Avqust Ayında Nələr Olur?

Ağustos 31, 2017

Hola 💛


Hər ay sevərək yazdığım “Bu Ay Nələr Olur?” yazımı keçən ay yazmasam da bu aydan yazmağa davam edirəm. Tətil də bitdiyinə görə gələk avqust ayının qısaltmasına, görək nələr olur.

İlk olaraq onu qeyd edim ki, bu aydan o qədər də uzun bir yazı gözləməyək, çünki çox şeylər yaşamadım. Hətta bu ayın iki həftəsində kitab oxuya bilmədim, film izləmədim. Musiqilər də çox azdır.


Bu ay bir çizgi film seriyası izlədim – “Scooby Doo Mystery İncorporated”. Bu cizgi filmi bir neçə il əvvəl ilk sezonunu izləyib çox sevmişdim, ikinci sezonunu isə tapa bilmədiyim üçün izləyə bilməmişdim. Bu ay da ikinci sezonu tapdıqdan sonra çox sevərək izlədim.

Tam olaraq möhtəşəm idi. Sirr, gizəm, qorxu janrında hər şeyi çox sevirəm. Oyunlar olsun, kitablar, filmlər olsun. Ona görə də bu cizgi filmi də çox sevdim. Siz də bəyənirsinizsə izləyin. Hətta ilk sezon türk dilinə çevrilib bütün seriyaları yayınlanıb da, ancaq ikinci sezonu ingilis dilindədir. Dili çox asandır. Məncə baxın.


Bir digər izlədiyim isə anime olan “Kimi No Na Wa”, ingilis dilində “Your Name”dir. İzləyin. Həqiqətən möhtəşəm idi. Mövzusunu yazmayacam, çünki bilmədən izləyin. Anime sevərlər izləməmisinizsə izləyin. Hətta sentyabrın 7-si park cinemada veriləcək. Baxmaq istəsəniz qaçırtmayın deyərdim.

Bu ay iki musiqini çox dinlədim. Əslində köhnə musiqilərdir. Əvvəl də dinləmişdim və bu ay təsadüfən qarşıma çıxdı. Bəzən nəsə olar baxanda, diləyəndə və ya oxuyanda qəribə hisslər keçirərsən. Bu musiqilər də mənim üçün onlardandır. Daha əvvəl hansı hisslərlə dinlədiyimi xatırlamasam da, bəzi şeylər yadıma düşür. Bəs siz belə hadisələrlə qarşılaşmısınızmı?



Belə, qeyd etdiyim kimi bu ay yazmağa çox da bir şeylər yoxdur. Oxuduğum kitabları isə ayrıca bir postda yazacam. 

Sizin avqust ayınız neçə keçdir? Nələr izləyib, nələr dinlədiniz? Fikirlərinizi yazmağı unutmayın. 

Sentyabr ayının daha dolu-dolu keçməyi diləyi ilə.




See you, babies 😗

You Might Also Like

0 yorum