Bu Ay Nələr Oxudum və Noyabr Alış-verişim // Kitab Alışverişi #5

Aralık 01, 2016

Hola, millət!
Necəsiniz? Artıq noyabr ayı qurtardı və dekabr gəldi :) . Ümid edirəm ki, dekabr ayı hər kəs üçün bol kitablı, pozitiv və möhtəşəm keçər. Noyabr ayı mənim üçün çox yaxşı keçdi. Hər gününü dolu-dolu yaşadım. Təəsuratlarımın çoxunu da sizlərlə bölüşdüm. Əgər hələ də "Noyabr Ayında Nələr Olur" başlıqlı yazımı oxumamısınızsa onda elə indi oxuya bilərsiniz, tıklayın :D

Başlıqdanda oxuduğunuz kimi bu yazımda sizlərə həm bu ayda oxuduğum, həm də bu ayda aldığım  kitablardan bəhs edəcəm. Bu ay nə o qədər də çox kitab aldım, nə də çox kitab oxudum. Buna görə də düşündüm ki, bu yazını birləşdirim. Bəli, elə isə keçək ilk olaraq bu ay oxuduğum kitablara.


Bu ay biri pdf olaraq 4 kitab oxudum. 
İlk oxuduğum kitab Freya McLowell'den Lordum kitabı oldu. Yəqin ki artıq tarixi sevgi romanlarını nə qədər sevdiyimi bilirsiniz (bura gözlərindən ürəklər çıxan smayliki qoyaq :D). Çox sevdim. Tam olaraq deyə bilərəm ki, əgər siz də mənim kimi tarixi sevgi romanlarını sevirsinizsə məncə bu kitaba bir şans verin. 
Mövzusundan bəhs etmək istəyirəm. Belə ki ingiltərənin gülü adlanan Leydi Rose Crowfeld, kralın əmri ilə böyük bir vəzifəni yerinə yetirmək üçün ölkəsindən ayrılır, ancaq özünü bir tələnin içində tapır. 
Döyüş meydanlarındakı zəfərləri ilə bilinən güclü Eider McDuck çıxtığı səyahətdə heç gözləmədiyi bir şəkildə oyuna gətirilər və öz ölkəsini və ailəsini qorumaq üçün düşmənı ilə müqavilə bağlamaq məcburiyyətində qalar. Leydi Rose ilə istəməsə də evlənər. Əlbəttə ki Rose da öz bacılarını qorumaq üçün  düşmanının oğlu ilə evləndirilmək məcburiyyətində qalır.


Bəli kitabda nifrtələ başlayıb aşkla bitən bir hekayəni oxuyuruq. Bütün bunları sevsəmdə bir məqamı heç sevmədəm. Belə ki ilk səhifələri oxuyanda Leydi Rose'un necə güclü bir qadın olduğunu görürük. Bu həm mənəvi cəhətdən, həm də fiziki cəhətdəndi. Bir qadın düşünün ki, bütün İngiltərə ona heyrandır, həmçinin də ondan öləsinə qorxur. Amma Eider ilə tanış olduqdan sonra işlər tamamilə dəyişir. Rose artıq Eider ə necə vurulursa artıq heç bir şey edə bilmir. Döyüşə gedəndə belə Eideri görəndə əli ayağı bir-birinə dolaşır. ????? Really, Rose? Sen de mi yaaa??? :( aşk işte dimi...
Ve kitaba verdiyim bal 4.5/5.  Yenə də oxuyuuun :)


İkinci olaraq oxuduğum kitab, pdf olaraq oxudum Karen Marie Moning - Karanlık Ateş oldu. Bu kitabın mövzusunu bilmədən oxudum və kitab haqqında tək bildiyim şey Barrons idi. Yəni əsas obrazlardan biri. Kitabda kelt mitolojisindən bəhs olunur. Bu dünya hqqında heç bir şey bilmirdim, ancaq kitab sayəsində bir çox tədqiqat işləri apardım :D
Pdf olaraq oxumağımın səbəbi isə bu kitabın nüsxəsi artıq heç yerdə tapılmır. Çünki yayınevi kitabı yenidən dərc etmir. Bu seriyanın ilk 3 kitabı Epsilon yayınlarından çıxmışdı. Daha sonra isə Artemis yayınları digər kitabları satın aldı və türk dilinə çevirib dərc etdi. Təəssüflər olsun ki, ilk 2 kitabı yenidən dərc etmirlər. Eşidiyimə görə Artemis yayınları təzə üz qapaqları ilə ilk kitabları yenidən dərc edəcəkmiş. Ancaq hələ ki ortada heç nə yoxdu. Əlimdə bu seriyanın digər 3 kitabları var, ancaq ilk 2 kitabın nüsxəsini tapa bilmirəm.  
Yenə də kitabın mövzusu çox qeyri-adi idi və mən bu dünyanı çox sevdim. Buna görə də digər kitablarını da səbirsizliklə oxumaq istəyirəm. 
Seriyanın ilk kitabına 4.5/5 bal verdim.


Növbəti oxuduğum kitab isə Sun Zi - Savaş Sanatı oldu. Eradan əvvəl yazılmış olmağına baxmayaraq hələ də öz məhşurluğunu qoruyan kitablardandı. Adından da məlum olduğu kimi yazıçı döyüş sənətləri üzrə bir çox məqamları qeyd edib. Hər nə qədər kitab eramızdan əvvəlki Çin dövlətinə xitab etsədə nümunə çıxara biləcəyiniz bir çox məqamları var. 
Çox qısa bir kitabdı. 80 səhifədir. Sadəcə oxuyun.

Bir digər oxuduğum kitab isə Neil Gaiman'dan Yolun Sonundaki Okyanus oldu. Bu kitab haqqındakı öz fikirlərimi bloga yazmışdım. Əgər baxmaq istəsəniz tık-tık :D
Burada da qeyd etmək istərdim ki, yenə də mövzusu haqqında heç bir şey bilmədən oxudum və normal bir kitab olduğunu düşünmüşdüm, yəni fantastik olduğunu düşünməmişdim. Ancaq kitab elə yerlərə getdi çıxdı ki. Neil Gaiman bizə qeyri-adi bir dünyanın qapılarını açıb. Oxumağınızı tövsiyyə edirəm.

Oxuduğum kitabların hamısını tövsiyyə edirəm, bəli :)))

İndi isə keçək bu aykı aldığım kitablara. Bu ay bir çox endirimlərlə yanaşı möhtəşəm "Black Friday" günü də oldu. Belə ki bu gün Noyabr ayının son həftəsi baş tutan Thanksgiving Day dən sonra olan cümə günü qeyd edilir. Bütün mağazalarda böyük endirimlər olur. Əlbəttə ki Amerikanlılar məxsus bayramlardır. Çünki Thanksgiving Day'in öz tarixi var. Belə ki 1607-ci ildə ingilislər  Britaniyadan Amerikaya gəlirlər, burada öz kalonyalarını yaradırlar. Ancaq o qış o qədər sərt keçir ki, gələnlərin çoxu xəstəliklərdən, aclıqdan ölürlər. Geriyə qalanlara isə yerli xalq olan Hindular kömək edir. Qarğıdalını yetişdirməyi öyrədirlər, soyuqdan qorunmağı. Daha nələr, nələr. 
Bir il sonra isə artıq ingilislərin yaşamaq üçün çoxlu ehtiyatları olur və qərar alırlar ki o günü Thanksgiving olaraq qeyd etsinlər, yəni Şükran Bayramı və bu günü Tanrıya dua edərək keçirirlər. 
OK, bunların hamısını başa düşdüm ancaq niyə sonra nankorluq edib yerli xalqa qırğınlar törətdiz? :( Ah, amerikalılar...

Bu gün artıq bir neçə ildir ki bizdə də qeyd olunur. Cümə, şənbə və bazar günləri mağazalarımızda 30-40% qədər endirimlər olur. (Əlbəttə ki amerikada bu endirimlər daha çoxdur :D)
Bu ildə Ali & Nino'da da 40% endirim var idi. Mən də həmişəki kimi bazar günü (yəni son gün) dözə bilmədim və bir neçə kitab sifariş verdim və həqiqətən çox möhtəşəm qiymətlərə aldım.



İlk olaraq Benokız - Sevgiler Beno'dan kitabını aldım. Yazıçını çox uzun vaxtır ki instagram səhifəsindən izləyirəm və səhifəsində olduğu kimi kitabında da xərçəng xəstəliyinə qalib gələn Benokızın həyatını oxuyuruq. Kitabı bir az vərəqlədim. Çox xoşuma gəldi. Özümü hazır hiss edəndə kitabı oxuyacam.

Möhtəşəm endirimləri tapmışkən bir Harry Potter kitabı almamaq olmazdı hərhalda. Seriyanı bu üz qapaqları ilə tamamlamaq niyyətindəyəm. Hələ ki 3 kitabını almışam, görək növbəti ildə nələr olacaq :)).

Digər bir kitab isə Wulf Dorn - Oyunbaz oldu. Yəqin ki artıq bu yazıçını necə sevdiyimi bilirsiniz. Məndə yalnız Hain Yüreğim kitabı var idi. Ali & Nino  endirimdə görən kimi aldım. Bu ay Wulf Dorn ayı olacaq deyəsən. Yazardan almadığım 2 kitabı qaldı Kumarbaz və Fobi. Görək onların qisməti nə vaxt açılacaq.

Son olaraq bu endirimdən aldığım sonuncu kitab isə Kerstin Gier'den Silber oldu. Seriyanın ilk kitabını çox uzun vaxt əvvəl oxumuşdum. İki həftə olar ki hər dəfə Ali & Nino'ya gedəndə Silber'ə baxıb aşk yaşayırdım. 18 Azn idi ancaq endirimlə mən 11 manata aldııım :D Yehhhuuuu.

Ali & Nino'nun saytı ilə bağlı bir neçə məqamı sizlərlə bölüşmək istəyirəm. Belə ki bu mənim saytdan verdiyim üçüncü sifarişim oldu. Bazar günü səhər sifariş verdim və artıq axşamüstü kitablar əlimdə idi. Əgər sifariş etmək istəsəniz nəzərinizə çatdırım ki, saytda qeyd olunan nömrələrə zəng vurub sifariş verin. Çünki bu ən tez üsuldur və etibarlıdır. Kitabı evinizə qədər gətirirlər və siz pulu nəğd formada kuriyerə ödəyə bilərsiniz. Onu da qeyd edim ki, saytda tez-tez 20% endirimlər olur. :) 
(P.s. Kaşki Ali & Nino bu yazıma sponsorluq edərdi xoxxoxo. Zarafatsız özüm sınayıb sevdiyim üçün sizlərlə paylaşmaq istədim.)

Bu ay aldığım sonuncu kitab isə yenədə Wulf Dorn'dan Psikiyatrist kitabı oldu. Onu da endirimlə Bakumozbooks'dan aldım. Təşəkkürlər endirimlər. Təşəkkürlər Black Friday. :D

Bunlardan başqa Elmakitab'dan da 2 kitab sifariş etmişəm. Onlar hələki gəlməyib, amma gələndə sizlərlə paylaşacam.

Siz bu ay hansı kitabları oxuduğunuz, Black Friday'dən nələr aldınız yorumda mənimlə paylaşmağı unutmayın :)

P.s.2 Gələn il yadıma salın ki 2 ay qabaqdan Black Friday'ə pul yığmağa başlayım, istədiyim kitabları ala bilim, çox kitab alım xixii :D

Hələlik.
See you, babies :*

You Might Also Like

0 yorum