Jennifer L. Armentrout - Tanrı // Kitab Şərhi

Eylül 01, 2017

Tanrı (Melez Sözleşmeleri #3)

Orijinal adı: Deity
Yazıçı: Jennifer L. Armentrout
Səhifə sayı: 408
Tərcümə edən: Bilge N. Zileli Alkım
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Dex Kitap

Melez Sözleşmeleri seriyasının birinci və ikinci kitabları olan MelezSafkan’ın şərhini blogdan oxuya bilərsiniz.


Kitabı keçən ay oxumağıma baxmayaraq bu ay şərhini yazmaq istədim, çünki özümə söz vermişdim ki, bu seriyanın bütün kitablarına blogda şərh yazacam.

Bu seriyaya başlamamışdan qabaq o qədər çox tərəddütlərim var idi ki, ancaq seriyanın üçüncü kitabını da oxuduqdan sonra sevdiyim seriyalardan olduğunu qeyd edə bilərəm.

Məncə seriyanın ən yaxşı kitabı Tanrı idi. Adından da məlum olduğu kimi bu kitabda işin içinə Tanrılar girir, həmçinin bu dünya haqqında daha çox məlumat alırıq. Seth ilə Alex’in arasında daha çox yaxınlaşma olur. Hətta Alex gözləmədiyi işarətlər daha əldə edir. İkinci kitabı oxuyanlarınız varsa bilirsiniz ki, sonu heç də yaxşı yerdə bitməmişdi. Elə bu kitabda da məsələnin açılmaması üçün dua edərək oxudum lap.

Alex’i qorumaq istəyənlər kimi, onu məhv etmək istəyənlər də az deyil. Həyatı hər daim təhlükədədir. Bu kitabda əsl dostunun və düşmənin kim olduğunu da bilir.

Amma mən sənə demişdim be, Alex. İlk kitabda Pipper Nine’a qulaq assaydın indi belə olmazdın.


Bu arada həqiqətən bu qədər dik kafalı olmaq məcburiyyətindəsən? Hər kitabda məni çilədən çıxarmağını nə edəcəyik hələ?

Nəysə, bu qədər çəmkirdikdən sonra keçək kitaba. Ümumiyyətlə kitabı çox sevdim. Hələ o sonu. Həqiqətən bu yazıçı daima sonları ilə təəccübləndirir bizi. Dördüncü kitabda nələr olacaq, nələr.

Kitabın sonunda mən:



Spoiler
Safkan’ı oxumayanlar üçün bu yazcaqlarım spoiler olacaq. Ona görə oxumaq istəməzsəniz oxumayın.
Safkanın sonunda Alex bilmədən, özünü müdafiə edərkən birini öldürmək məcburiyyətində qalmışdı. Bu kitabda da Alex’in ölməsini istəyənlər bir xeyli artır. Çünki Seth bir Appolyondur və Alex'in də oyanmağı üçün güclərindən istifadə edir. Bu qarşılıqsız qalmırda. Ancaq Tanrılar bundan qorxurlar. Səbəb isə ilk kitabda qeyd etmişdim ki, hər nəsilə bir Appolyon düşür və bu belə də olmalıdır. Əks təqdir də İlk ikincinin bütün gücünü çəkərək Tanrıları belə öldürə bilər.
Buna görə də işə Tanrılar qatılır.
Spoiler bitdi, keçək alıntılara.

͌  ͌  ͌  ͌  ͌ 
"Söylediğim en tuhaf sözleri bile hatırlıyorsun."
Parmaklarını parmaklarımın üstüne kapattı. "Söylediğin her şeyi hatırlarım ben."

͌  ͌  ͌  ͌  ͌ 
Aiden'a huşu içinde baktım. "Kedi gibiymişim ben de. Yemin ederim dokuz canlıyım."
"Alex." Başını kaldırıp gözlerime baktı. "O canların hepsini kullandın, hatta fazlasını bile."

͌  ͌  ͌  ͌  ͌ 

"Seth, erkeklerin çoğu kızlara gül ya da yavru köpek falan alır. İnsanlar hediye edilmez Seth. Hele ki Konsey'in başkanı, hiç."

You Might Also Like

0 yorum