Yaşıl Ada / Qazax #1

Ağustos 04, 2017

Hola


Bu yazımda sizlərə yay tətilində çox sevərək gəzib gördüyüm yerlərdən biri olan “Yaşıl Ada”dan yazacam.


“Yaşıl Ada” Ağstafanın Pirili kəndinin yaxınlığında yerləşən ailəvi istirahət mərkəzlərindən biridir. İlk dəfədir ki, oraya getdim və çox sevdim. Həqiqətən həm ailənizlə, həm də uşaqlarınızla gedib istirahət edərək dincələ bilərsiniz.


İstirahət mərkəzinin ən yaxşı xüsusiyyəti köhnə əşyaları burada görə bilməyimizdir. Bəlkə də çoxlarımızın bunları görərkən “Aaaa, bundan bizim kənddə də var idi. AAA, bundan nənəmdə/babamda da var!” deyərik. Bir an üçün nostalji hisslər yaşayarıq.




Siz istirahət edərkən uşaqlarınızda oyun yerində oynayaraq vaxtlarını xoş keçirə bilərlər.


Həmçinin istəsəniz göldə qayıq da sürə bilərsiniz.

Onu da qeyd edim ki, buranın hər bir yeri şəkil çəkdirmək üçün idealdır. Getmişkən fotosessiya etdirməyi unutmayın!


Bəzi heyvan və quş növlərinə rastlamaq da mümkündür.





Yeməklərinə gəldikdə isə çox dadlı və qiymətləri də münasibdir. Yeməkdən sonra çay içməyi unutmayın. Özləri çox dadlı çay hazırlayırlar.



Buranın gözəlliyindən nə qədər yazsam azdır. Əgər bir gün Gəncəyə və ya Qazaxa yolunuz düşsə mütləq bir gününüzü ayırıb bura gedin və keçirtdiyiniz hər dəqiqədən zövq alın. 

You Might Also Like

0 yorum