Ateş Serisi - Karen Marie Moning // Seriya Yorumu

Mayıs 03, 2017

"Ateş Seriyası"


       “Ateş Serisi”nin 3-cü kitabını oxuyarkən ağlımda 5 kitabı oxuyub bitirdikdən sonra bir yazı yazmaq var idi. Bu ay seriyanı oxuyub tamamladım ancaq siz bir də mənim kitabları oxuyarkənki halımı görərdiz. Ətrafda “Barrons”, “Vlane”, “Ola bilməz!” deyərək gəzirdim. Artıq necə bir istəklə mi deyim, həvəslə mi deyim oxuyurmuşamsa bir də baxdım fantastik kitabları sevməyən podruqam (Sultanım olur kendisi) kitabları pdf olaraq (ebook oxumaqdan da zəhləsi gedir) yükləyib oxumaq istəyir. Eeee Zema burada durmaz. Tez 7 kitabı da ona göndərdim və elə həmin dəqiqə də başladı oxumağa.

    Burada yalnız ilk kitabın yəni “Karanlık Ateş” kitabının mövzusundan danışacam. Spoiler vermədən. Sonda bir məqama toxunmaq istəyirəm ki, bu da spoiler olacaq. O hisseye çatanda xəbərdarlıq edəcəm. Əgər 5-ci kitabı oxumamısınızsa o hissəni qəti surətdə oxumağınızı tövsiyyə etmirəm.



    Düşünə bilərsiniz ki, niyə sırf bu 5 kitabı birlikdə yorumlayırsan. Çünki yazıçı Karen Marie Moning əvvəl bu seriyanı 5 kitablıq olaraq yazmışdı və tamamlamışdı da. Hətta 5-ci kitabın sonunda böyük hərflərlə  “SON” yazıb, ancaq sonra bu qadına nə olubsa artıq başlayıb davamını yazmağa. Hal-hazırda 10-cu kitabı yazılır. Görək neçə kitaba qədər yazmağa davam edəcək.

     Kitablar əvvəl Epsilon Yayınlarında türkcəyə tərcümə olunmağa başlamışdı ancaq nədənsə 3 kitabı tərcümə edib dayandırmışdılar. Digər kitabları çıxmadı. Aradan bir az vaxt keçdikdən sonra bu dəfə də yeni tərcümə və yeni üz qapaqları ilə Artemis yayınlarında nəşr olundu. Hər şey əla oldu deyərkən bu dəfə də Artemis əvvəlki 3 kitabı nəşr etdirməyəcəklərini dedi. Hal-hazırda da nəşr etdirmirlər. Buna görə də ilk 3 kitabın kopyasını tapmaq mümkünsüzə yaxındır. Türkiyədə sahaflarda və ya ikinci əl olaraq bəlkə tapa bilərsiniz. Elə mən də bu kitabları keçən il ikinci əl olaraq almışdım, lakin ilk 2 kitabı tapa bilməmişdim deyə onları pdf olaraq oxudum.



    Yayın evinin fərqli olmasına görə kitabların tərcümələrində də problemlər var idi. İlk üç kitabı oxuyarkən terminlər və üslub başqa olduğu halda, dördüncü kitaba başladığınız an hər şey dəyişir. İlk səhifədən tərcüməni hiss edirsiniz. Sanki 4-cü kitabı tərcümə edən əvvəlki kitabları oxumadan özü bildiyi kimi kitabı yazıb. O qədər səhvlər var idi ki. Hələ 4-cü kitabdakı “Barrons Kitap ve Süs Eşyaları”nın “Barrons Kitap ve Baloncuklar”ı olması? Sonra da BB&B olması. Baubles sözünü Bubble olaraq mı gördü, yoxsa Barrons kimi qaranlıq bir adamın baloncuq satdığını mı düşündü? “Neyin kafasını yaşıyorsunuz, allah aşkına?” Şükürlər olsun, 5-ci kitabdan bu səhvlər minimuma endirildi. Əgər mövzuya alışıb xırdalıqlara fikir vermədən oxusanız bir çoxu heç gözə batmayacaq. 

Kitabların sıralamasını yazmaq istəyirəm, bunu çox soruşursunuz:
      *Karanlık Ateş
*Kan Ateşi
*İntikam Ateşi
*Rüya Ateşi
*Gölge Ateşi
*Buz
*Alev
*Ateşten Doğan


      MacKayla Lane öz mükəmməl həyatını pembe buludların üstündə yaşayan biridir.  Ailəsi və bacısı Alina ilə arası çox yaxşıdır. İlin əvvəlində bacısı Dublinə oxumağa gedər, bundan sonra Mac onsuz çox darıxsa da bunu daima içində yaşamağa çalışar. 6 ay sonra heç gözləmədiyi bir anda bir xəbər alar və bundan sonra mükəmməl həyatının üstünə qara buludlar çökər. Bülə ki bacısı Dublin küçələrinin birində öldürülmüş olaraq tapılır və Mac bu cəsədin bacısına aid olub-olmadığını öyrənmək üçün ora yollanır. Ailəsi tətildə olduğu üçün bunu özü etməli olur. Alinanın cəsədi tamamilə tanınmaz bir haldadır. Ailəsinin və polisin köməyinə baxmayaraq bunu kimin etdiyini tapmaq mümkün olmur və həmin sırada günlər əvvəl, Alinanın öldürüldüyü gecə telefonuna bir mesaj gəldiyini görür. Bu mesajdan sonra cinayəti araşdırmaq üçün Dublinə yola çıxır.
Hadisələr də bundan sonra başlayır. Mac orada kiminlə qarşılaşacaq, tək başına sağ çıxa biləcək mi, Alinanın qatilini tapa biləcək mi? Bütün bunları və daha nələri bu kitablarda oxuyaraq öyrənmiş oluruq.

     Kitab Kelt mitalogiyası əsasında yazılıb. Dünyada insanlardan başqa da irqlər yaşayır, ancaq bunları insanlar görə bilməz. Çünki əsrlər əvvəl bizim dünyamız ilə öz dünyaları arasında sədd çəkərək öz yaşamlarını davam etdiriblər və bir səbəbdən ötrü insanlıqla digər irqlər qarşı-qarşıya dayanırlar. Bunu da kitabın sürprizi qaçmasın deyə yazmıram. Mən kitab haqqında heç bir cümlə belə bilmədən oxumuşdum və bu mənim həqiqətən çox xoşuma gəlmişdi.
Mitalogiyalara nə qədər böyük marağım var . Düzü hansı məqamların gerçək, hansı məqamların yazıçının fantaziyası olduğunu bilmirəm, ancaq belə bir kitabı oxumaq belə çox gözəldi. K.M. Moning Kelt mitalogiyası ilə bədii ədabiyyatı qarışdırıb belə gözəl əsərlər ərsəyə gətirib. Yeni dünyalar, yeni məkanlar, qarışıq xarakterlər tanımaq istəyirsinizsə bu seriya tam olaraq sizə görədir.

     İlk kitabından etibarən hadisələr bir an belə yavaşlamır. Hər kitabda yeni obrazları tanıyıb yeni hadisələrin şahidi oluruq. Bütün kitabları “Heyecan Dorukta” oxumuşam. Hələ ki fantastik kitablar sevirsinizsə və ya mitalogiyalar heyranısınızsa bu seriya tam olaraq sizə görədir.

    Kitabları oxuyərkən bəzi insanların bu kitabları niyə oxumadıqları haqqında səbəblər eşitdim. Bunlardan ən başlıcası kitabların erotik hadisələrlə dolu olduğunu düşünənlərdi. Lakin bu heç də belə deyil. Hətta bu kitablara 13+ belə demək olmaz. Demirəm yoxdur, var, ancaq bu səviyyədə böyüdülmüş şəkildə deyil. Toplasaq 5 kitabda yalnız 2-3 məqamda buna rast gəlmək olar. Kitabların əsas məsələsi fantastiklikdir. Onsuzda kitabları oxuyarkən hansı məqamlarda və niyə erotikliyə toxunulduğunu görəcəksiniz.


     Bundan başqa kitablarda o qədər gözəl və mənalı cümlələr var idi ki. Hamısının altından xətt çəkib post-it yapışdırmaq istədim. Bacardığım qədərini etdim. Sevdiyim cümlələri seçib instagram hesabımda paylaşmışdım. Baxmaq istəsəniz buraya tıklayın.

     Bir də qısaca olaraq obrazlardan  yazmaq istəyirəm:

1.     
         MacKayla Lane – ilk başlarda kitabı oxuyarkən Mac’ın bəzi hərəkətlərinə qıcıq olduğumu etiraf edirəm. Çünki bu obrazımızın Dublindəki dünyalardan xəbəri belə yoxdu. Yeni bir dünyaya düşmüş insan nə qədər çalışsada bəzi şeyləri qəbul etməkdə çətinlik çəkir, ancaq qızımızın bəzi səfeh düşüncələri, hərəkətləri gözə batmayacaq qədər də kiçik deyil. Yenə də o, bəzi məqamlarda səfeh olsa da çox cəsur biridir, hələ o MacHalo’su. Barrons’u belə güldürə bilmişsə (çünki bizim tanıdığımız Barrons əsla gülməz. Heç vaxt.) deməli bu işi bacarıbdır. Əlbəttə bu sona qədər belə getmədi. Kitablar irəlilədikcə Mac da irəlilədi, dəyişdi və gücləndi. Artıq 3-cü kitaba çatdıqda əvvəlki Mac’la indiki Mac’ın arasında dünyalar qədər ki fərqi görürsünüz. Yenə də maraqlı obraz idi və həqiqətən çox sevdim. Hətta kitab mağazasında işləməyi belə insanı özünə cəlb edir.


2.          Jericho Barrons – Ah, Barrons 😍! Nə desəm az. İndi bunu qəbul edim ki, bu adam ilk kitabda tam bir odundu. Dəyişməyini gözləməyin adam son kitaba qədər də odun olaraq qalır. Ancaq adamın hər bir sözü insana necə təsir ede bilər axı, hər hərəkəti. O qədər gözəl idi kiiii. Hətta artıq 5-ci kitabda adamı bağrıma basıb ağlamağım gəldi. Mən bu seriyanı tanımamışdan əvvəl bircə Barrons’un adını eşitmişdim və ilk kitabı oxuyanda öz-özümə həmişə deyirdim ki, bu cür kobud, özünü bəyənmiş birini necə sevmək olar?! İndi başa düşürəm ki, olurmuş. Oxuyanların Barrons’u sevməyəcəyini düşünə bilmirəm. Hələ ki ən az 5 kitabı da oxumusunuzsa onsuzda ona vurulmusunuz deməkdir. Adamın böyük kitab mağazası var yaa. Bu adamı necə sevməyəsən axı?
Bu kitabda bildiyimiz şablon hadisələr yoxdur. Pis oğlan, yaxşı qız temasından tamamilə uzaqdır. Nə də vıcık-vıcık sevgi sözləri, hər kəs tərəfindən qəbul olunmuş özəl günlərin mütləq qeyd edilməsi kimi anlayışlar var.

3.          V’lane – nə desəm ki. V’lane insanın ürəyinə getməyin yolunu tapır ancaq daima ikinci planda qalır. O bir Fae. Şəkil dəyişdirərək insanları yoldan çıxarmağı sevən biri. Baş qəhrəmanımız olan Mac’a da necə deyərlər abayı yakmış. İlk kitabı oxuyarkən görəsən onun bu seriyadakı rolu nədir deyə düşünərək bir teori kəşf etmişdim və bu 5-ci kitabın sonunda düz çıxdı. Lazım olan məqamlarda tapılmasa da yenə də bəzi yerlərdə könlümüzü ala biləcək biridir.


4.       Rowena – bu qadın üçün tək bir söz bəs edər: NİFRƏT 😈! Oxuyanda biləcəksiniz niyə. Kitablar irəlilədikcə hadisələr də şaxələnir və müxtəlif obrazlar daxil olur. Bunların demək olar ki, çoxunu sevmək olur. Lakin bu qadını sevmək üçün özünüzü asmalısınız. 

     Hal-hazırda seriyanın 6, 7 və 8-ci kitabları da türk dilinə tərcümə olunub. Artemis yayınları elə bu ay 8-ci kitabı çıxartdı. Məndə 6 və 7-ci kitablar var ancaq bir müddət fasilə verdikdən sonra oxuyacam. Seriyanın bitməsini istəmirəm. Mümkünsə hətta o dünyada sonsuza qədər yaşaya bilərəm.

   Hələlik bu qədər. Ümid edirəm ki, sevəcəyiniz bir yazı olmuşdur. Mənə fikirlərinizi yazın. Seriya olan kitabları belə yorumlamağımı bəyəndinizmi? Ən azından sizdə bu seriyanı oxumaq həvəsi yarada bildimmi? 😊




See you, babies 😚

Spoiler!!!



Seriyanı oxuyanlaradı sualım. 5-ci kitabın sonundakı Avcılar niyə əvvəldən Barrons'un ağlına gəlməyib ki? Nədə olsa istədiyi şeyi etmək üçün hər cür yola əl atmışdı.

You Might Also Like

0 yorum