Wulf Dorn - Psikiyatrist // Kitab Şərhi

Temmuz 17, 2017

Psikiyatrist
Orijinal adı: Trigger
Yazıçı: Wulf Dorn
Səhifə sayı: 416
Tərcümə edən: Firuzan Gürbüz
Qiymətləndirmə: 4/5
Nəşriyyat: Pegasus Yayınları



Wulf Dorn’un ən az bir kitabını oxumusunuzsa yazıçının üslubuna bələdsiniz demək. Psixoloji gərginlik, qorxu janrında kitablar yazır. Daha əvvəl “Hain Yüreğim” kitabını oxuyub çox sevmişdim.

Ancaq bu kitabını o qədər çox sevə bilmədim. Doğrudur, bir çox hadisələri ilə məni təəccübləndirdi, lakin bu digər kitabda hiss etdiklərimin yanında heçnə oldu. Yadımdadır ki, “Hain Yüreğim”i oxuyarkən qorxmuşdum, hətta gecə yatanda belə bunu hiss etmişdim. Psikiyatrist də isə belə olmadı. Heç bir yerində qorxu hiss etmədim.

Hadisələr  psixiyatr olan Ellen Roth’un adını bilmədiyi, Qara Adam tərəfindən təqib edildiyini iddia edən bir xəstə ilə qarşılaşmasından sonra başlayır. Ellen ona kömək etmək istəsə də, bir gün bu xəstənin yoxa çıxması ilə bəzi məsələlər ortaya çıxır.

Onu tapmaq üçün əlindən gələni edən Ellen bu yolda tək-tənhadır və artıq heç kimə güvənə bilməz.


İnsan beyninin hər zaman təhlükəli olduğunu düşünmüşəm, çünki beynimiz istəmədiyi, pis şeyləri tez unuda və ya heç var olmamış kimi silərək onun üçün təhlükəli olanlardan uzaq durmağı bacarır. Elə bu kitabda da bundan daha artığını tibbi cəhətlərini görürük.

Məni təəccübləndirən əsas son hissəsi oldu. Çünki tam hər şey açıqlandı dedim, bir də baxdım ortaya heç gözləmədiyim bir mövzu çıxdı. Yenə də belə bir kitab oxuyacağımı gözləmirdim. Ümumi olaraq mövzusunu və hadisələrin gedişatını sevdim.

Hələ də Wulf Dorn oxumağa başlamamısınızsa, oxuyun. Hansı kitabından başlasanız sizi təəccübləndirəcəyinə əminəm.


͌  ͌  ͌  ͌  ͌ 
“İntihara karar vermiş olan insanların durdurulamayacağını anladım. Biri hayatına veda etmeye gerçekten karar vermişse, bunu söylemiyor. Yapıveriyor.”

͌  ͌  ͌  ͌  ͌ 

“İnsan bazen kendine yalan söylemekte o kadar uzun süre başarılı olur ki, sonunda kendi uydurduklarına inanmaya başlar.”

You Might Also Like

0 yorum