Dekabr Ayında Nələr Olur?

Aralık 31, 2016


Hola, millət. ✋


Necəsiniz? Artıq dekabr ayı da qurtarır. İlin son ayı sizin üçün necə idi? Bu ayda nələr etdiniz? Ümidvaram ki, ayınız çox gözəl keçib. Mənim ayım da dopdolu, qaçahaqaçlı keçdi. Heç ayın hardan başladığını bilmədən bir də onu gördüm ki, bitdi. Yenə də bu ayda bütün işlərimi qaydasına qoydum, bircə blogdan başqa. Daha çox yazı gələcəyini demiş olsam da nədən yazacağımı bilmədim. Buna görə də heç bir yazı gəlmədi.

Buna baxmayaraq bu ayda nələr etdiyimi sizlərlə bölüşmək istəyirəm. İlk olaraq onu qeyd edim ki, bu ay bir dənə kitab oxudum, ancaq çoxlu fərqli mövzularda filmlər izlədim və hər birini çox sevdim. Düzü mən o qədər də film izləməyi sevmirəm, çünki filmlərin çoxu kitabların əsasında çəkilir. Düşünürəm ki, kitablar filmlərə nəzərən daha zəngindir. Nədə olsa bəzi filmlərdə kitabın hər hissəsi əks olunmur. Bütün bunlara baxmayaraq bu ay ingilis dili müəlliməmin tövsiyyəsi ilə çoxlu filmlər izlədim. Onlardan bu yazımda bəhs etməyəcəm. Bu haqqda əlavə olaraq başqa bir yazı yazmaq istəyirəm.

Keçək dekabr ayına. Dekabr ayı hamı üçün yorucu bir aydı. Çünki oxuyanlar üçün sərbəst işlər, imtahanlar, son qiymətləri almaq qorxusu hər gün bir az daha artır. İşləyənlər üçün isə ilin son ayı olduğu üçün daha çox iş görmək lazım olur. Keçən ayda bəhs etdiyim kimi bu ay sərbəst işlərimi təhvil verdim, dərslərlə bu smestrlik sağollaşdım ancaq əlbəttə ki qarşıdan bizi uzun və böyük bir imtahan sezonu gözləyir. Bu arada hamıya uğurlar imtahanlarda. İndi isə sizi bu sıxıcı girişlə yorduqdan (sorry 😥 ) sonra keçək ayın gözəlliklərinə.


Ayın ilk həftələrində çoxda qeyri-adi hadisələr olmadı (“qeyri-adi” deyərkən nəyi nəzərdə tuturam görəsən.. Həyatım hər daim aksionlu keçdiyinə görə sakit kəçəndə narahat olmağa başlayıram xxoxoxox. Şaka-Şaka siz bunun əksini düşünün 😉 ).



Ayın 25-i səhər bir az gec də olsa yolkamızı qurdum. Bacım xəstələndiyi üçün bu il mən tək qurdum. Yenə də yaxşı oldu (məncə 😳). Axşam da Kirxada konsert var idi, ora getdim. Bakı Musiqi Akademiyasının uşaqları yeni ilə görə konsert verirdilər. Çox bəyəndim. Arada belə dəyişikliklər yaxşıdı. Oradan çəkdiyim və xoşuma gələn videoları sizlərlə bölüşmək istəyirdim ancaq nədənsə blogger ə video yükləyə bilmədim. Blog dəyişəndən sonra belə olub. Baş aça bilmirəm ki niyə 😦

Bu ay kinoteatra getməyə çoxda vaxtım olmadı, halbuki gedib baxmaq istədiyim bir neçə kino var idi. Bircə “Passangers” filminə getdim və çox sevdim. Sci-fi filmlərini sevənlərə tövsiyyəm baxmağa dəyər. Yenə də filmdən çox şeylər gözləməyin. Mən çoxdandır ki, bu filmi gözləyirdim və sonunu elə düşünməmişdim. Dediyim kimi normal gözləntilərlə filmə getsəniz sevərsiniz deyə düşünürəm.


Son həftə artıq dərslərimiz də qurtardığına görə gəzmədiyimiz yer qoymayaq dedik və turist kimi şəhərimizi ekskursiyaya çıxdıq. Birinci gün filmə getdikdən sonra, ikinci gün də kitab mağazalarını gəzdik. Onu da qeyd edim ki, hal-hazırda kitab mağazalarında çox yaxşı endirimlər var. Bu günlərdə yaxınlarınıza və elə özünüzə də gedib kitab hədiyyəsi ala bilərsiniz. Elə kitablardan söz açılmışkən bu ay aldığım yeni bebeklərimi sizinlə tanış etmək istəyirəm 💘😍


İlki kitabevim.az’dan aldığım “Fahrenheit 451” kitabıdır. 20% endirimindən aldım. Ancaq hal-hazırda mağazada 40% olan türk dilində kitablar da var. Yolunuz düşsə gedib bir baxın. İngilis dili müəlliməm Ray Bradbury’dən bir kitab oxumağımı tövsiyyə etmişdi. Mən də bu kitabını çoxdandır ki, oxumaq istəyirdim. Ucuzdu və endirimdə də tapmışkən alım dedim.

Ali & Nino’da gəzərkən təsadüfən tapdığım Stefan Zweig kitabı “Olağanüstü Bir Gece”. Yazarı nə qədər çox sevdiyimi artıq bilirsiniz. Artıq adət halını alıb deyəsən çünki fikir vermisinizsə hər dəfə kitab alış-verişi edəndə bir Zweig kitabı qarşıma çıxır 😂

Bir digər Ali & Nino’dan aldığım kitab “Aldous Huxley – Cesur Yeni Dünya” oldu. Bu kitab siyahımda çoxdandır ki, var idi. Bookaholictr səhifəsinin yazarı Burcunun sevdiyi kitabdır və hər dəfə tövsiyyə edirdi. Almasam olmazdı 😊

Sonuncu bu ay aldığım kitab isə Işılca dan  “Kan ve Aşk” oldu. Kitab siyahımda idi və yarmarkada təsadüfən 3 Alma kitab evində görüb və elə təsadüfən də qiymətini şoruşduğum, eşidər-eşitməz tez “bəli, alıram” dediyim bir kitab oldu. Həqiqətən bu qədər ucuza gözləmirdim 😁 kitabı göydə qapmış kimi hiss edirəm xixixi.

Bu ay təsadüflər nəticəsində qarşıma çıxıb aldığım kitablar bunlar idi. Sizlər bu ay hansı kitabları aldınız? Nələr oxudunuz? Fikirlərinizi mənimlə bölüşməyi unutmayın.


Harda qalmışdım? Hə, üçüncü gündə. Üçüncü gün dərsimiz yox idi, biz də (biz deyərkən Həlimə və mən xixix) səhər saat 8 dən şəhəri gəzməyə çıxdıq. İçərişəhərə getdik. Əslində Həli içərişəhərdəki Retro bookshop mağazasını axtarırdı ancaq nə qədər gəzsəkdə tapa bilmədik 😡. Bəlkə təsadüfən tam olaraq harada olduğunu bilərsiniz?



İçərişəhərdə gəzərkən “Minatür Kitab Muzeyi”nə rastladıq. İlk dəfə idi ki ora gedirdim. Çox xoşuma gəldi. Salaxova Zərifə xanımın həvəskar olaraq dünyanın müxtəlif yerlərindən yığdığı miniatür kitablara istəyənlər gedib baxa bilər. İş günləri 2 – 7-ci günlər saat 11:00 dan 17:00 qədərdir. Gedin baxın, orada işləyən xanım da kitablar haqqında çox maraqlı məlumatları bizlərlə paylaşdı. Oradan çəkdiyim şəkilləri sizlərlə də bölüşmək istəyirəm.


Bu kitab evində hər ölkənin özünə məxsus ədəbiyyatı var. Sevdiyiniz yazarların miniatür kitablarını burada görəcəksiniz.


Dünyanın ən balaca kitabı hesab olunur. Gördüyünüz kimi mikroskopla oxunur ancaq. 


Baxın orada hansı kitabı tapdım original dilində “O Pequeno Principe”. Çox qəşəng deyil mi sizcə də? İçi belə rəngli-rənglidir. 


Son olaraq üçüncü gün o qədər gəzməklərdən sonra Nutellanda getdik. Gedib çay içməyi unutmayın. Yorğunluğunuzu atmaq üçün ən yaxşı üsul çay içməkdir. 😋

Dekabr ayında olanlar bu qədər idi. Ümid edirəm ki, bu yazımı bəyənərsiniz. Həmçinin sizi və yaxınlarınızı bu gözəl bayramlar münasibəti ilə təbrik edirəm. Bol kitablı, hüzürlu və xoşbəxt bir il keçirmək diləyi ilə. 🎄🎅🎇



See you, babies 😗

P.s. axır ki bloggere də emojilər gəldiii 😎

You Might Also Like

0 yorum