Roshani Chokshi - Yıldızlara Sarılı Kraliçe // Kitab Şərhi

Temmuz 14, 2017

Yıldızlara Sarılı Kraliçe

Orijinal adı: The Star-Touched Queen
Yazıçı: Roshani Chokshi
Səhifə sayı: 336
Tərcümə edən: Boran Evren
Qiymətləndirmə: 4,5/5
Nəşriyyat: Yabancı Yayınları

Bəzi kitablar olar, haqqında heç bir şey bilmədən sırf üz qapağı çox möhtəşəm olduğu üçün alarsınız. Bax, bu kitabda mənim üçün onlardan biri idi. Normalda kitabları üz qapaqlarına görə almıram, ancaq bunun üz qapağı olsun, içi olsun həqiqətən çox gözəldir.


Kitab çox böyük bir mövzunu əhatə edir. Həm mifalogiyadan, həm şərq adət-ənənələrindən, həm də vaxtın fərqli irəliləyişindən. Bir ara nə istəsəm tapa biləcəyimi belə düşünmüşdüm. Böyük bir fantastik dünya var.

Maya’nın yaşadığı dünyada ulduz falları çox məşhurdur. Ulduzlar onlar dünyaya gəlmədən əvvəl hər kəsin taleyini yazıblar. Maya’nın taleyi isə lənətlənmiş olduğudur. İnanclara görə getdiyi hər yerə “ölüm” bəxş edəcək. Ona görə də yaşadığı sarayda heç bir zaman sevilmir və bir gün bir hadisə baş verir. Dünyaları fəth edən kralı Amar ilə qarşılaşır. Bundan sonra isə həqiqətləri öyrənmək vaxtı gəlir.


Kitabın bir hissəsi var ki, məni çox yaraladı. Böyük sirrin belə çıxacağını heç amma heç gözləmirdim. Yazıçı məni təəccübləndirdi.

Ümumilikdə kitabın mövzusunu, obrazlarını, gedişatını çox sevdim. Kitabı bir-iki saat içində rahat bir şəkildə oxuyub bitirməyimə baxmayaraq oxuduğum an sanki böyük bir zaman kütləsinə düşmüş kimi hiss etdim. Çünki həqiqətən əsrlərə bərarbər gələn bir dünyası var.

Oxumağınızı tövsiyə edərdim. Yeni dünya, yeni hadisələr, yeni adət-ənənələr və yeni obrazlarla tanış olun. Ən əsası isə Maya’nın lənətinin nə olduğunu bilin və Amar’ı tanıyın.


Not: Uşaqlıqdan bəri Hindlilərin geyimlərinə qarşı böyük marağım var idi. Taxdıqları hal-hallar, geyindiyi sarilər. Kitabda onları görmək gözəl idi. Bir növ mənə uşaqlığı xatırlatdı.

͌  ͌  ͌  ͌  ͌
‘“Ben çoğu kişi için bir kabusum ve yıkılmışlar için bir rüyayım, kimim ben?”
Cevap “Ölüm.”’
͌  ͌  ͌  ͌  ͌
‘“Yıldızları saklarım ama güneşten korkarım. Gece değilim, kimim ben?”
Cevap “Karanlık”’
͌  ͌  ͌  ͌  ͌

‘Yumuşak bir sesle, “Yıldızlara sarılı kraliçem,” dedi, sanki uzun zaman önceden kalma bir şeyi hatırlatıyormuş gibi. “Sana istediğini verebilmek için dünyayı altüst ederim.”’

You Might Also Like

0 yorum