Pierce Brown - Kızıl Yükseliş // Kitab Şərhi

Ağustos 12, 2017

Kızıl Yükseliş (Kızıl İsyan #1)

Orijinal adı: Red Rising
Yazıçı: Pierce Brown
Səhifə sayı: 448
Tərcümə edən: Selim Yeniçeri
Qiymətləndirmə: 5/5
Nəşriyyat: Pegasus Yayınları

Ben dünyaları ateşe verecek kıvılcımım. Ben zincirleri kıracak çekicim. Ben halkımın ve esaret içinde yaşayan herkesin umuduyum. Çünkü biliyorum ki insan kendini köleleştiren adaletsizlikle özgürleşemez.


Məndən ən çox oxumağımı istədiyiniz kitabın şərhi ilə gəldim bu dəfə. Bu kitabı ilk çıxtığı anlardan etibarən oxuyub da sevməyənini görmədim (@kitab.refim xaric 😔 ). Keçdiyimiz ay nəhayət mən də bütün seriyanı almışdım və bu ay ilk kitabını oxudum və və və çox sevdiiim! Möhtəşəm bir distopya idi. Həqiqətən. Oxuduğum ən yaxşı distopya janrındakı kitablardan biridir. Kitabın mövzusunu yazmamışdan qabaq bir şeyi qeyd etmək istəyirəm: “OXUYUN!!!”

Darrow bir Kızıl’dır. İllər əvvəl Kızıl’lar Marsa gələrək buranı yaşanılası bir dünyaya çevirmək üçün mədənlərdən “Helium 3” çıxararaq həyatlarını ən ağır şəraitlərdə yaşayırlar. Altın’lar isə dünyanı idarə edənlərdir ki, qoyduğu və tətbiq etdiyi qanunlar çox sərtdir.

Mars‘da həyatda tamam başqadır. Məsələn 17 yaşında olmağına baxmayaraq evlidir.


Bir gün Darrow‘un başına bir hadisə gəlir və sonrasında həyatı dəyişir. Ares‘in oğlulları isə onu xilas edərək başqa bir dünyaya gətirirlər. Kitabı oxuyarkən bunu özünüz biləcəksiniz.

Ares‘in oğullarının tək istəyi Darrow‘u bir Altın kimi hakimiyyətə sağ qolları olaraq salmaq istəyirlər, bunu üçün də müəyyən əməliyyatlar keçirir.

İlk başlarda kitabı oxuyarkən ağlıma gələn tək şey  „Açlıq Oyunları“ oldu. Çünki çox oxşarlıqları olsa da bir az oxuyandan sonra tamamilə fərqləndiyini də görürsünüz.
Kitabın ortalarına yaxın əsas mövzu tamamilə açıldı və bundan sonra artıq düşünürdüm ki, „İnşallah yazıçı kitabı batırmayıbdır, çüki mövzu çox genişdir və çünki mövzu çox möhtəşəmdir.“

Kitabın hətta mövzusunu bilmədən oxumağınızı tövsiyə edərəm, oxuyarkən özünüzdə görəcəksiniz xırda bir mövzu gözləyirsiniz, ancaq tamamilə fərqli bir mövzu ilə qarşılaşırsınız.


Normalda Altın'ları sevmək qeyri-mümkünkən, kitabda bəzi obrazlar var ki, Altın'lardan olmağına baxmayaraq mən çox sevdim və ümid edirəm ki, digər kitablarda da onları görə biləcəyik. 
͌  ͌  ͌  ͌  ͌ 
“Ölüm söylediğin kadar boş bir şey değil. Asıl boşluk, özgürlük olmadan yaşamaktır, Darrow. Boşluk; korku, kayıp ve ölüm korkusu tarafından zincire vurulmuş halde yaşamaktır. Ben o zincirleri kıralım diyorum. Korku zincirlerini kırarsak, bizi Altınlara, Toplum'a bağlayan zincirleri de kırarız. Bunu hayal edebiliyor musun?”

͌  ͌  ͌  ͌  ͌ 
“Pirelerle dolu bir masa olduğunu hayal et,” diye açıkladı. “Pireler bilinmeyen yüksekliklere sıçrayıp duruyorlar. Sonra bir adam geliyor ve pirelerin üzerine bir cam kavanoz kapatıyor. Pireler sıçrıyor ama kavanozun dibine çarpınca daha yukarı gidemiyorlar. Bir süre sonra adam kavanozu kaldırıyor ama pireler alıştıklarından daha yükseğe sıçramıyor çünkü tepelerinde hala bir cam tavan olduğunu sanıyorlar.” Dumanını üfledi. Gözlerinin de yakmacın kor ucu gibi parladığını görebiliyordum. “Biz yükseğe sıçrayan o pireleriz. Şimdi sana ne kadar yükseğe sıçrayabildiğimizi göstereyim.”

͌  ͌  ͌  ͌  ͌ 

Meydan boyunca bütün klanlar bize katılırken karımı belinden kavradım. Terliyor, gülüyor ve öfkemizi unutmaya çalışıyorduk. Birlikte büyümüştük ve artık yetişkindik. Onun gözlerinde kendi kalbimi görüyordum. Onun nefesinde kendi ruhumu duyuyordum. O benim diyarımdı. O benim akrabamdı. Aşkımdı.

You Might Also Like

0 yorum