Hola Blog!

Kasım 23, 2016



Yazmaq mənə hər zaman daha asan gəlib. Bilmirəm niyə, ancaq yazaraq özümü daha rahat ifadə edə bilirəm. Buna görə qərara gəldim ki, həyatımda bir çox şeyləri dəyişdirəcəyim kimi blog-umu və instagram səhifəmi da dəyişdirim. Necə deyərlər daha çox özümünküləşdirim.

Əvvəllər blog-da yalnız oxuduğum kitablar haqqında yazırdım. Düşündüm, necə edim ki blog-um mənim ikinci bir evimə çevrilsin. Öz fikirlərimi, düşüncələrimi, çəkdiyim şəkilləri, ən əsası da həyatımı sizlərlə bölüşmək istəyirəm. Əslində çoxdandır bu haqqda düşünürəm. Sadəcə tam olaraq cəsarət edə bilmirəm. Nəhayət Həlimənin (BFF J) də məni ruhlandırması ilə belə bir konsepsiyaya başladım. Ümid edirəm ki, artıq blog-da daha çox və fərqli yazılar görəcəksiniz.
P.s. Yazılar artıq azərbaycan dilində olacaq.

Bilmirəm sevib oxuyarsınız ya yox ancaq mən daima sizlər üçün yazacam.

You Might Also Like

0 yorum