Kristin Cashore - Yetenek // Kitab Şərhi

Ağustos 31, 2017

Yetenek (Yedi Krallık Üçlemesi #1)

Orijinal adı: Graceling
Yazıçı: Kristin Cashore
Səhifə sayı: 472
Tərcümə edən: İlker Şahin
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Pegasus Yayınları

“Ölümcül Bir Yetenek Yedi Krallığı Yıkabilecek Bir Sır”


Nəhayət bu seriyaya başlamaq qismət oldu. Belə ki seriyanın ilk kitabı olan “Yetenek”i təxmini iki il əvvəl oxumağa başlamışdım, ancaq sonra gözümdə problem yarandığı üçün oxuyub bitirə bilməmişdim. Hətta yadımdır, o vaxtlar “Golem ve Cin” kitabına da başlamağıma baxmayaraq bitirə bilməmişdim.

Bu ay qərara gəldim ki, artıq bu kitabı oxuyub bitirim. Kitabın əvvəllərində hadisələr çox yavaş irəliləyir. Çünki nə də olsa 3 kitablıq seriyanın ilk kitabıdır. Yazıçı yeni fantastik dünya yaradıb. Bu dünyanı 7 krallıq idarə edir. Hətta kitabın ilk səhifələrində yaradılan dünyanın xəritəsini də verib.

İlk olaraq onu yazım ki, mən bu kitab haqqında heç bir şey bilmədən oxudum. Hətta ən kiçik bir şey belə bilmirdim. Nə gözləyəcəyimi, nə ilə qarşılaşacağımdan belə xəbərsizdim, ancaq çox sevdim. Möhtəşəm idi.

Bu dünyada hər krallıqda xüsusi qabiliyyətlərə malik insanlar var və bu insanlar digərlərindən təkcə qabiliyyətlətinə görə deyil, həmçinin göz rənglərinə görə də seçilirlər.

Qeyd etdiyim kimi kitabın ilk 100 səhifəsi filan yavaş gedir, sonra isə aksiyonlar başlayır. Həqiqətən çox maraqlı idi.

Əsas obrazımız Katsa da xüsusi qabiliyyəti var və uşaqlığından bəri yaşadığı bir hadisədən sonra dayısı kral Randa'nın himayəsi altında yaşayır. Katsa'nın yeteneyi isə öldürməkdir. Dayısı da bundan istifadə edərək cəzalandırmaq istədiyi birinə Katsa'nı göndərir və onun bu xüsusiyyəti bütün krallıqda səs salır, onu görən hər kəs ondan qorxur.


Qabiliyyəti döyüşmək olan Lienid krallığından Prens Po ilə qarşılaşana qədər həyatını belə qəbul edən Katsa artıq əvvəlki kimi olmaq istəmədiyinə qərar verir. Bu arada Leydi Katsa və Randa'nın komandiri olan Oll və Giddon'un başçılıq etdiyi bir şura var ki, köməyə ehtiyacı olan insanlara kömək edirlər. Elə Prens Po'nun babasının xilas edilməsi də şuranın nəticəsində olur.

Bundan sonra Po ilə yolları qarşılaşır.

Kitabda çoxlu səyahətlər var. Durmadan bir yerdən başqa yerə gedirlər. Xüsusilə də Katsa obrazını çox sevdim. Həyatımda gördüyüm (oxuduğum) ən güclü obrazlardan biri idi. Sırf Katsa üçün belə bu kitabı oxumağa dəyər.


Po isə tamam başqa aləm idi. Bu arada Liened'lilərin özünə məxsus adətləri var. Məsələn əllərənə üzüklər taxırlar ki, bunların hər biri bir insanı təmsil edir. Qulaqlarında sırğalar, bədənlərində tatular var. Eee adamı bunun üçün belə sevmək olar. Sonda bir hadisə olur ki, heç gözləmirdim. Yazıçının necə qıydığına belə inana bilmirəm.

͌  ͌  ͌  ͌  ͌ 
“Skye, Katsa'yı alnından öptü. "Hayatımı kurtardın."
Katsa gülümsedi. "Siz Lienid'liler sevginizi gösterme konusunda çok açıksınız."
"İlk çocuğuma senin adını vereceğim."
Katsa güldü. "Çocuğun iyiliği için kız olmasını bekle. Ya da en iyisi, çocukların büyüyene kadar bekle ve en dikbaşlısına ve başına bela açana ver."
Skye kahkaha attı ve Katsa'yı kucakladı. Katsa da ona karşılık verdi. O anda korumacı kalbinin bir başka arkadaş kazandığını fark etti.”

͌  ͌  ͌  ͌  ͌ 
"Bu yalnızca su," dedi Katsa.

"Bunu bir de boğulan bir adama söylesene," dedi Giddon.

You Might Also Like

0 yorum