gedin və hər dəqiqəsindən zövq alın. Əgər alınsa bu film haqqında daha ətraflı bir yazı yazacam. Əgər vaxt tapsam gedib yenidən filmi izləməyi fikirləşirəm.

Artıq 2016-cı ilin qurtarmağına 1 ay 1 həftə qaldı və mənim bu ilki “Oxuma Hədəfim” 60 kitab idi. Hələ 35 kitab oxumuşam. Bu il oxumaq üçün çoxda vaxtım olmadı. Yəni 25 kitabı bu 1 ay 1 həftəyə sığışdırmalıyam. Ah, xəyallar = həyatlar. Görək nələr olacaq.


Yeni il üçün mənim kimi həyacanlı olanlar varmı? Artıq noyabrdan başlayaraq Christmas-a hazırlaşmağa başlayıram. Yaxşı, bilirəm ki, bizdə Christmas yoxdur ancaq o dadlı şirniyyatları, məni xoşbəxt edən musiqiləri görməzdən gələ bilmərəm.

Mənim bu aylıq sizlərlə bölüşmək istədiyim təəsüratlarım bu qədər. Bu arada sizin ayınız necə keçdi? Fikirlərinizi mənimlə bölüşsəniz şad olaram.  

Hələlik.

See you, babies :*

You Might Also Like

0 yorum