Aprel Ayında Nələr Olur?

Nisan 30, 2017


Hola, millət 💙


Nəhayət bu gün uzun bir aradan sonra bloga yeni bir yazı yazıram. Nədənsə o qədər həyacanlıyam ki, haradan başlayacağımı bilmirəm 😂. Sanki video çəkirəm. Son zamanlarda yaxınlarım YouTube kanalı açmağımı məsləhət görürlər, ancaq düzü o qədər qorxuram ki ya alınmazsa, ya bacara bilməzsəm. Ona görə də blogda yazı yazmağa davam ⇻

Çayınızı,  qəhvənizi və ya suyunuzu alın gəlin. Uzuuun bir yazı olacaq.
Bu ay oxuduğum kitabları, izlədiyim filmləri, getdiyim yerləri, etdiyim şeyləri sizlərlə bölüşəcəm.




Bu ay ilk olaraq onu qeyd edim ki, yeni bir xasiyyət edinmişəm.
Belə ki keçdiyimiz ay kinoteatrda bir filmə getdim. "Life" filmini izlədim və bundan sonra bu 2 ay içində nə kinoteatrda başqa hansısa filmləri izləməyə getdim, nə də Sci-Fi, mövzusu kosmosda keçən bir kitab oxuya bildim.
Bu filmi izləyənlər yəqin ki niye belə reaksiya verdiyimi bilərlər.
Ah bu xəyalpərəstlik 😒,
bəzən heç də yaxşı bir xüsusiyyət deyil.


Aprel ayı mənim üçün həqiqətən çox gözəl keçən bir ay oldu. Çox yoruldum ancaq özümü fiziki və ruhi olaraq çox dincəlmiş hiss edirəm. Bu ay həmçinin çoxdandır etmək istədiyim şeyləri etdim. İlk olaraq pilatesə başladım, yediklərimə və içdiklərimə fikir verdim. Daha çox sağlam yeməklər yedim deyə bilərəm. P.s. arada kaçamaklar etmədim deyil 😋 .


Günün ən sevdiyim saatları hər zaman səhər yeməyi olan saatlarıdır. Uşaqlıqdan bəri heç düşünmədən səhər ilk işim səhər yeməyimi yemək olmuşdur. Hətta çox az vaxtım olsa belə.
Buna görə də hər dəfə çalışıram fərqli məkanlardaki səhər yeməklərini 🍳 yoxlayım. Bu ay Toro Baku'da səhər yeməyinə getdik. Həqiqətən çox sevdim. Ənənəvi olaraq digər restoranlardaki səhər yeməkləri kimi olsa da pankekləri 🍪 fərqli idi. Tövsiyyə edirəm gedin 👍😊.
   




Ayın sevdiyim musiqilərini 🎧 də qeyd etmək istəyirəm. Dərs oxuduğum zamanlarda daha çox Abel Korzeniowski'nin və Max Richter'in əsərlərinə qulaq asmışam. Nocturnal Animals və Arrival filmləri üçün bəsdələdikləri musiqilər favorim oldu. 🎶

Əgər bu filmləri izləməmisinizsə tövsiyyə edirəm izləyin.






Hazır filmlərdən söz açılmışkən bu ay 2 yeni seriala başladım: "13 Reasons Why" və "Riverdale". 🎬


"13 Reasons Why" bu serialın həm də kitabı var. Bəlkə aranızda kitabı oxuyanlar vardır. Mən kitabı oxumamışam ancaq serial tam olaraq xoşuma gəldi. Qısaca mövzusundan bəhs etmək istəyirəm. Hannah adında baş qəhramanımız var. Bir gün heç kimin gözləmədiyi bir anda özünü öldürür. Narahat olmayın bu spoil deyil. Kitab və serial da bu mövzu üzərindədir. 
Belə ki özünü öldürməmişdən qabaq 13 kasetdə səs yazma yazır və bunları öldükdən sonra öz ətrafındakı insanlara göndərir. Hadisələr Clay Jensen'in ətrafında baş verir. Hər bölümdə görəsən onun günahı nədir deyib düşünürsünüz. 


Serialı sevməyimin bir digər səbəbi günümüzdə Amerikada tələbələrin özəlliklə də məktəbdə oxuyan yeniyetmələrin necə bir şəraitdə yaşadığını az-çox bilirik. Digər ölkələrə nisbətən nədənsə Amerikada yeniyetmələrin böhranı daha çox baş verir. Bəziləri "Cool" hesab edilir, bəziləri isə təhqir olunur və bütün bu səbəblərdən ötrü insanlara dediyimiz adi bir sözün onlara necə təsir edəcəyini belə düşünmürük. 

Məncə bu serialı uşaqdan böyüyə hər kəs izləməlidir.


"Riverdale" tam olaraq vaxt keçirtmək üçün izləyə biləcəyiniz seriallardandır. Mənə "Pretty Little Liars" serialını xatırladır. (Nə qədər çox sevirəmsə artıq 😍). 
Mövzusu: balaca bir şəhər olan Riverdale'də çox varlı ailənin ekizlərindən biri 4 İyul günü gölün kənarında ölü olaraq tapılır. Bundan sonra Archie və dostları bu məsələni  araşdırmaq üçün bir araya gəlirlər. 
Əgər sizində Amerikan məktəb həyatı, cinayətlərin araşdırılması xoşunuza gəlirsə bir şans verin və izləyin.



Bu ay həmçinin çoxdandır ki, səbirsizliklə gözlədiyim serial olan "Pretty Little Liars"
sezon finalından qayıtdı.
Bu sezonu "END GAME" adlandırmaqları heç də boş yerə deyil. 7 ildir ki, gedən dizi bu 2-3 ay ərzində bitəcək. 
Səbirsizliklə gözlədiyimiz "A"nin kim olduğunu nəhayət ki öyrənəcəyik.
Senaristin dediyinə görə final bölümü tam 2 saat olacaq. Bu bölümdə hər şey ortaya çıxacaq. Hətta bu vaxta kimi gizli qalan məqamlar da.
Ancaq finala kimi tam 10 bölümümüz var. Artıq 2 bolümü aprel ayında yayınlandı. Sadəcə onu qeyd etməliyəm ki, möhtəşəm bir sezon bizi gözləyir. 
Digər 8 bölümlərdə nələr olacağını öyrənmək üçün səbirsizliklə gözləyirəm. 
Bu arada artıq aylar əvvəldən çəkimlər bitib. Buna görə də düşünürəm ki, hər həftə bir bölüm gələcək. Yəni əvvəl ki kimi bölümlər arasında ay fərqi olmayacaq.
Aranızda bu dizini izləyənlər var mı? Yazın A'nin kim ola biləcəyindən qiybətləşək. 😃



Gələk bu ay oxuduğum kitablara.


Çoxdandır ki, kitab oxuya bilmirdim. Bu ayda yenidən kitablara qayıtdım və bu məni daha çox xoşbəxt etdi. Düzdür instagramdan da gördüyünüz kimi bu ay daha çox "Ateş Serisi"ni oxudum, ancaq onu qeyd etməliyəm ki, həqiqətən çox amma çoox sevdim. Bu seriyanın ilk kitabını keçən il avqust ayında oxumuşdum və nədənsə bu ay yenidən oxuyub seriyaya davam etdim. Qeyd etdiyim kimi hal-hazırda 5-ci kitabı oxuyuram və kitab bitdikdən sonra ümumi olaraq seriyanın oxuduğum kitabları haqqında blogda yazı yazacam 😁.


Bu ay həmçinin ingilis dili dərsim üçün Patricia Cornwell - At Risk kitabını oxuyub bitirdim. Kitabı sevə bilmədim, buna görə də haqqındakı fikirlərimi yazmadım. Dedektiv janrında bir romandır və eşitdiyimə görə bu yazıçının digər əsərləri çox yaxşıdır, sadəcə bu əsəri pis idi. Sanki qadın o qədər yazıb-yazıb sonda birini günahkar çıxartmaq üçün aləmi bir-birinə vurub. Baş qəhramanımız olan Winston Garano'nu sevdim, lakin düşünürəm ki, belə bir xarakter bu kitabda sadəcə məhv edilib. 
2/5 🌟


Son olaraq bu ay bir də Stefan Zweig - Yakıcı Sır kitabını oxudum. Haqqındakı düşüncələrimi instagram səhifəmdə qeyd etdim. Həmişəki kimi yenə də çox sevdim. Bir yazarın bütün kitabları mı bu qədər təsirli və gözəl olar?
5/5 🌟

Bu aylıq  bu qədər. Ümid edirəm ki, bəyənərsiniz. Mənə fikirlərinizi yazın. Blogda daha çox hansı mövzularda yazılar görmək istəyərsiniz? Yazın. 


See you, babies 😗

You Might Also Like

0 yorum