Deborah Harkness - Cadıların Keşfi // Kitab Şərhi

Temmuz 11, 2017

Cadıların Keşfi (Ruhlar Üçlemesi #1)

Orijinal adı: A Discovery of Witches
Yazıçı: Deborah Harkness
Səhifə sayı: 672
Tərcümə edən: Berna Kılınçer
Qiymətləndirmə: 5/5 🌠
Nəşriyyat: Pegasus

Bu dəfə tam möhtəşəm olan bir kitabın şərhini yazıram. “Cadıların Keşfi”ni çoxdandır ki, oxumaq istəyirdim. Nəhayət bu ay oxumaq qismət oldu.


Hər şeydən əvvəl diqqətimi çəkən bir məqamı paylaşmaq istəyirəm. Belə ki kitabı oxuyarkən bir ara sözün əsl mənasında tarixi və elmi biliklərdən beynim yandı (yaxşı mənada). Kitabı bitirdikdən sonra yazıçının həyatını araşdırdım, çünki bu biliklər hər kəsin bildiyi kimi şeylər deyil. Bilin görək qarşıma nə çıxdı. Bəli, yazıçımız Deborah Harkness tam bir tarix professorudur, Avropa tarixi və tarix elimləri üzrə dərs deyir. Yəni həyatını keçmiş mətnləri araşdırmağa həsr edib.

Bütün bunlar kitabımızın niyə bu qədər möhtəşəm olduğunu ortaya çıxarır.

Kitabda tarixi və elmi biliklərlər yanaşı, mifalogiyadan tutmuş  kimya və biologiya elmləri ilə fantastikanın qarşılaşdığı bir dünyaya açılırıq.

Diana bir cadugərdir, ancaq uşaq vaxtında ailəsinin başına gələnlərdən dolayı sehri həyatından çıxarmışdır və lazımlı olmadığı halda heç bir şəkildə ondan istifadə etmir. Bütün həyatını bu dünyadan uzaqda Oxford Universitetində kimya üzərinə tarixi araşdırmalar edən bir professordur. Elə bir gün kitabxanada təsadüf nəticəsində “Ashmole 782” adlı əlyazma ilə qarşılaşır. Adi bir kitab olduğunun düşünən Diana əslində “Ashmole 782” in qapağını açdığı anda qaçmağa çalışdığı bu dünyaya girmiş olar. Bundan sonra hadisələr onu vampirimiz Matthew Clairmont ilə qarşılaşdırır.

Bu əlyazmanın bu qədər dəyərli olmasının səbəbi üç varlığın, yəni vampirlərin, cadugərlərin və iblislərin yaranma tarixindən bəhs edilir. Ancaq kitab sehirli olduğu üçün bu vaxta qədər itmiş olduğu hesab edilirdi. Gəlin, görün ki, bütün bu varlıqlar onu axtarırlar.

Diana əlyazmanı ortaya çıxardığı an hər yer bu varlıqlarla dolub daşır, üstəlik onu təhdid edənlərin sayı da gündən-günə artır. Onu qorumaq üçünsə Matthew Clairmont gəlir.


Hadisələrin gedişatında bu varlıqları qorumaq üçün illər əvvəl yaradımış hər 3 türün nümayəndələri olan konsili də görürük, ancaq heç də yaxşı niyyətləri olduğunu deyə bilmərik. Səbəb isə yaradıldığı ilk gündən qoyulmuş olan razılaşmanın pozulmasıdır. Vampirlər, cadugərlər və iblislər arasında hər hansı yaxınlaşma ola bilməz. Matthew Clairmont bir vampir və Diana Bishop da bir cadugər olduğu üçün onların arasındakılar konsili narahat edir.

Əsas obrazlarımızla yanaşı yan xarakterlərdə kitab boyu çox böyük əhəmiyyətə malik idilər. İlk kitab gözlənildiyi kimi elə bir yerdə bitdi ki, ikinci kitabı yanıma almadığım üçün çox peşmanam.

Kitabın bir digər xoşuma gələn yanı Matthew'un anası Ysabeau'nun və Marthe'nin istifadə etdiyi fransız dilindəki sözlər oldu. Hələ başqa kitablardan və bilim adamlarından götürülmüş alıntıları demirəm. Tarix sevən biri olaraq bunları görəndə gözlərimdən ürəklər çıxırdı.


͌  ͌  ͌  ͌  ͌
‘Arzu bana koş derken korku beni dizginler.’

͌  ͌  ͌  ͌  ͌
‘Artık hayatımın bir başlangıcı, ortası ve sonu var. Bundan önceki her şey girişti. Şimdi sen varsın. Bir gün gideceksin, o gün de hayatım sona erecek.’

͌  ͌  ͌  ͌  ͌
‘Ni muer ni viu no guaris,
Ni mal no-m sent e si l'ai gran,
Quar de s'amour no suy devis,
Ni no sai si ja n'aurai ni quan,
Qu'en lieys es tota le merces
Que-m pot sorzer o decazer’
Şarkı özlem doluydu ve hüznün kıyısında dolaşıyordu. Yanıma geldiğinde şarkıyı bitirmişti. Matthew yatağın yanındaki tek bir mumu yanık bıraktı.
‘Sözleri ne anlama geliyor?’ Eline uzandım.
‘Ölmüyorum, yaşamıyorum, iyileşmiyorum, acısız bir hastalık bu çünkü aşık olabiliyorum.’ Eğilip alnımdan öptü. ’Sahip olacak mıyım bir gün bilmiyorum çünkü beni yaşatacak ya da yok edecek merhamet onun ellerinde.’

͌  ͌  ͌  ͌  ͌
‘Oyun yalnızca vezirini savunmaktan ibaret değil,’ dedi Hamish.
‘Neden şahın harcanmaması gerektiğini hatırlamakta zorlanıyorsun.’
‘Şah bir köşede oturmakla kalıyor, bir seferde tek bir kare ilerleyebilir. Oysa vezir özgürce hareket edebilir.Onun özgürlüğünü kaybetmesindense oyunu kaybetmeyi tercih ederim.’

͌  ͌  ͌  ͌  ͌
‘Şimdi ne yapacağız?’ diye sordu Diana'nın büyükannesi.
‘Her zaman yaptığımızı, Joanna,’ diye karşılık verdi Bridget.
‘Geçmişi hatırlayıp geleceği bekleyeceğiz.’

You Might Also Like

0 yorum