Fangirl - Rainbow Rowell // Kitab Yorumu

Mayıs 07, 2017

Fangirl

Orijinal Adı: Fangirl
Səhifə sayı: 410
Yayınevi: Pegasus
Yazıçı: Rainbow Rowell
Tərcümə edən: Müge Kocaman
Qiymətləndirmə: 4/5


Haqqında:

Hər kəsə salam. Yəqin ki bu kitabı keçən il oxumağa başladığımı bilənləriniz vardır. Deyəcəksinz ki, bəs niyə indi yorumu gəlir? Keçən il kitabı oxumağa başladım və həqiqətən çox sevərək oxuduğum bir kitab idi. Sonra nədənsə kitabı bitirmək istəmədiyim üçün yarımçıq qoydum. Keçdiyimiz ay “mənim bu kitabı bitirməm lazımdı” deyib kitabı yenidən oxuyub bitirdim. Bu dəfə bitirdim, bəli.


Düşünürəm ki, Fangirl’ü məndən başqa hər kəs oxumuşdur. Bu kitab ilk dəfə xaricdə çıxandan üz qapaqlarını çox sevmişdim. Hətta ingilis dilində belə almağı düşünürdüm. Sonra Pegasus yayınları kitabı türk dilinə tərcümə edib nəşr etdirdilər. Onu qeyd edim ki, kitabın üz qapağı kimi tərcüməsi də möhtəşəm idi. Yazardan oxuduğum ilk kitab olmasına baxmayaraq sevərək oxudum.


Mövzusundan bəhs etmək istəyirəm. Belə ki Cath əkizi Wren ilə yeni universitete qebul olur və uşaqlıqdan bəri yaşadığı yerdən köçərək yeni bir həyata başlayır. Wren'in çox sosiyal həyatı olmasına baxmayaraq, Cath utanğaç, həyatının böyük hissəsini Simon Snow heyranı olaraq hekayələr yazaraq keçirir. Əkiz olsalarda xasiyyətləri, zövqləri tamamilə fərqlidir.


Kitabı oxuyarkən bəzi yerlərdə Cath'də özümü görsəm də düzü mən belə bu qədər asosyal biri deyiləm. Bəzi məqamlarda verdiyi ağılsız qərarlarına əsəbləşərkən əslində tam olaraq özümə yaxın bildiyim ilk obrazdır deyə bilərəm. Kitabda daha çox Simon Snow hekayələrini deyil də kitabda keçən digər obrazların həyatını görmək istəyərdim. Özəlliklə də Cath'in ailəsi haqqında daha çox şey öyrənmək istəyərdim.


Kitabda heç sevmədiyim bir şey kitabın sonu oldu. Düzü belə gözləmirdim. Düşünürəm ki, sondakı hadisələr tez-tələsik yazılıb. Başa düşürəm bu yazıçının üslubudur, yəni kitab heç gözləmədiyiniz bir anda elə yerdə bitir ki, nə edəcəyinizi bilmirsiniz. Hətta mənim həmin dəqiqə ürəyimdən keçən şey kitabın sonunu öz istədiyim kimi yazıb tamamlamaq idi. Əsər boyu baş verən böyük hadisələr sonda sanki heç də əhəmiyyətli deyilmiş kimi bir anda həll olur. Bunu bəyənmədim. Həmin hadisələrin gedişatı daha uzun ola bilərmiş deyə düşünürəm.


Əsərdə ən sevdiyim obraz Levi oldu. Həqiqətən saf, hamıya kömək etməkdən bir an belə çəkinməyən biridir. Cath'e dəyər verir və həmişə yanında olur. Kaş belə insanlar dünyamızda daha çox olsa. Hətta Cath Levinin sayəsində problemlərini həll etməyi bacarır. Düşünürəm də, görəsən Levi olmasaydı bizim Cath nə edərdi? Hər kəsə bir Levi lazımdır. 


 Həmçinin kitabda sevdiyim cümlələr çox oldu. Altından xətt çəkməyə ürəyim gəlməsə də hamısına post-it yapışdırdım. Məncə bütün kitabqurdlarının oxumalı olduğu  şirin kitablardan biridir. Oxuyun!

Kitab boyu Cath'in yazdığı Simon Snow hekayəsi ayrıca bir kitab "Carry On" olaraq nəşr olunub. Pegasus yayınları bu kitabı da tərcümə etsəydi oxuyardıq. 😊


See you, babies 😚

You Might Also Like

0 yorum