Victoria Aveyard - Kızıl Kraliçe // Kitab Şərhi

Ağustos 18, 2017

Kızıl Kraliçe
Orijinal adı: Red Queen
Yazıçı: Victoria Aveyard
Səhifə sayı: 392
Tərcümə edən: Onur Kınacı Birler
Qiymətləndirmə: 4,5/5
Nəşriyyat: Pegasus Yayınları

İktidar tehlikeli bir oyundur.

Bu kitabı ilk çıxdığı vaxtlarda əldə etsəm də oxumağa ürəyim gəlmirdi. Çünki xaricdə bu seriya çox sevildiyi halda tük booktuber'ları sevmədi. Mən də risk edib oxumurdum.


Ancaq nəhayət bu ay oxudum və çox sevdim. Başqalarının sevmədiyi kitabları sevmək kimi bir xasiyyətim var. 😁

Distopya janrında olan bu kitab digər bəzi kitablar kimi iki cəmiyyətin sinifləndirilməsindən bəhs edir. Belə ki kitabda "Kızıl"lar və "Gümüş"lər var, onları bir-birindən ayıran 2 səbəb var. Birincisi qanlarının rəngi. Kızıl'larda qırmızı rəngdə olmağına baxmayaraq Gümüş'lərdə gümüşü rəngindədir.

İkinci böyük səbəb isə hər Gümüş'ün anadan olduğu andan etibarən özünə məxsus bacarıqları var. Məsələn bəziləri dəmiri idarə edə bilir, bəziləri suyu, bəziləri odu, bəziləri isə insanın beyninə girərək onu idarə edir. Və bu bacarıqlar nəsil-nəsilə keçir. Buna görə də özlərini "Tanrı" adlandırırlar.

Əsas obrazımız olan Mare Borrow bir "Kızıl"dır və işi yoxdur. Nəyə görə bunu deyirəm, çünki dövlət başqa dövlətlərlə müharibə şəraitindədir və cəbhədə döyüşənlər də "Kızıl"lardır. Belə ki 18 yaşına qədər iş tapa bilməyən "Kızıl"lar qız, oğlan fərqi yoxdur cəbhəyə göndərilir.

Elə Mare də bir gün ümidsiz olaraq əsgərliyə getdiyi günü gözləyərkən saraydan çağırılır, ancaq bizim qızın heçnədən xəbəri yoxdur. Hər şey saraya getməyindən sonra başlayacaq. İndi sizə niyə çağırıldığını, kimin çağırdığını filan yazmayacam. Spoiler olacaq. Oxuyun və özünüz bilin.

Mövzusu çox qəşəng idi. Başqa distopyalarla xırda oxşarlıqları olsa da tamamilə fərqlənirdi.



Obrazlara gəldikdə, Cal'i çox sevdim. Elə kitabın əvvəlindən sonuna qədər aşiq oldum. Mare bəzi axmaqlıqları olmazsa olmazdı, ancaq yenə də qınaya da bilmirəm. Çünki oxuduqca nələr yaşadığını görürsünüz.

Və kitabda bir obraz var idi ki, əvvəldən sona qədər ondan nifrət etdim, heç qanım isinmədi vəəə sonda da elə mənim düşündüyüm şey çıxdı. Kitabı oxuyarkən bir az diqqət etsəz əminəm ki, nə demək sitədiyimi anlayacaqsınız.

Seriyanın digər kitablarını da səbirsizliklə alıb oxumaq istəyirəm, ancaq üçüncü kitab türk dilinə hələ çevrilmədiyi üçün yəqin ki ikinci kitabı da bir az gecikdirəcəm oxumaq üçün.

͌  ͌  ͌  ͌  ͌ 
“ Arkamdan, neredeyse kulağımın dibinden Arven'in kendi kendine güldüğünü duydum. Antrenman'daki sorusunu tekrarlayarak, “Avantaj kimde?” diye dalga geçti. Kaslarım acıyla seğiriyor ve tüm bunların bitmesi için adeta yalvarıyordu. Sadece uzanmak, yenildiğimi kabul etmek ve ölmek istiyordum. Bana yalancı, hilekâr demişlerdi ve haklıydılar. Kullanabileceğim son bir hilem kalmıştı. Rhambos ayaklarını kuma iyice gömerek nişan aldığında, yapmam gerekeni biliyordum. Güçlükol, havayı tutuşturacak bir güçle mızrağını fırlattığı anda eğilip kendimi kumlara attım. Mide bulandıncı bir şapırtı duyunca planımın işe yaradığını anladım ve içimde oluşan elektrik titreşimleri, kazanabileceğimi düşündürdü. Arkamda Arven, midesine saplanan boruyla olduğu yere yığıldı. “Avantaj bende,” dedim cesedine bakarak.”
͌  ͌  ͌  ͌  ͌ 
“Herkes, herkese ihanet edebilir.”
͌  ͌  ͌  ͌  ͌ 

“Birinin korkularını bilirsen, onu tanırsın.”

You Might Also Like

0 yorum