Nicola Yoon - Everything, Everything // Kitab və Film Şərhi

Eylül 24, 2017

Everything, Everything

Yazıçı: Nicola Yoon
Səhifə sayı: 307
Qiymətləndirmə: 5/5 🌟

Nəşriyyat: Delacorte Books for Young Readers

Hola 💙

Bu dəfə tam bir möhtəşəm kitabın şərhini yazacam və bu möhtəşəm kitabımızın filmi haqqında da qarşılaşdırmalar etmək istəyirəm. İlk öncə onu qeyd edim ki, əgər bu kitabı oxumamısınızsa "Pena yayınları" tərəfindən türk dilinə tərcümə olunub, yəni oxuyun. Həmçinin ingilis dilində də oxuya bilərsiniz, çünki dili çox asan və axıcı idi.


Kitabın mövzusundan yazsam, Madeline'nin çox qəribə və nadir tapılan bir xəstəliyi var – SCİD. Kitabda da qeyd edildiyi kimi bütün dünyaya qarşı alergiyası var və bunu törədənin nə olduğu məlum deyil. Hər an, hər şey təsir edə bilər. Bir növ bala qarşı alergiyası olan birinin bal yediyini düşünün. Sonu heç də yaxşı bitməz.

Həyatının 18 ilini evində keçirib. Əslində evdə çox vaxt keçirmək normal ola bilərdi, əgər havalandırma sistemi daima açıq olmasaydı, hər saat başı sağlamlıq dəyərləri ölçülməsəydi və həyatını birilərinin nəzarəti altında keçirməsə idi. Evin içində pəncərələr belə açılmır. Filmdə də ev çox qəşəng dizayn edilmişdi.

Maddy həyatının hər gününü eyni keçirdir. Bir gün yan evə yeni qonşuları köçür və Olly'ni görəndən sonra Maddynin günləri ilk dəfə adi keçmir.

Tam olaraq 2017-ci ilin favorilərinə daxil oldu. Yazıçının dili o qədər gözəl idi ki, üzünüzü güldürən səhifələri ilə heç dramatik bir hekayə oxuduğunuzu belə hiss etmirsiniz.


Kitabın içində həmçinin Maddy'nin həyatını izah edən şəkillər də görürük. Bunları da yazıçının həyat yoldaşı çəkib. Məncə sırf buna görə belə bu kitab oxunar yaa.

Digər obrazlara gəldikdə, məncə Olly möhtəşəmlik abidəsi idi. Adamın hər sözünü, hər hərəkətini sevirsiniz.

Hekayənin mərkəzində olan digər obraz isə Maddy'nin tibb bacısı Carla idi. Bu qadından insana can dostu olar yaa.

Kitabın sonu məni şoka saldı. İnanın mənə, sonda fərqli bir şey gözləyirdim, oldu da. Ancaq mən gözlədiyimin tamamilə əksi oldu. Həmin hissələri ağzım açıq oxudum, çünki heç gözləmirdim. Bəziləri bir şeylərdən şüphələndiyini qeyd edib, lakin mən heç nə gözləmədiyim üçün, nədənsə şüphələnmək ağlıma belə gəlməmişdi.


Gələk kitabın əsasında çəkilən filmə. Film ayrı bir gözəl idi. Həmişəki kimi kitaba nisbətən filmdə bəzi şeyləri dəyişdirmişdilər, ancaq qeyd edim ki, belə də çox gözəl idi. Maddynin evini çox da beynimdə canlandırmamışdım, filmdə yaradılan dünyaya vuruldum. Həmçinin filmdə Maddy və Olly'nin mesajlaşma səhnələri də ayrı bir tərzdə vurğulanmışdı.

Hələ filmdəki musiqiləri demirəm. Ümumi olaraq həm filmi, həm də kitabı ayrı bir sevdim və hər ikisini də oxumağınızı, izləməyinizi tövsiyə edərdim. Qeyri-adi bir hadisə ilə qarşılaşmaq istəyirsinizsə oxuyun və izləyin.

 ͌  ͌  ͌  ͌  ͌ 
“Everything's a risk. Not doing anything is a risk. It's up to you.”

͌  ͌  ͌  ͌  ͌ 
“Maybe growing up means disappointing the people we love.”

͌  ͌  ͌  ͌  ͌ 
“Spoiler alert: Love is worth everything. Everything.”

͌  ͌  ͌  ͌  ͌ 
“Life is a gift. Don't forget to live it.”

͌  ͌  ͌  ͌  ͌ 
“Sometimes I reread my favorite books from back to front. I start with the last chapter and read backward until I get to the beginning. When you read this way, characters go from hope to despair, from self-knowledge to doubt. In love stories, couples start out as lovers and end as strangers. Coming-of-age books become stories of losing your way. Your favorite characters come back to life.”

͌  ͌  ͌  ͌  ͌ 
“I was happy before I met him. But I’m alive now, and those are not the same thing.”

͌  ͌  ͌  ͌  ͌ 
“What colour are your eyes?
Olly (O): blue
Madeline (M): Be more specific please
O: jesus. girls. ocean blue
M: Atlantic or Pacific
O: atlantic. What colour are yours?
M: Chocolate brown.
O: More specific please
M: 75% cacao butter, dark chocolate brown
O: hehe. nice”

You Might Also Like

0 yorum