Alexandra Coutts - Tepetaklak // Kitap Şərhi

Ağustos 25, 2017

Tepetaklak

Orijinal adı: Tumble & Fall
Yazıçı: Alexandra Coutts
Səhifə sayı: 350
Tərcümə edən: Derya İmer Aydınlık
Qiymətləndirmə: 1/5
Nəşriyyat: Pegasus Yayınları

Artıq verdiyim baldan bildiniz ki, bu kitabı heç sevmədim. Doğrusu kitabı ilk çıxdığı vaxtlarda üz qapağını çox sevdiyim üçün almışdım, əlbəttə ki mövzusunu da oxuduqdan sonra düşünmüşdüm yaxşı bir distopya və ya bilim-kurgu janrında bir kitab oxuyacam. Təəssüflər ki elə olmadı. Kitabın arxasında yazılan iki cümlə  sizə təsir edə bilər, ancaq inanın mənə içində bu mövzuya heç 2 səhifə belə ayırmayıblar.


Her son, yeni başlangıçlarla doludur.

Bir Haftadan Kisa Sürede, Bir Kilometre Çapındaki Persephone Asteroiti Gezegene Çarpacak. Rotası Değiştirilemiyor, Felaket Kaçınılmaz.

Kitabı üç obrazın gözündən oxuyuruq. Belə ki Sienna yaşadığı bəzi hadisələrdən sonra ikinci bir şans vermətə hazırdır, Caden üçün itirdiyi ən doğma insanı tapma vaxtıdır, Zan isə eşq, sevgi məsələlərində bəzi şeyləri yenidən götür-qoy etməlidir.

Kitab boyu obrazların həyatını oxuyuruq. Sanki insanlar asteroidin dünyanı parçalamağına çoxdan hazırmış kimi həyatlarına laqeyd yanaşmaqları azmış kimi, bir də dünya veclərinə deyil.

Həqiqətən nə qədər gözlədim ki, bəlkə bu iki cümlə ilə bağlı nəsə oxuyum heçnə baş vermədi. Sonu isə havada qaldı. Yəni nə olacağı bəlli olmadı.

Kitabda bu hadisə ilə bağlı olan 7 günü oxuyuruq. O boyda yeddi gündə gəlin görün ki, doğru düzgün bir şey olmadı.

Nəysə, ümumi olaraq heç sevmədim. Yazıçı bir də yazıb ki, dostluğu, sevgini və ailə bağlarını oxuyacaqsınız. Yaxşı, belə bir şey yazmaq istəyirdinsə o asteroidin orada nə işi var idi?

Bilmirəm. Sadəcə üz qapağının rənglərinə heyif oldu. 😂 Bu qədər gözlənti bəxş edib sonda da heç nə çıxması.


You Might Also Like

0 yorum