Jennifer Royce - Gözlerinin Esareti // Kitab Şərhi

Temmuz 07, 2017

Gözlerinin Esareti

Yazıçı: Jennifer Royce
Səhifə sayı: 576
Qiymətləndirmə: 5/5 🌠
Nəşriyyat: Ephesus yayınevi


Bu dəfə çox sevərək oxuduğum bir kitab haqqındakı fikirlərimi yazacam. “Gözlerinin Esareti”. Bu kitabı çoxdandır ki, oxumaq istəyirdim. Niyə? Çünki bir tarixi sevgi romanıdır və mənim belə janrdakı sevgim sonsuzluq qədərdir. Xüsusilə də əgər yazıçı bir türkdürsə. Bilmirəm niyə ancaq türk yazıçıların yazdığı tarixi sevgi romanları mənim üçün çox dəyərlidir. Səbəb başqa ölkənin bu janrda yazan yazıçıları qadınları xanım, xatın kimi qələmə verdiyi halda türk yazıçılarının çoxu qadınları at belində, əlində qılıcla sevdiyi adamların qarşısında qələmə verir. Güclü qadın obrazlarını sevdiyim üçün belə kitablar oxumaq məni çox sevindirir.

Keçək kitabımızın mövzusuna. İlk olaraq bu kitabı oxuyarkən haqqında heç bir şey bilmirdim. Əlbəttə, bu mənim bir xasiyyətimdir, ancaq haqqında heç bir şey bilmədən çox sevəcəyimdən əmin idim.

Elə buna görə də kitabın başlarında kimdən söhbət getdiyini, kimin hekayəsini oxuyacağımızdan xəbərim yox idi.

Uşaqlıqdan bəri atasının sevgisini və hörmətini qazanmaq üçün hər şeyi etməyə hazır Keira bir gün bu istəklərinə qarşı ona təklif edilən işi qəbul edər. Belə ki qızımız məşhur qaranlıqlar lordu Kayran’ı öldürmək üçün yola çıxır. Ancaq gəlin, görün ki, bu istəyinə nail ola bilməməyi azmış kimi heç tanımadığı, düşməni olan bir adama qarşı hissləri dəyişər.

El Kayran isə yaşadığı bəzi hadisələrdən sonra qəlbini ömrünün sonuna qədər möhürləyərək özünə “Şeytan” ləqəbini verir. Ee adam haqqlıdır. Düşmənləri tərəfindən “Qaranlıqlar Lordu” olaraq tanınaraq döyüş strategiyalarından tutun ağlı və zəkasına qədər bunun haqqını verir.

Deyəcəksiniz ki,  adam daş qəlbli, zalım biridir. Bəli, təəssüflər olsun ki, elədir. Ancaq kitabın elə başlarından bunun səbəbi açıqlandığı üçün onu sevməmək əldə deyil. Düşmənlərinə nəzərən işğal etdiyi torpaqlarda yaşayan dinc əhaliyə zərər vermədən haqqını olanı alır.

Hadisələr bir-birlərinə qarşı nifrətlə başlasa da onlar özləri də fərqində olmadan qəlblərindəki sevgi qıvılcımları ilə yanıb tutuşurlar.


Kitabda bir də kralımız Rodolfo var. İlk başlarda başına nələr gələcək deyə düşünürkən bir də baxırıq ki, adam qadını – Almira üçün düşmən torpaqları olan Fransaya gedir. Çox istərdim ki, onların hekayəsini daha ətraflı ikinci kitabda oxuyaq, ancaq yazıçımız ancaq bu kitabla sonlandırıb. Burada da onların hekayəsini qeyd edib, ancaq mən bu yazıçının qələmindən daha ətraflı, daha uzun bir kitab daha oxumaq istərdim.

Kitabdakı dialoqlar məni çox güldürdü. Çütlüklərimiz daima didişib durduğu üçün bu normaldır. Hələ Keira obrazına vuruldum. Bir qadının bu qədər güclü təsvir olunması ancaq bu qədər olardı. Kitabı oxuyarkən biləcəksiniz ki, qızımız üçün “sevgi və hörmət” niyə bu qədər vacibdir. (Sonda istədiyini də almır deyil. Həm də haqqı ilə alır).

Yazıçının dilini, üslubunu çox sevdim. Digər kitablarını da tezliklə alıb oxumaq istəyirəm.

͌  ͌  ͌  ͌  ͌  ͌
“Onu istiyorum.”Geri dönüp burnundan soluyarak ve ölümcül gözlerle genç adama baktı. Dudakları aşağılayan bir şekilde kıvrılmış ve küstahtı.“Ellerinde binlerce masum insanın kanını taşıyan birine ait olmaktansa, zindanlarda çürümeyi tercih ederim.”Bu cevap üzerine Rodolfo nun kahkahası, suskun kalabalığın üzerinde titreyerek uçuştu.“Aman Tanrım! Rafael, bu vahşi şeyi nereden buldun?”

͌  ͌  ͌  ͌  ͌  ͌
 “Ülkede her evlenen çiftin sizden izin aldığını bilmiyordum, majesteleri”Sözleri ile kocasından önce tepkisini ortaya koymuştu.Rodolfo kaşlarını kaldırdı ve Rafael e baktı.“Anladığım kadarıyla belanı bulmuşsun, benim seni azarlamama gerek kalmamış.”

You Might Also Like

0 yorum