May Ayında Nələr Olur? / Oldu!

Mayıs 31, 2017

HOLA 💛


Bu yazını yazmağa bir az geciksəm də, bəzən hətta artıq yazmamağı belə düşünsəm də bu gün qərara gəldim ki, yazım. “Niyə bu qədər gecikdi?” deyə soruşanlar, bu ay mənim imtahan ayım olduğundan yalnız indi vaxt tapa bilirəm yazmağa. Olsun, əsas olan yazı gəldi.

“May ayında nələr olur?/oldu!” düşünürəm ki, daha çox film tövsiyyəsi olacaq. Bu ay bir neçə film izlədim. Bunların çoxunu neçə müddət idi izləmək istəyirdim. Nəhayət bu aya qismət oldu. Bundan başqa may ayını tamamilə imtahanlara hazırlaşaraq keçirtdim. Hətta mənə görə doya-doya yaşadım deyə bilərəm.



Elə isə söhbət imtahanlar açılmışkən gəlin sizə bir günümün özətini keçim. Səhər 8-dən evdən çıxırdım. Əvvəlcə dərslərim olurdu, sonra isə saat 4-ə qədər kitabxanada dərs oxuyaraq günümü keçirdirdim. Bəzən artıq o dərəcə yorulurdum ki, nə qədər çalışsam da bir vərəq belə oxumağı beynim dözmürdü. Çox vaxt sultan Həliməcan həzrətləri ilə kitabxanadan çıxdıqdan sonra gəzə-gəzə Heydər Əliyev mərkəzinə gedib dincəlirdik. Nəhayət günün ən sevdiyim saatları, yəni pilates saatlarım gəlirdi. Bütün bu gözəl yoruğunluqlara baxmayaraq onu qeyd edim ki, tələbə olarkən insan ən gözəl illərini yaşayır.




May ayında mənə motivasiya verən bir mahnı oldu. (əslində son vaxtlarda mahnılara qulaq asmağı çox da sevmirəm nəsə, ancaq bu ay dərs yazarkən dinlədiyim bir iki mahnı oldu.) Onu da hər yerdə - dərs oxuyarkən, yorğun olarkən, dincələrkən, evdə, çöldə demədən qulaq asırdım. Həqiqətən anında enerjimi yüksəldirdi. “Lous Fonsi – Despacito” əslində artıq neçə aydır ki, qulaq asırdım. Ancaq bu ay favorim oldu deyə bilərəm. Sözləri, musiqisi o qədər xoşuma gəlir ki, dayanmadan qulaq asırdım.

Düşünürəm ki, bu mahnıya qulaq asmayan qalmamışdır, nədə olsa instagramda çox paylaşılan musiqi oldu.

Bu ay digər sevərək dinləyim musiqilər isə “Casting Crowns - Oh My Soul”, “Fi” serialında səslənən “SanatOkulunda Müzik Ziyafeti” oldu. Qeyd edim ki, serialı izləmirəm. Əvvəlcə kitablarını oxumaq istəyirəm, ona görə də çalışdıqca uzaq dururam.

Bu ay tam olaraq 6 film izlədim.  İlk olaraq çox sevərək izləmiş olduğum “Agora”dan yazmaq istəyirəm. Sən necə gözəl bir film idin elə. Şübhəsiz olaraq təkrar, təkrar izləyə biləcəyim filmlərdəndir. Filmin mövzusu Roma imperatorluğu dövründə İsgəndəriyyədə keçən bir hekayədən bəhs edir. O dövürdə ilk qadın filosof olan Hypatia’nın həyatından bəsh edir. Dinlərin insanların, xüsusilə də qadınların üzərindəki hakimiyyəti filmdə o qədər gözəl əks olunmuşdu ki. Bu film haqqındakı fikirlərimdən yazmayacam, çünki hisslərimi də qatacam və bunu istəmirəm.



Digər bir izləmiş olduğum film “W./E.” oldu. “King’s Speech” filmini izləmisinizsə orada kralın əslində taxta çıxmalı olan oğlunun hekayəsini az-çox bilirsinizdir. Belə ki bu bizə tarixdən də məlumdur. VIII Edvard amerikalı dul bir qadınla evlənmək üçün taxtdan əl çəkir və bu ingilis tarixində böyük səs salır. “King’s Speech” filmini izləyərkən bu hadisəyə yalnız bir tərəfdən nəzər saldığımız üçün əslində həqiqətləri görə bilmirik. Lakin “W./E.” filmində Wallis Simpson'un əslində nələr yaşadığını, nə qədər sevgisi uğrunda mübarizə apararaq güclü qadın obrazı yaratsa da daxilən o qədər incindiyini, bəzən mübarizə aparmaqdan yorulduğunu görürük. Film 2011-ci ildə Madonna'nın rəhbərliyi ilə ərsəyə gətirilmişdir. Bəhs etdiyim bu iki filmi də izləməyinizi tövsiyyə edirəm.



Növbəti bir izlədiyim film “I Origins”. Möhtəşəm bir film daha. Bu film izləməyim üçün mənə təzyiq edən Həliməcana təşəkkürlər. Onun təzyiləri nəticəsində bu cür möhtəşəm bir film izlədim. 





Bu arada, bu xanım filmi izlədikdən sonra artıq nə vaxt liftə minsə başlayırdı panik-atak keçirməyə. Məndə həmişə zarafatlaşırdım. İndi isə daha yaxşı başa düşürəm. Lift məsələsini filmi izləyənlər bilər. İzləyin bu filmi.




Ciddi mövzulardakı filmlərdən gəlin indi də bir az fantastika və klişələrlə dolu olan bir filmdən yazım. “Fallen” – maraqlı mövzusu var. Ən azından bəzi mələkli və şeytanlı kitablardan və filmlərdən tamamilə fərqlənirdi. Hətta filmin ortalarına doğru açılan bir hadisəyə o qədər vuruldum ki, çox xoşuma gəlmişdi. Ancaq gəlin görün ki, tam da hər şey super getdiyi yerdə filmin sonu hər şeyi korladı. Tam olaraq sonda olan hadisəyə görə (iki oğlanın qarşı durması hissəsindən söhbət gedir) həqiqətən güldüm. Yəni o nə idi yaaaa. Necə gözəl gedirdin. Bunu da nəzərə almalıyıq ki, bu film eyni adlı kitab əsasında çəkilib və seriya yazıldığı vaxtlarda çox məşhurlaşmışdı. Çünki ən aktual fantastik janrlı mövzulardan sayılırdı. Digər kitabların filmi çəkiləcəkmi hələ məlum deyil. Ancaq çəkilməyini istəyərdim. Əgər fantastik, mələkli, şeytanlı filmlər sevirsinizsə izləyin.



























Digər bir izlədiyim film “Hacksaw Ridge” oldu. Bir izləyicim tövsiyyəsi ilə izlədim (Fatma, təşəkkürləəər 😍 ). Bu film haqqında sadəcə onu demək istəyirəm ki, real hadisələr əsasında çəkilən bu film mənə həqiqi inancların nə olursa olsun ölmədiyini izah etdi. Əgər həqiqətən birinə dərindən bağlısınızsa onunla aranızdakı bağ ölümünüzə də səbəb olsa qopmayacaq. Bu ay izlədiyim filmlər artıq məni dərindən yaraladı. Əvvəlcə “Agora”, sonra da bu. İzləyin bu filmi.


Və son olaraq bir də bu ay “The Deep Blue Sea” filmini izlədim. Filmin mövzusu eşqi xəstəlikli hala gətirən bir qadının həyatından bəhs edir. Bu filmi sevdimmi, sevmədimmi bilmirəm. Hisslərim qarışıqdır, çünki filmin sevdiyim yanları olduğu kimi, nifrət etdiyim tərəfləri də oldu.




Bunu da qeyd edim ki, aylar əvvəl filmin bu şəklini görüb vurulmuşdum. Sizcə də çox gözəl deyilmi?
Bu aykı izlədiyim filmlərdən bu qədər. Yazının çox hissəsini filmlər tutdu.



Bu ay sizə iki kafe də tövsiyyə edəcəm. “Coffee Station” və “Meat by Beat” bu ay çox sevərək getdiyim yerlər oldu. Gedib jasmin çayı içməyi unutmayın.


Bu aylıq yazım bu qədər. Düzü uzun müddət olduğundan artıq nələr etdiyimi, haralara getdiyimi belə unutmuşam. Buna görə də bu yazını burada yekunlaşdıracam. Ümid edirəm ki, sevərək oxuyacağınız bir yazı olmuşdur. Fikirlərinizi yazın. Sizdə izlədiyiniz filmləri, gəzdiyiniz yerləri yazın. Siz nələri, haraları tövsiyə edərdiniz?



Bonus, məəən 😂






See you, babies 😗

You Might Also Like

0 yorum